RƏİYYƏTis. [ər.] Bir dövlətin tabeliyində olan(lar); təbəə. Atabəy Məhəmməd, Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib, rəiyyətlərinə böyük qələbənin xəbərini elan etdirdi. M.S.Ordubadi. // Aşağı təbəqədən olan, yoxsul adam. Böyük-kiçik, rəiyyət, xanım, ağa; Yapışdılar hər biri birpeşəyə. A.Səhhət. [Şahnisə Vaqifə:] Kaş əliqabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|