RƏQABƏTis. [ər.] 1. Hər hansı bir sahədə eyni məqsədi əldə etmək üçün ayrı-ayrı şəxslər arasında mübarizə, çəkişmə. Rəqabət aparmaq (etmək) - 1) üstünlük qazanmaq üçün cəhd etmək, mübarizə aparmaq (etmək); 2) məc. bərabər olmağa çalışmaq, geri qalmamaq, yarışmaq. Kürdüstan qızlarının gözləri dağlarda marallarla, çöllərdə ceyranlarla rəqabət edir. H.Nəzərli.
2. Əmtəə istehsalında: əmtəəni daha mənfəətlə istehsal etmək və satmaq üçün xüsusi istehsalçılar arasında mübarizə, yarış; kapitalizm şəraitində - daha çox mənfəət götürmək üçün kapitalistlər arasında mübarizə. Böyük sərmayəyə malik olan əcnəbi şirkətləri ilə yerli neft sahibləri rəqabət edə bilməzlər. M.S.Ordubadi. Müftə qazanca dadanmış qoçular arasında rəqabət gedirdi. A.Şaiq. Paylaşın - Hamı bilsin
|