
RƏQƏMis. [ər.] 1. Ədədlərin, sayların yazıda işarəsi. 3 rəqəmi. 15 rəqəmi. - [Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı. Ə.Sadıq. Rəqəmlər düzülüb yan-yana; Ikiylə başlayanı var; üçlə başlayanı var; hələ beşi, yeddini demirəm. R.Rza. □ Ərəb rəqəmləri - orta əsrlərdə ərəblərdən əxz olunmuş
2, 3, 4 və b. rəqəmlər. Roma rəqəmləri qədim romalılardan əxz olunmuş I, II, III, IV və b. rəqəmlər. 2. klas. Yazı, yazı ilə qeyd, işarə. □ Rəqəm etmək (qılmaq) klas. - 1) yazmaq, yazı ilə işarə etmək. Bir naməyə dərdimi rəqəm qıl; Sultanıma ərz et, kərəm qıl! Füzuli; 2) şəkil çəkmək. Rəqəm olunmaq klas. - ^ yazılmaq, yazı ilə işarə olunmaq; 2) şəkil çəkilmək, çəkilmək. Beşinci otağın divarlarında Şah Ismayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|