.....i_l_by_id_with_comments RƏQİB sözünün izahı / RƏQİB sözünün mənası

İzahlı lüğət

RƏQİB

is. [ər.] 1. Eyni şeyi tələb edən, istəyən, arzu edən şəxslərdən hər biri. [Gülüş Dilbərə:] Görürsünüz ki, rəqibiniz nə qədər gücsüzdür. C.Cabbarlı. Heç o qədər də arzulamadığı və rəqibi olan qonağın - Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq. // Bir qıza vurulan aşiqlərdən hər birinə nisbətən hər biri.
2. İdman yarışlarında iştirak edənlərdən hər biri; qarşı tərəf. Rəqibə ciddi müqavimət göstərmək. - Məmməd rəqibindən cəmisi bir sinə irəli keçib yarışı aparmışdı. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

RAD

RUL

......
....