
RƏQSis. [ər.] 1. Musiqinin tempinə uyğun olaraq ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü. Azərbaycan xalq rəqsləri. Rəqs insanların hələ çox qədim zamanlarda yaratdığı bir sənətdir. Ə.Bədəlbəyli. [Bəhram:] Nə gözəldir bu rəqslər! Könüllərdən qaçır kədər. A.Şaiq. □ Rəqs etmək - rəqs ifa etmək; oynamaq. Axışıb gələn dəstələr həyətdə toplanır, çal-çağır başlayır, gənclər yallı tutub rəqs edirdilər. S.Rəhimov. Qızlar əlvan paltar geyib; Rəqs edirlər qoşa-qoşa. M.Dilbazi.
Həmin hərəkətlərin ritm, üslub və sürətinə uyğun musiqi əsəri. Bramsın macar rəqsləri. İştirakçıların belə hərəkətləri ifa etdikləri, oynadıqları şənlik, əyləncə. Klubda rəqs gecəsi təşkil olunmuşdu. Paylaşın - Hamı bilsin
|