İzahlı lüğət

RƏSMİYYƏT

is. [ər.] Bir iş yerinə yetirildiyi zaman tələb olunan şərtlər, qayda və üsullar; bir işin rəsmi cəhəti. Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sər-səlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ə.Haqverdiyev. [Qəhrəman:] Yusif! Rica edirəm, rəsmiyyəti hələlik bir tərəfə buraxaq və səmimi danışaq. Ə.Vəliyev. □ Rəsmiyyətə salmaq rəsmi qayda-qanuna uyğunlaşdırmaq, rəsmi etmək, rəsmi xarakter vermək. Rusiya hökuməti üçün belə bir vəsiqə düzəltmək və Təbrizin işğalını rəsmiyyətə salmaq lazımdı. M.S.Ordubadi. Onu özümüz də yazıb rəsmiyyətə salarıq. Mir Cəlal.
rəsmiyyətlə zərf Rəsmi olaraq, rəsmi şəkildə. Eldar rəsmiyyətlə onları [öz arvadı ilə Ceyranı] tanış edir. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

RAH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed