
RƏVAYƏTis. [ər.] Bir hadisə, əhvalat və s. haqqında qısa nağıl; hekayət. Imamlar haqqında rəvayətlər. - Qulaq as, duzlu bir hekayətdir; Məzəli, gülməli rəvayətdir. Ə.Qəmküsar. □ Rəvayət etmək - demək, danışmaq, nəql etmək. Ağıçı arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi. Çəmənzəminli. Rəvayətə görə deyildiyinə görə, danışıldığına görə. [Qudyal çayı] qədim bir çaydır və rəvayətə görə Quba şəhəri vaxtilə bu adla adlanmışdır. Ə.Sadıq. Rəvayətə görə niysan ayında olan belə yağışlı günlərdə balıqqulağı su üzünə çıxıb ağzını açır. S.Vəliyev.
Paylaşın - Hamı bilsin
|