.....i_l_by_id_with_comments RƏXNƏ sözünün izahı / RƏXNƏ sözünün mənası

İzahlı lüğət

RƏXNƏ

is. [fars.] 1. Yıxıq, dağınıq yer, çökmüş yer.
2. məc. Zərər, ziyan. □ Rəxnə salmaq çaxnaşma salmaq, qarma-qarışıqlıq salmaq, vəlvələ qopartmaq. Ilahi rəxnə salmasın; Bu qurğu, dövrana, deyin. Aşıq Ələsgər. Rəxnə vurmaq (yetirmək) - ziyan vurmaq, zərər yetirmək; dağıtmaq, pozmaq, kökünü tərpətmək. Məzhəbə rəxnə vurub, dinə salardı fəsad. M.Ə.Sabir. Ağır və məşəqqətli həyat [Araz və Günəşin] ailə həyatının sağlam təməlinə zərrə qədər rəxnə vura bilməmişdi. Şaiq. Heyf səd heyf ki, ittifaqı pozan və [birliyin] bünövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb rəyasətlik iddiasındadırlar. F.Köçərli. Rəxnə yetişmək - dağılmaq, pozulmaq, kökü sarsılmaq. Az qaldı ki, evin bünövrəsinə rəxnə yetişsin ki, nagah dərviş mənzilə qayıtdı. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ROK

......
....