
RƏZİLsif [ər.] Alçaq, şərəfsiz. Rəzil adam. - Rəzil düşmən yaralanmış, yırtıcı bir canavardır. S.Vurğun. // Is. mənasında. [Gülnaz:] Onu da deyim ki, elə rəzillər mənim namusuma ləkə vura bilməzlər. Q.Ilkin. Rəzil etmək - alçaltmaq, şərəfsiz etmək. Bu vaxta qədər kimsə qarovulçunun qarşısına çıxmamış və onu belə rəzil və təhqir etməmişdi. A.Şaiq. Rəzil olmaq - rüsvay olmaq, biabır olmaq, alçalmaq. Yaşama dünyada, olma gəl rəzil; Insansan, unutma, öz qədrini bil! H.K.Sanılı.
Paylaşın - Hamı bilsin
|