
RİSALƏis. [ər.] 1. Məktub, namə, kağız. Ey əziz, yaxşı can, min dərdə dərman; Yazdığın risalə nə yaxşı-yaxşı. Aşıq Ələsgər. [Fərrux:] [Mollanın] müctəhiddən risaləsi, qazıdan icazəsi var. Ə.Vəliyev.
2. Hər hansı bir məsələyə dair kiçik kitab; kitabça. // Jurnal, məcmuə. [Bax Nemətə:] Sizin ilk işiniz şəhəri dolanıb, bu risalə üçün elan toplamaqdır. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|