
RİŞƏis. [fars.] Kök (bitkidə). Yazın bir ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər. Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirdilər. Ə.Haqverdiyev. □ Rişə atmaq (salmaq) - kök atmaq, kök salmaq, rişələnmək. Çadır qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı. M.S.Ordubadi. Eşqin bu könlümdə atmış rişələr; Əcəlsə qoymadı versin bir səmər. Şaiq. [Sultan bəydə] şübhələnmək.. özünə məxsus rişə salmışdı. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|