RİŞXƏNDis. 1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara. Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən. □ Rişxənd etmək (eləmək) - ələ salmaq, istehza etmək, lağa qoymaq. Kosaya rişxənd edənin top qara saqqalı gərək. (Ata, sözü). [Ələsgər:]
Qardaş, sən mənim çərçi olmağıma rişxənd eləyirsən? Ə.Haqverdiyev. Rişxəndə qoymaq - bax rişxənd etmək (eləmək). Hər pirləri rişxəndə qoyub məsxərə qılma! Ə.Qəmküsar. Zeynal həm də türkcə danışaraq, Ağasəfəri rişxəndə qoyurdu.. Ə.Əbülhəsən. Rişxəndə salmaq - rişxənd üçün hədəf etmək. 2. “ilə” qoşması ilə - ələ salaraq, masqara ilə, istehza ilə; rişxəndlə. Rişxənd ilə cavab vermək. - [Imran:] Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. S.S.Axundov. [Gülsabah Mirzə Camala:] Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz? C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|