
RİYAKARsif. [ər. riya və fars. ...kar] Ikiüzlü. Lakin vətən və xalq düşməni olan riyakar xanlar xəyanət yolu ilə Nadirə mane olurlar. M.Arif. Mirzə Mehdi riyakar bir əda ilə sözə başladı. A.Şaiq. // Is. mənasında. Mən hara, qaraya ağ demək hara? Mən ki düşmən idim riyakarlara. B.Vahabzadə. RİYAKARCASINA zərf Riyakarlıqla, ikiüzlülüklə. Riyakarcasına hərəkət etmək. Fərman riyakarcasına güldü. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|