
RİZis. [fars.] dan. Cığır, iz. Böyük gəmiləri, dəmir yolları; Keçidləri, rizləri var ölkəmin. C.Cabbarlı. Biçinçilərdən bəzisi açdığı rizi düz apara bilmədiyindən cərgələr hərdən bir-birinə qarışırdı. Ə.Əbülhəsən.
□ Riz itirmək- b ax iz itirmək (“iz” də). [Kərbəlayı Rəcəb:] Ay xanıml Güldəstə özü yaxşı bilir ki, mən nə usta Xəlili tanıyıram və nə də Iran əhlindən bir kəsi... Güldəstə riz itirir, vəssalam. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|