RİZAis. [ər.] Razılıq. Soralım hər zaman rizalərini; Alalım xeyirli düalərini. M.Ə.Sabir. Üzərimdə olan ləkələri bir qadının riyasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür. M.S.Ordubadi. □ Riza almaq - razılıq almaq. [Padşah:] Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Ə.Haqverdiyev. Riza vermək - razılıq vermək, razı olmaq. [Ağa:] ..Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev. // İstək, iradə, ixtiyar. □ Oz rizası ilə - öz xoşu ilə, öz istəyi ilə, öz razılığı ilə.
□ Allah rizasına - 1) savab üçün, Allah yoluna, Allaha xoş gedər. [Qurban:] Elə bil Allah rizasına, Allah yoluna verirsən, bir-iki manat verib yola salaydın. Ə.Haqverdiyev; yalvarış mənasında - Allah xatirinə. [Səriyyə:] Səfərl Allah rizasına mənə rəhmin gəlsin. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|