
RÜTBƏis. [ər.] 1. Xidməti dərəcə, ad. Zabitlik rütbəsi. - [Qorxmaz] sıravilikdən starşinalıq rütbəsinə qalxmışdı. Ə.Vəliyev. Indi o, hərbi qiyafədə serjant rütbəsində bir şəfqət bacısı idi. Ə.Məmmədxanlı.
Vəzifə, mövqe, mərtəbə. Mənim nə rütbəm var, nə də mədənim; Kim olsa yaşatmaq borcumdur mənim. S.Vurğun. Çox şey Vətənsiz də yaşayır, ancaq; Şeirsə Vətənsiz, elsizyaşamaz... Şairə vəzifə, rütbə nə gərək! B.Vahabzadə. məc. klas. Mövqe, dərəcə, mərtəbə. Seyyida, sal boynuna zünnari-zülfi-yarı sən; Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|