İzahlı lüğət

ŞAD

sif. [fars.] 1. Sevinən, şən, fərəhli, məmnun. Şad adam. Şad üz. Şad gözlər. Könlü şad olmaq. - Daşdəmir əmi öz tütünü barəsində belə tərifləri çox eşitmiş olduğunu göstərən şad bir səslə dedi. M.Rzaquluzadə. □ Şad etmək (eləmək, qılmaq) - sevindirmək, fərəhləndirmək, şadlandırmaq, məmnun etmək. Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Bəzədin sən bu gün bizim çəməni; Şad qıldın bu gəlməginlə məni. M.Ə.Sabir. Məni unutmayın, tez-tez yad edin; Bu küskün könlümü sizsə şad edin. M.Rahim. Şad olmaq - sevinmək, şadlanmaq, fərəhlənmək, məmnun olmaq. Ələsgərəm, şad olmadım dünyada; Səni gördüm, dərdim oldu ziyada. Aşıq Ələsgər. [Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi. Ürəkaçan, fərəhli, sevindirici, xoş. Şad xəbər. // Zərf mənasında. Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir. Şadəm (şadam) şəklində - sevinirəm, məmnunam (bir şeydən şad, məmnun olmağı bildirir). Yarın xəyalilə bu gün mən şadəm; Qəribliyə düşsəm qan ağlar didəm. M.P.Vaqif. Bu gün şadam, oxuyuram, çalıram; Sən yaşa dolduqca mən ucalıram. Aşıq Hüseyn.
□□ Şadlığından yerə-göyə sığmamaq (sığışmamaq) - hədsiz sevinc içərisində olmaq, şad olmaq, sevinmək, şadlıq eləmək. Şadlığından sığışmayıb yer ilə göyə; Öz eşqini övlad kimi bağrına basır. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed