İzahlı lüğət

ŞƏHƏRCİK (ID - 35204)

is. Əsasən uşaqlar üçün düzəldilən səhər müsamirəsi, səhər tamaşası. Parkda uşaq şəhərciyi keçirilirdi.

Ş (ID - 36897)

Azərbaycan əlifbasının iyirmi altıncı hərfi. Bax şe.

ŞABALID (ID - 36898)

is. 1. Qoz, fındıq cinsindən qabıqlı meyvə və bu meyvənin ağacı. Şabalıdın çox dadlı, qidalı meyvələrindən və ağaclarının oduncağından geniş surətdə istifadə edilir. Meyvələri çiy, qovrulmuş və bişirilmiş halda işlədilir....

ŞABALIDI (ID - 36899)

sif Şabalıd rəngində, qəhvəyi. Şabalıdı saç. Şabalıdı saqqal. - Mir Məhəmməd Kərim ağa şabalıdı rəngli, qolsuz əbasını çiynindən endirib ayağa durdu. Mir Cəlal. Azacıq sonra Həmzə .. başında şabalıdı Buxara papağı...

ŞABALIDLIQ (ID - 36900)

is. Çoxlu şabalıd ağacı bitən yer, şabalıd meşəsi.

ŞABAŞ (ID - 36901)

is. [fars.] Toy məclislərində oynayanlara xanəndə və çalğıçılar üçün verilən pul. Gənclər oynayanda yoldaşları onların başına kağız pul (əsginas) şabaş tökərdilər. H.Sarabski. ..Xanəndə çalar, cavanlar oynar, şabaş toplanar....

ŞABLON (ID - 36902)

[alm.] 1. Ülgü, qəlib. // Hazır məmulatın formasını yoxlamaq üçün alət.
2. məc. Çeynənmiş, bayağı, basmaqəlib. Aydının fikrincə, şair adi və şablon sözdən qaçıb, təzə bir istilah yaratmışdı. M.Hüseyn.

ŞABLONLUQ (ID - 36903)

is. Şablon, çeynənmiş, bayağı şeyin halı; adilik, bayağılıq.

ŞAD (ID - 36904)

sif. [fars.] 1. Sevinən, şən, fərəhli, məmnun. Şad adam. Şad üz. Şad gözlər. Könlü şad olmaq. - Daşdəmir əmi öz tütünü barəsində belə tərifləri çox eşitmiş olduğunu göstərən şad bir səslə dedi. M.Rzaquluzadə. □...

ŞADARA (ID - 36905)

is. Buğdanın, arpanın zibilini, torpağını təmizləmək üçün xəlbir. □ Şadara kimi - deşik-deşik, dəlik-dəlik. İynə vurdurmaqdan bədəni şadara kimidir.

ŞADARALAMA (ID - 36906)

“Şadaralamaq”dan f.is.

ŞADARALAMAQ (ID - 36907)

f Şadaradan keçirmək, şadarada təmizləmək. Buğdanı şadaralamaq.

ŞADARALANMA (ID - 36908)

“Şadaralanmaq”dan f.is.

ŞADARALANMAQ (ID - 36909)

məch. Şadaradan keçirilmək, şadarada təmizlənmək.

ŞADƏNƏ (ID - 36910)

sif. İri dənələri olan, iri dənəli. Şadənə noxud. Şadənə buğda. - Bildirçin yediyi adi darı olardı. Arabir şadənə də verərdilər ki, quş qızışsın. H.Sarabski.

ŞADXƏBƏR (ID - 36911)

şadxəbər olasan! - xoşxəbər gətirən adama qarşılıq olaraq deyilən təşəkkür ifadəsi. [Xavəmisə:] Şadxəbər olasan! Ağlamıram, soğan şoqəribin acısıdır ki, gözlərim yaşarmışdır. T.Ş.Simurq.

ŞAD-XÜRRƏM (ID - 36912)

sif. və zərf [fars. və ər.] Çox şad, kefi kök, sevinc içərisində. [Odabaşı:] [Oğlan] hər yerdə özünü şad-xürrəm .. lətifəgu göstərirdi. Ə.Haqverdiyev. Axırda hamı şad-xürrəm yıxılıb yatdı. S.S.Axundov. Qız xoşbəxt,...

ŞADLANDIRICI (ID - 36913)

sif. Sevindirici, fərəhləndirici; şadlıq gətirən, sevinc gətirən, şadlandıran, sevindirən, ürəkaçan. Şadlandırıcı xəbər.

ŞADLANDIRMA (ID - 36914)

“Şadlandırmaq”dan f.is.

ŞADLANDIRMAQ (ID - 36915)

f Şad etmək, sevindirmək, fərəhləndirmək, ürək açmaq. Bu xəbər bizi olduqca şadlandırdı. - Məktub Hacını həddindən artıq şadlandırdı. M.S.Ordubadi.

ŞADLANMA (ID - 36916)

“Şadlanmaq”dan f.is.

ŞADLANMAQ (ID - 36917)

f . Şad olmaq, sevinmək, fərəhlənmək. Rüstəm Hümmətəlinin vəhşi çəngəlindən xilas edilmiş Gülzara baxdıqda şadlanır. T.Ş.Simurq. Gəl ki, sən gələndə şadlanır ömür; Gül açır gəncliyin dili, ağızı. S.Vurğun.

ŞADLIQ (ID - 36918)

is. Sevinc, fərəh. Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu; Yandı oda qəmlər. M.V.Vidadi. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat...

ŞADLIQLA (ID - 36919)

zərf Sevinclə, sevincək, fərəhlə, şad halda, məmnuniyyətlə. [Hüseynqulu:] Birpərdəli bir vodevil belə yazılsaydı, təzə olduğundan çox şadlıqla oynardıq. H.Sarabski. Naznaz telini geri itələyib Qaraşa baxaraq şadlıqla gülümsədi....

ŞADMAN (ID - 36920)

sif. və zərf [fars.] klas. Şad, sevinc, məmnun. Durdu qazi şahə vida etdi; Evinə xeyli şadman getdi. S.Ə.Şirvani. Olmadım hiç şadman, əfsus! X.Natəvan. [Odabaşı:] Dostu, Fərmanı bir növ şadman görüb yəqin etdi ki, əhvalatdan xəbəri...

ŞAD-ŞAD (ID - 36921)

zərf Sevinə-sevinə, sevinc içərisində, fərəhli, məmnun halda. Məktub alanlar şad-şad çəkildi, almayanlar sakit-sakit addımladı. S.Rəhimov.

ŞAD-ŞALAYIN (ID - 36922)

dan. bax şad. [Ana] sonra bişirdiyi xörəyi ortalığa gətirdi. Şad-şalayın yeyib qurtardı. Ə.Vəliyev.

ŞADYANA (ID - 36923)

sif. Şadlıqla, sevinclə, məmnunluqla. Şadyana qəbul. Şadyana məclis.

ŞADYANALIQ (ID - 36924)

is. Şadlıq, şənlik, bayram. [Rüstəm bəy:] Məşədi ibad, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirəm. Ona görə bir balaca şadyanalıq edək. Ü.Hacıbəyov. // zərf Sevinə-sevinə, şadlıqla. Bir dəstə arvad-uşaq...

ŞAFRAN (ID - 36925)

[ər.] Sarı-qırmızı meyxoş alma növü.

ŞAFTALI (ID - 36926)

is. [fars.] Qabığı hovlu, sarıqırmızı rəngli, iritumlu, şirəli meyvə. Şaftalı gəlməmiş tabağı gəldi. (Məsəl). Şaftalı, ərik və tut ağacları baş-başa verərək günün qabağını çətir kimi tutur, yaşıl otların, tər...

ŞAFTALILIQ (ID - 36927)

is. Şaftalı ağacları əkilmiş yer, şaftalı bağı.

ŞAGİRD (ID - 36928)

is. [fars.] 1. İbtidai və ya orta məktəbdə oxuyan uşaq; məktəbli. Məşədi bütün sinifdə ən yaxşı oxuyan şagirdlərdəndir. M.Hüseyn. Teymur müəllim şagirdlərə vətənpərvər bir ruhun tərbiyə olunmasına çox əhəmiyyət verirdi....

ŞAGİRDLİK (ID - 36929)

is. 1. Şagird olma, şagird həyatı, məktəbdə oxuma, tələbəlik. Şagirdlik illəri.
2. İxtisas təlimi. Fabrik-zavod şagirdliyi.

ŞAH1 (ID - 36930)

is. [fars.] 1. Keçmişdə İran və Əfqanıstanda padşahın, hökmdarın titulu, həmçinin bu titulu daşıyan şəxs. [Vəzir:] Qorxma, sənin duan şahın üstündədir. U.Hacıbəyov. imamlar, nəbilər, sultanlar, şahlar; Min il at oynatdı kürəyimizdə....

ŞAH2 (ID - 36931)

Atın dal ayaqları üstündə qalxıb durması. □ Şahə qalxmaq - iki dal ayaqları üstə qalxıb durmaq (at haqqında). Köhlən at şahə qalxdı. M.Hüseyn. [İlyas Adiləyə:] Tərlan kişnəyib şahə qalxır, sonra irəli atılıb düşmən...

ŞAHAD (ID - 36932)

is. Dəyirmanda üyüdülən taxıl üçün alman haqq; dəyirman haqqı. Dəyirmanda dənim yox, şahad üstə başım yarılır. (Ata. sözü). [Dəyirmançı yüzbaşıya:] Varımıyoxumu apardılar, bilirsən ki, əkinim yox, biçinim yox, şahadla...

ŞAHANƏ (ID - 36933)

sif [fars.] Şaha, şahlığa məxsus və ya şaha, hökmdara layiq. [Vəzir:] Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki, xələti-şahanəni gətirin, qibleyialəmi geyindirin. M.F.Axundzadə. [Vəzir:] Şadlıq dəmi çatdı,...

ŞAHANİ (ID - 36934)

bax şahanə. Gözəl gül, şahani gül; Ləbi gül, dəhani gül; Öz gülümü istərəm; Bürüsə cahani gül. (Bayatı).

ŞAHBAL (ID - 36935)

bax şahpər.

ŞAHBAZ (ID - 36936)

is. [fars.] 1. Tərlan, şahin. Ələsgər, torunu sən tərlana qur; Bəlkə tora düşən bir şahbaz ola. Aşıq Ələsgər. Qızılcadır soyuq bulaq yaylağı; Bərələri şahin, şahbaz oylağı. Aşıq Dilqəm.
2. məc. İgidliyi, qoçaqlığı,...

ŞAHBEYT (ID - 36937)

is. [fars. şah və ər. beyt] Şerin birinci beyti, mətlə; həmçinin bir şerin ən gözəl, seçilmiş beyti.

ŞAHDAMAR (ID - 36938)

is. 1. Bax aorta.
2. məc. Ən mühüm, ən əsas, başlıca yol.

ŞAHƏNŞAH (ID - 36939)

is. [fars.] 1. tar. 1979-cu il İran islam inqilabına qədər İran şahlarının titulu. Şücaiddövlə imperator hökuməti ilə şahənşah hökuməti arasında keçilməsi mümkün olmayan bir uçurum yaratmışdı. M.S.Ordubadi.
2. məc. Başçı,...

ŞAHI (ID - 36940)

is. [fars.] köhn. Beşqəpiklik qara pul (adətən saylarla). Abbasını bəyənməyən beş şahı çıxardar. (Ata. sözü). [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını haradan alıram?.. M.F.Axundzadə. [Mərcan bəy:]...

ŞAHİD (ID - 36941)

is. [ər.] 1. Bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam. Mən bu hadisələrin şahidiyəm. - Mənim sakin olduğum otağın üzü [Sarıköynəkgilin] həyətinə olduğu üçün hər işinə şahid olurdum. S.Hüseyn....

ŞAHİDLİK (ID - 36942)

is. 1. Gözü ilə gördüyü və ya bildiyi bir hadisə və ya iş haqqında bir şəxsin məlumat verməsi, şahid durması.
Bir şeyin həqiqiliyini, düzlüyünü rəsmən təsdiq etmək üçün bir işdə iştirak etmə. O günün sabahı Şərifzadə...

ŞAHİD-SÜBUT (ID - 36943)

is. [ər.] Sübut edən şey, dəlil. Mənə şahid-sübut lazım deyil. - Göy guruldadı, tufan qopdu, ildırım çaxıb evimi, mülkümü yandırdı. Ondan qalan bu kömür parçalarıdır ki, onu da şahid-sübut kimi gətirmişəm. “Kirpi” .

ŞAHİN (ID - 36944)

is. 1. Möhkəm əyridimdikli, uzun, itiqanadlı yırtıcı quş. Şahin, şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qanə, durnalar! M.V.Vidadi. [Tərxan:] Ovçu şahinə qırqovul neylər! Tükün qanlı caynağında didər! A.Şaiq.
2. məc....

ŞAHİNCƏSİNƏ (ID - 36945)

zərf Şahin kimi, qəhrəmancasına, mərdcəsinə, igidcəsinə, qorxmadan. Hamı səbirsizliklə komanda gözləyir, bu saat şahincəsinə düşmənin üstünə şığımaq istəyirdi. Mir Cəlal.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed