İzahlı lüğət

ŞILTAQÇI (ID - 37548)

sif. 1. Şıltaq, şıltaqlıq edən, heç şeydən razı qalmayan. [Əbülhəsənbəy:] Mən qarşımda .. şıltaqçı bir qız görürdüm. M.S.Ordubadi. [Bacım:] [Xədicə] xəstədir, anası yoxdur, şıltaqçıdır. S.Hüseyn.
2. Ağlağan,...

ŞILTAQLIQ (ID - 37549)

bax şıltaq (1-ci mənada). Mən onu özümdən razı salmaq üçün hər işi bacarardım, nə inad, nə də şıltaqlığa yol verməzdim. M.S.Ordubadi. [Əyyar:] Bir ərköyün uşaqsan sən; Şıltaqlıqdır işin-peşən. A.Şaiq. [Tərlan:] Mən...

ŞINDIR (ID - 37550)

is. Ətin atılan hissələri.

ŞIPPILTI (ID - 37551)

is. Bir şey suya düşdükdə və ya suya dəydikdə, yaxud da dalğalar bir-birinə dəydikdə hasil olan səs. Avarların şıppıltısı. Dalğaların şıppıltısı.

ŞIRHAŞIR(LA) (ID - 37552)

zərf Şır-şır səs çıxaraçıxara, şırıltı ilə. Su şırhaşırla yerə töküldü. M.İbrahimov. [Afaq:] Mən bu vətən torpağını yaxşı tanıyıram, elə ki insan əli ona toxundu, elə ki şırhaşır su axıb gəldi, o, təzədən...

ŞIRILDAMA (ID - 37553)

“Şırıldamaq”dan f.is.

ŞIRILDAMAQ (ID - 37554)

f . Şırıltı ilə axmaq, tökülmək (su, yağış və s.). Bulaqların daşdandaşa tökülüb şırıldamağı gözəl bağlara bir ayrı lətafət verirdi. Çəmənzəminli. Dalbadal şimşək çaxdı və sonra yağış şırıldadı. İ.Əfəndiyev....

ŞIRILDAŞMA (ID - 37555)

“Şırıldaşmaq”dan f.is.

ŞIRILDAŞMAQ (ID - 37556)

f . Şırıltı ilə, şır-şırla axan çoxlu və ya çağlayan su haqqında; şırıldamaq. Aşağılarda yaşıl otlar su ilə öpüşür, şəlalələr şırıldaşır. M.Hüseyn.

ŞIRILDATMA (ID - 37557)

“Şırıldatmaq”dan f.is.

ŞIRILDATMAQ (ID - 37558)

f . Şırıltı ilə tökmək, axıtmaq, birdən tökmək, boşaltmaq (maye şey haqqında). [Roza] dolçadakı ilıq suyu qaldırır, birdən-birə ləyənə şırıldadır. S.Rəhimov.

ŞIRILTI (ID - 37559)

is. Axan, tökülən sudan hasil olan səs; şırıldama səsi, şır-şır. Suyun şırıltısından savayı bir səs, ün yox idi. E.Sultanov. ..iki qrantdan su şırıltı ilə tökülürdü iki hovuza. C.Məmmədquluzadə. Yaxındakı bulağın şırıltısı...

ŞIRILTILI (ID - 37560)

sif Şırıltı ilə axan, şır-şır axan. Oğlanları baş daşını; Qoydu onun həmin dağda; Ona şirin nəğmə dedi; Şırıltılı gur bulaq da. M.Dilbazi.

ŞIRIL-ŞIRIL (ID - 37561)

bax şır-şır. Səhər şırıl-şırıl səsin gələndə; Bənəfşələr gülsün, güllər sevinsin. R.Rza. Axıb gedir qapımızdan kiçik çay şırıl-şırıl. Z.Xəlil.

ŞIRIM (ID - 37562)

is. 1. k.t. Torpaqda kotanın və ya başqa alətin açdığı dərin iz, zolaq. Tarlalar şırımlarla suvarılır. - Gülşən dayanıb traktorun səsinə qulaq asır, çevirdiyi torpağa, açdığı şırımlara tamaşa edirdi. Ə.Vəliyev. Şumlanan...

ŞIRIMLAMA (ID - 37563)

“Şırımlamaq”dan f.is.

ŞIRIMLAMAQ (ID - 37564)

f 1. Şırım açmaq.
2. məc. Şırım-şırım eləmək, cırmaq.

ŞIRIM-ŞIRIM (ID - 37565)

sif. Zolaq-zolaq, zol-zol, cızıq-cızıq, şırımlar halında. Şırım-şırım paltar. - Mehmanxanada ilk nəzərə dəyən birinci mərtəbədəki böyük dairəvi dəhlizin bir neçə yerdən şırım-şırım (z.) çatlamış sal şüşəsidir....

ŞIRINQA (ID - 37566)

[yun.] bax şpris.

ŞIRMANMA (ID - 37567)

“Şırmanmaq”dan f.is.

ŞIRMANMAQ (ID - 37568)

f məh. Yaxma gəlmək, qucaqlamaq, boynuna sərilmək. Uşaq anasına şırmandı.

ŞIRNAQ (ID - 37569)

is. Nazik su axını; fəvvarə. Quyunu su şırnağı ilə yumaq. - On-on beş metr uzunluğunda güclü su şırnağı .. dağı ovub dağıdırdı. Ə.Sadıq.

ŞIRP (ID - 37570)

zərf dan. O saat, dərhal, birdən. Şırp qapı açıldı. - [Yəhya Kamal] Hacının evi yanına çatmamışdı ki, şırp dayandı. Mir Cəlal.

ŞIRPAŞIRP (ID - 37571)

zərf Tez-tez, ara vermədən, qızğın. Şırpaşırp iş görmək. - [Usta:] Başmaqçılar da hamısı işləyirlər. Şırpaşırp çust tikirlər. Ə.Əbülhəsən.

ŞIRPILTI (ID - 37572)

bax şappıltı. Əfruz bacının gözləri axdı, şırpıltı ilə döşəməyə düşdü. S.Rəhimov.

ŞIRRAN (ID - 37573)

is. Şəlalə. Xatun .. vedrəni götürüb, dağdağan dibindəki şırrana tərəf suya yollandı. S.Rəhimov.

ŞIR-ŞIR (ID - 37574)

təql. 1. is. Bir qaydada axan, tökülən sudan və ya yağışdan hasil olan səs. // Zərf mənasında. Səssiz dərədə bərq vurar şır-şır axan su. A.Səhhət. Yenə baş götürüb oynayır həyat; Axır şırıl-şırıl şır-şır bulaqlar....

ŞIRTILDAMA (ID - 37575)

“Şırtıldamaq”dan f.is.

ŞIRTILDAMAQ (ID - 37576)

f . Şırtıltı səsi çıxartmaq. [Şərifzadənin] ikinci qamçı qulağının dibində şırtıldadı. M.Hüseyn.

ŞIRTILTI (ID - 37577)

is. Qamçı, yaxud nazik çubuqla vurduqda çıxan səs.

ŞIRVANMAQ (ID - 37578)

f . 1. Nəvaziş göstərmək.
2. Yalmanmaq (itlərdə). it sahibinə şıvranırdı. // Quyruq bulamaq.

ŞİBİD (ID - 37579)

is. bot. Xalq təbabətində dərman kimi işlənən çətirçiçək fəsiləsindən xoşiyli bitki.

ŞİBLET (ID - 37580)

[alm. Stufelette] Qaytanlı kişi botinkası. [Heybət] bəzən yanı rezinli jığ-jığ şiblet də geyərdi, xoşuna gəlməyən adamların kürəyinin arasını “sığallamaq” üçün əlində daima tatarı gəzdirərdi. H.Sarabski.

ŞİBLETLİ (ID - 37581)

sif. Ayağında şiblet olan, şiblet geymiş.

ŞİBYƏ (ID - 37582)

is. bot. Göllərin, hovuzların kənarında, daşların, ağac gövdələrinin üzərində bitən çiçəksiz çoxillik bitki.

ŞİDDƏT (ID - 37583)

is. [ər.] Qüvvət, güc, kəskinlik, sərtlik. Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi; Qar bitdi, külək yatdı, soyuq axıra yetdi. A.Səhhət. [Mehriban] acılarının şiddətindən çapalarkən .. [Zeynalı] görmək və onun iztirablarından...

ŞİDDƏTLƏ (ID - 37584)

ŞİDDƏTLƏNDİRİLMƏ (ID - 37585)

“Şiddətləndirilmək”dən f.is.

ŞİDDƏTLƏNDİRİLMƏK (ID - 37586)

məch. Daha da (getdikcə) qüvvətləndirilmək, gücləndirilmək, sərtləndirilmək; gücü, təsiri artırılmaq.

ŞİDDƏTLƏNDİRMƏ (ID - 37587)

“Şiddətləndirmək dən f.is.

ŞİDDƏTLƏNDİRMƏK (ID - 37588)

f Gücləndirmək, qüvvətləndirmək; şiddətini, gücünü, təsirini daha da artırmaq. [Mirzə Şəfi] əl-qolunu ölçərək ifadəsini şiddətləndirdi. Mir Cəlal.

ŞİDDƏTLƏNMƏ (ID - 37589)

“Şiddətlənmək”dən f.is.

ŞİDDƏTLƏNMƏK (ID - 37590)

f. Şiddəti, gücü, qüvvəsi, təsiri daha da artmaq, güclənmək; daha da sərtləşmək, qızışmaq. Axşamdan yağan yağış səhərə yaxın daha da şiddətləndi.
[Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiliyini...

ŞİDDƏTLİ (ID - 37591)

sif Çox güclü, çox qüvvətli; dəhşətli. [Əsgər:] Mədəndə şiddətli bir yanğın vardı. M.Hüseyn. [Qəhrəman:] İkinci gün şəhərdə olduqca şiddətli bir vuruşma gedirdi. H.Nəzərli. // Eyni mənada təbiət hadisələri haqqında....

ŞİƏ (ID - 37592)

is. [ər.] din. İslamiyyətdə ayrıca bir cərəyan təşkil edən məzhəb.

ŞİƏLİK (ID - 37593)

is. din. Şiə məzhəbinə mənsubiyyət. Arvadlar arasında danışılırdı ki, bir ingilis mollası şiəliyi qəbul edib adını da dəyişib “Mirzə Kamil” qoymuşdur. Qantəmir.

ŞİFAHİ (ID - 37594)

sif. [ər.] Yazı ilə deyil, dil ilə; dilcavabı, ağızdan (yazılı əksi). Şifahi imtahan. Şifahi nitq. - Əlibəy haqqında şifahi və ya yazılı danışıqların neçə illik tarixi vardı. Mir Cəlal.
□□ Şifahi ədəbiyyat - bax folklor...

ŞİFER (ID - 37595)

[alm. Schiefer] 1. Qara və ya kül rəngli gilli şist.
2. Gildən və ya asbest-sementdən plitka şəklində hazırlanan dam örtüyü. Uzun və geniş bir binanın şiferlə örtülmüş taxtapuşu altında çoxlu traktor, kombayn vardı. M.İbrahimov....

ŞİFERLİ (ID - 37596)

sif. 1. Damma şifer vurulmuş, damı şiferlə örtülmüş. Şiferli bina. - Şiferli damlardan qalxan boz tüstülər küləksiz havada yuxarı millənir, göyün bir qatında əriyib yox olurdu. B.Bayramov.
2. Tərkibində şifer (1-ci mənada)...

ŞİFON (ID - 37597)

[fr. shiffon] Nazik pambıq və ya ipək parça. Güllü şifon. Saya şifon. - Şifon çox nazik və seyrək olur, sadə üsul ilə toxunur, qadın paltarlığı və koftalar üçün işlənir.
Quliyev. // Bu parçadan tikilmiş. Şifon paltar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed