İzahlı lüğət

ŞİRİNDİL(Lİ) (ID - 37698)

sif. Xoşdanışan, dilişirin, gülərüzlü. Şirindil qız. - [Rəhim bəy] dünyagörmüş .. naçalniklər yanında xidmət etmiş, şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev.

ŞİRİNHAL (ID - 37699)

bax şirintəhər.

ŞİRİ-NƏR [fars.] (ID - 37700)

1. Erkək aslan.
2. məc. Təşbeh məqamında işlənir. Mənəm şiri-nərtək meydanda gəzən; Xışm ilə düşmənin bağrını əzən. “Koroğlu” .

ŞİRİNQOVURMA (ID - 37701)

is. Kişmiş, qaysı, alça qurusu və s. ilə hazırlanan xuruş. Şirinqovurma plovla yeyilir.

ŞİRİNLƏNDİRMƏ (ID - 37702)

“Şirinləndirmək”dən f.is.

ŞİRİNLƏNDİRMƏK (ID - 37703)

bax şirinləşdirmək.

ŞİRİNLƏŞDİRMƏ (ID - 37704)

“Şirinləşdirmək”dən f.is.

ŞİRİNLƏŞDİRMƏK (ID - 37705)

f . Şirin etmək. Çaya qənd salıb şirinləşdirmək. Xəmirə şəkər qatıb şirinləşdirmək.

ŞİRİNLƏŞMƏ (ID - 37706)

“Şirinləşmək”dən f.is.

ŞİRİNLƏŞMƏK (ID - 37707)

f . 1. Şirin olmaq, şirin dad vermək. Xəmirə şəkər qatıldığından şirinləşdi.
Daha şirin olmaq. Meyvələr dəyib şirinləşdi.
məc. Sərtliyi, qabalığı atmaq, xoşsifət, şirindil olmaq. Danışığı şirinləşib. - Bülbülün...

ŞİRİNLƏTMƏ (ID - 37708)

“Şirinlətmək”dən f.is.

ŞİRİNLƏTMƏK (ID - 37709)

bax şirinləşdirmək.

ŞİRİNLİK (ID - 37710)

is. 1. Şirin şeyin halı; şirin dad; dadlılıq, ləzzətlilik. Şanı şirinlikdən boğazı yandırır. // Dad, ləzzət. Şirinliyindən adam doymur.
2. məc. Səmimilik, mehribanlıq. Bu şirinlik ki, var mabeynimizdə yar ilə, Seyyid! Əgər...

ŞİRİNSÖHBƏT(Lİ) (ID - 37711)

sif Danışığı, söhbəti xoş olan, xoşa gələn; söhbəti səmimi, ürəyəyatan. Şirinsöhbət adam. - Teymur müəllim şirinsöhbət və xəyalpərvər bir gənc idi. Ə.Sadıq.

ŞİRİN-ŞİRİN (ID - 37712)

zərf Həvəslə, şövqlə, ləzzətlə, iştaha ilə. Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. S.S.Axundov. [Ağsaqqal kişi] şor-çörək tikəsini...

ŞİRİNTƏHƏR (ID - 37713)

sif. Azca şirin dadı verən, bir az şirin, bir qədər şirin. Şirintəhər meyvə.
Qabığı təmizlənmiş qozanı (palıd qozasını) 3-4 gün suda saxlayırlar, bu müddət ərzində suyunu 3 dəfə dəyişirlər, .. şirintəhər olan bu qozaları...

ŞİRKƏT (ID - 37714)

is. [ər.] Şəriklik əsasında ticarət və ya sənaye birliyi. Aksionerlər şirkəti. Kredit şirkəti. - Fransız şirkətinin paroxodu ilə Batumiyə gizli ədəbiyyat göndərilmişdi. M.S.Ordubadi. // Birlik, cəmiyyət. Məşədi Əsgər tərəqqi...

ŞİRLƏMƏ (ID - 37715)

“Şirləmək”dən f.is.

ŞİRLƏMƏK (ID - 37716)

f Üzərinə şir çəkmək. Çini qabların üzərini şirləmək üçün çöl şpatı, kaolin, silisium ilə bərabər təbaşir və əhəngdaşı da işlədilir. A.Quliyev. // Üstünü rəngləmək, boya ilə boyamaq.

ŞİRLƏNMƏ (ID - 37717)

“Şirlənmək”dən f.is.

ŞİRLƏNMƏK (ID - 37718)

məch. Üzərinə şir çəkilmək, şir vurulmaq. // Rənglənmək, boyanmaq. ..Taxtafərşlər təzə şirlənmişdi. C.Məmmədquluzadə.

ŞİRLİ (ID - 37719)

sif. Şir vurulmuş, şir çəkilmiş. [Sadıq] içi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Mir Cəlal. // Rəng vurulmuş, rənglənmiş. Şirli qapı. Şirli divar.

ŞİRMA (ID - 37720)

[alm. Schirm] 1. Üzərinə parça və ya başqa material çəkilmiş çərçivələrdən ibarət açılıb-bükülən arakəsmə.
2. məc. Bir şeyi örtüb gizlətmək üçün örtü, pərdə.

ŞİRMAYI (ID - 37721)

is. [fars. şirmahi] 1. Fil sümüyü və ya ona bənzər maddə. Şirmayı dillərdə süzür barmaqlar; “Səadət nəğməsi” yaradır bahar. S.Vurğun. Minayə .. incə, uzun barmaqlarını pianonun şirmayısı tökülmüş dillərinin üstündə...

ŞİRNİ (ID - 37722)

is. Qənd, şəkər, konfet, nabat və s. şirin şeylər; şirniyyat, qənnadı. Şirni almaq. Şirni yemək. - Hünər heç vaxt öz əlində bu qədər şirni görməmişdi. Mir Cəlal. At kişmiş qoxusunu alaraq, Ayaza yaxın gəldi və şirnini...

ŞİRNİÇİ (ID - 37723)

is. Şirniyyat hazırlayıb satan adam, şirniyyatçı. Səriyyə bir işçi qızı idi. Şirniçiyə ərə verilmişdi. Mir Cəlal.

ŞİRNİKDİRİCİ (ID - 37724)

sif Şirnikləndirən, həvəsləndirici, rəğbətləndirən, maraq oyadan. Şirnikdirici tədbirlər.

ŞİRNİKDİRMƏ (ID - 37725)

“Şirnikdirməkdən f.is.

ŞİRNİKDİRMƏK (ID - 37726)

f Həvəsləndirmək, rəğbətləndirmək, şövqləndirmək, rəğbət oyatmaq, maraq oyatmaq. Hacı Tağı Allahqulunu şirnikdirmək üçün ərə getmək vaxtı çoxdan keçmiş, çirkinlikdə özünə oxşayan təkcə qızını da ona verməyi vəd...

ŞİRNİKLƏNDİRMƏ (ID - 37727)

“Şirnikləndirməkdən f.is.

ŞİRNİKLƏNDİRMƏK (ID - 37728)

f . Bir işə həvəsləndirmək, daha da həvəs oyatmaq, rəğbətləndirmək, şövqləndirmək.

ŞİRNİKLƏNMƏ (ID - 37729)

“Şimiklənmək”dən f.is.

ŞİRNİKLƏNMƏK (ID - 37730)

f . Həvəslənmək, həvəsə gəlmək, şövqlənmək. Əhməd şirnikləndi, oğlu Əmrahı yuxuda qoyub arx yuxarı getdi. (Nağıl).

ŞİRNİKMƏK (ID - 37731)

f . Alışmaq, öyrəşmək, uyuşmaq, həvəslənmək. [Bağban:] Nə deyim, qızdır, şirnikməsə, qaçmaq istəsə, ona da həmiyyət göstərərəm. Ə.Məmmədxanlı.

ŞİRNİKLİK (ID - 37732)

is. Şirni olaraq verilən pay. [Arvad dərzisi:] Qayçım parçanı kəsmir, şirniklik üçün “qayçıkəsməz” verin, qayçım da kəssin. R.Əfəndiyev.

ŞİRNİYYAT (ID - 37733)

is. [fars.] Şirnidən hazırlanan hər növ dadlı, şirin şeylər, qənnadı məmulatı. Süfrəyə şirniyyat düzmək. - Bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava sair bu kimi şirniyyat bişirib hazırlardılar. H.Sarabski.
[Ceyran...

ŞİRPƏNCƏSİ (ID - 37734)

is. bot. Yaşımtıl çiçəkləri və qırış-qırış yarpaqları olan ot bitkisi.

ŞİR-ŞƏKİL (ID - 37735)

is. dan. Üz, sifət, görkəm, sirsifət. Onun şir-şəkili xoşuna gəlmir. Bu nə şir-şəkildir?

ŞİRVANŞAHLAR (ID - 37736)

is. Ərəb işğalına qədərki Şirvanşahlar dövlətində hökmdarlar sülaləsi.

ŞİST (ID - 37737)

is. geol. Quruluşca lay-lay olan dağ süxuru. Gil layları güclü təzyiqin və istiliyin təsirindən şistə çevrilir. M.Qaşqay.
□□İ01 1 . is. Bədənin hər hansı bir yerində əmələ gələn toxuma qabarması; ur. Üzdə şiş. Başda...

ŞİŞ2 (ID - 37738)

1. is. Kabab bişirmək üçün ucu iti dəmir və ya ağac çubuq. Əti şişə çəkmək. Bir şiş kabab. - [Çingiz:] ..Bir budu şişə çəkib, iki çörək ilə tək yemişəm. Ə.Haqverdiyev. ..incə ətirli budaqlardan şişlər, ocaqlarda yaqut...

ŞİŞBAŞ(LI) (ID - 37739)

sif. Başı uzunsov, uzunbaşlı.

ŞİŞBURUN (ID - 37740)

sif. Bumunun ucu iti, nazik. Şişburun oğlan. - Direktor iri göz, şişburun bir adamdı. Mir Cəlal.

ŞİŞDİRMƏ (ID - 37741)

“Şişdirmək”dən f.is.

ŞİŞDİRMƏK (ID - 37742)

bax şişirtmək.

ŞİŞƏ (ID - 37743)

bax şüşə. Bir səbət şişə bir nəfər hammal; Aparırdı dalında malamal. S.Ə.Şirvani.

ŞİŞƏBƏND (ID - 37744)

bax şüşəbənd. Zeynal geniş bir şişəbəndi keçib yemək otağına girdi. S.Hüseyn.

ŞİŞƏK (ID - 37745)

is. Müxtəlif yerlərdə müxtəlif (2-4) yaşlarda olan erkək qoyun. Toğlu birillik, şişək ikiillik, öküz üçillik olardı. H.Sarabski. [Ərşad] ..öz sürüsünə qatdığı toğludan, şişəkdən gecə dayısıgilə ötürməyi unutmurdu....

ŞİŞİK (ID - 37746)

bax şişkin.

ŞİŞİRDİLMƏ (ID - 37747)

“Şişirdilmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed