İzahlı lüğət

ŞAHLIQ (ID - 36946)

ŞAHMAR (ID - 36947)

is. [fars.] 1. Zəhərli, iri ilan cinsi. indi Kür boyunca, Araz boyunca; Gürzələr, şahmarlar çəkilir qına. S.Vurğun.
2. Obrazlı təşbehlərdə: gözəlin saçma işarə. Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara...

ŞAHMAT (ID - 36948)

is. [fars. “şah öldü” ] 1. 64 açıq və tünd xanası olan taxta üzərində 16 ağ və 16 qara fiqurdan hər birini müəyyən qaydalarla hərəkət etdirərək oynanılan oyun. Şahmat da həyat kimidir - mübarizəsiz və ehtirassız oynayanda...

ŞAHMATÇI (ID - 36949)

is. Şahmat oyunçusu. Məmun ehtiraslı.. şahmat həvəskarı idi. Orta asiyalı məşhur şahmatçı Rəb-rəbi sarayına gətirdərək tez-tez hüzurunda şahmat yarışları keçirərdi. M.İbrahimov.

ŞAHNAZ (ID - 36950)

is. [fars.] 1. Azərbaycanın klassik muğamlarından birinin adı. Rüstəm bəyin həyəti. Pərdə qalxdıqda həyətdə Sərvər ilə Gülnaz görünür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda “Şahnaz” çalınır. U.Hacıbəyov.
2....

ŞAHNİŞİN (ID - 36951)

[fars.] köhn. 1. Otağın küçə tərəfə çıxan pəncərəli çıxıntısı; erker. Şahın taxtı şahnişində qoyulmuşdu. P.Makulu.
2. Faytonda, arabada sürücünün oturduğu yer.

ŞAHPƏR (ID - 36952)

is. [fars.] klas. Quş qanadının uzun tükləri, lələk; qanad. Al məni şahpərin üstündə, apar balaya; Oradan ta ki həqarətlə baxım dünyaya. A.Səhhət. O dərinliklərə, boşluqlara uçduqca xəyal; Sanki çırpınmada bir şahpəri yanmış...

ŞAHRAH (ID - 36953)

is. [fars.] Baş küçə, geniş əsas yol; magistral. // məc. Bir şeyin hərəkətində və ya inkişafında əsas xətt, istiqamət.

ŞAHSÖYÜD (ID - 36954)

is. bot. Şoran torpaqlarda, düzəndə bitən söyüdəbənzər kol.

ŞAHTƏRƏ (ID - 36955)

is. bot. Aran yerlərdə taxıl zəmilərində bitən və xalq təbabətində istifadə edilən bitki və onun çiçəyi.

ŞAHTUT (ID - 36956)

is. Calaq edilmiş tut ağacı və onun meyvəsi. Şahtut ağacı. - Xasay həyətdəki şahtutun altında oturub, fikirdən aralana bilmir, bu dəqiqələr özünü cəbhədə hiss edirdi.. Ə.Vəliyev.

ŞAHZADƏ (ID - 36957)

is. [fars.] Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. ikinci otaq da fərşlə döşənmişdi və divarlarında Səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi....

ŞAX (ID - 36958)

1. is. Ağacdan, koldan ayrılan budaq, qol; dal. Ağacdan iki şax ayrılıb. Pambıq kollarının şaxı. - Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq. [Əmiraslan Nurəddinə:] O əlin ilə tutduğun budağın başında...

ŞAX-BUDAQ (ID - 36959)

top. Ağacın iri budaqları, şaxələri. Getdi meşə içrə odun qırmağa; Şaxbudağı başladı sındırmağa. A.Səhhət. [İlyas Adiləyə:] Mən əzilmiş kol-kosları, sınıq şaxbudaqları gördüm, lakin Tərlanı görə bilmədim. Ə.Məmmədxanlı....

ŞAX-BUDAQLI (ID - 36960)

sif. İri şaxları, budaqları, qolları olan. Şax-budaqlı ağac. - Münbit və səxavətli torpaq bu, cəmisi yarım hektarlıq yerdə elə qüvvətli, şax-budaqlı ağaclar yetişdirmişdi ki, payızda meyvəsini yığıbyığışdırmaq olmurdu....

ŞAXƏ (ID - 36961)

bax şax 1 -ci mənada. Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə ötüşdüyü zaman, haqquşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu. M.S.Ordubadi. Ötürdü...

ŞAXƏLƏNMƏ (ID - 36962)

“Şaxələnmək”dən f.is.

ŞAXƏLƏNMƏK (ID - 36963)

ŞAXƏLİ (ID - 36964)

sif. Şaxələri olan, qollu-budaqlı. Şaxəli ağac. - Şaxəli sünbülün, yerin sirdaşı; Polad da əridir alovda, odda. S.Vurğun.

ŞAXIMA (ID - 36965)

“Şaxımaq”dan f.is.

ŞAXIMAQ (ID - 36966)

f . Güclü təsir etmək, vurmaq. Qarabağın isti günü şaxıdıqca az qala ağızlarda dili də qurudurdu. Ə.Vəliyev. [Nuriyyə:] Gün dik adamın təpəsindən şaxıdığından biz qayıdıb otağa girdik. İ.Əfəndiyev. [Fizzə xanım:] Nə...

ŞAXİS (ID - 36967)

is. [ər.] geod. Yer səthi nöqtələrinin nisbi yüksəkliyini təyin etmək üçün alət; nivelir.

ŞAXLAMA (ID - 36968)

1. “Şaxlamaq”dan f.is.
Ağacın qurumuş qol-budağını kəsmə. Söyüdü şaxlama.

ŞAXLAMAQ (ID - 36970)

f . 1. Ləklərə şax vurmaq, ləkləri şaxla ayırmaq.
2. Şax döşəmək, şaxla örtmək. Xəndəyin kənarlarını şaxlamaq. Barama qurdunun üstünü şaxlamaq.

ŞAXLANMA (ID - 36971)

“Şaxlanmaq”dan f.is.

ŞAXLANMAQ (ID - 36972)

f 1. Lovğalanmaq, təkəbbürlənmək, iddialanmaq, kəkələnmək. [Xudayar bəy övrətinə:] Dədən evindən mənə çox dövlətlər gətirmisən, bir az da şaxlan mənim üstümə. C.Məmmədquluzadə. Lal Hüseyn ürəklənib şaxlandı. M.İbrahimov.
2....

ŞAXLI (ID - 36973)

sif. 1. Şax, şaxı olan, qatlanmamış. Şaxlı parça. - [Ərən:] Mariqerini hamama aparıb, ona uzun ipək paltar, şaxlı ipəkdən ləçək verdilər. Çəmənzəminli.
2. Şaxı, qolu olan, qollu-budaqlı. Şaxlı ağac. - Girib belləmədi...

ŞAXLI-BUDAQLI (ID - 36974)

sif. Çoxlu şaxı, budağı olan, qollu-budaqlı. [Nurəddin] yoldan bir az kənar bir şaxlı-budaqlı ağac tapıb üstünə çıxdı ki, orada gecə yatsın. S.S.Axundov.

ŞAXLIQ (ID - 36975)

is. Şax şeyin (parçanın) halı. Paltara şaxlıq vermək üçün nişastalayırlar.

ŞAXMALA (ID - 36976)

is. Şaxlardan düzəldilmiş primitiv mala.

ŞAXSEY (ID - 36977)

nida. Fəlakətli, dəhşətli, faciəli bir hadisə qarşısında çıxarılan fəryad səsi. Şəhərin arvadları dəstə-dəstə Hacının böyük bacısı Pərinisanın evinə dolub boşalmaqda idilər. Şaxsey və şivən səsi asimana bülənd...

ŞAXSEY-VAXSEY (ID - 36978)

is. din. Məhərrəmlikdə: imam Hüseynin qətli günlərində şiələrin mərsiyə, növhə oxuya-oxuya başlarına, sinələrinə vurub şivən qoparma mərasimi (sözün əsli “Şah, Hüseyn! Vah, Hüseyn!” -dir). Səhnənin dalından təbil...

ŞAX-ŞAX (ID - 36979)

şax-şax baxmaq - təşəxxüslə, qürurla, cəsarətlə baxmaq. [Məsmə] üzünü Şərəbanı arvada tutub şax-şax baxdı. Mir Cəlal.

ŞAXŞAX (ID - 36980)

is. Silkələdikdə içərisindəki xırda daşlardan səs çıxan uşaq oyuncağı. Uşaq üçün şaxşax almaq. - [Oyuncaqsatan:] Ay yaxşı şaxşax, banlayan xoruz! M.S.Ordubadi.

ŞAX-ŞƏVƏL (ID - 36981)

top. Şax, ağac qırıntıları, kolkos. Yolun kənarlarını şax-şəvəl basmışdı. - Kəlbalanı yolun qırağında şax-şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rəhimov. Tutu dinləyib gözünü Qönçədən...

ŞAXTA1 (ID - 36982)

is. Çox soyuq, qış havası, bərk soyuq, sıfırdan aşağı hava temperaturu. Qar basmış küçələrdə şiddətli xəzri vıyıldayırdı. Şaxta insanın nəfəsini belə dondururdu. M.Hüseyn. Şiddətli yanvar şaxtası kəsib tökürdü. Mir...

ŞAXTA2 (ID - 36983)

[alm.] 1. Faydalı qazıntıların çıxarıldığı və yeraltı işlərin aparıldığı yer. Don hövzəsi şaxtaları. Metro tikintisi şaxtası.
2. tex. Bəzi konstruksiyalarda uzun, vertikal boşluq.

ŞAXTAÇI (ID - 36984)

is. Şaxtada işləyən fəhlə, mədən fəhləsi. Şaxtaçı günü. Metro inşaatı şaxtaçıları. - Şaxtaçılar çalarkən zərbəsini dağlara; Radiodan yayıldı bu səda uzaqlara. M.Rahim. Yarışır hər şaxtaçı, metalçı, neftçi fəhlə....

ŞAXTALI (ID - 36985)

sif Bərk soyuq. Şaxtalı günlər. Şaxtalı gecə. - Dərəcəsi, ölçüsü; Mənim vaxt ölçüm oldu; Bir şaxtalı qışdayam; Mənə əlvan baharı; Unutduran sən oldun. B.Vahabzadə. Cahandar ağa.. nə qədər çalışdısa da, əllərinin,...

ŞAXTYOR (ID - 36986)

bax şaxtaçı.

ŞAİQ (ID - 36987)

ŞAİR (ID - 36988)

is. [ər.] Şeir söyləyən və ya yazan şəxs; təbiətində şeir söyləmək və yazmaq qabiliyyəti olan şəxs. Sabir Azərbaycanın böyük satirik şairidir. - Bizdə şeir də var, sənət də vardır. Şairə, sənətə hörmət də vardır....

ŞAİRANƏ (ID - 36989)

sif. və zərf [ər. şair və fars. ...anə] 1. Şairə xas, şair kimi, şairə məxsus; bədii. Xosrov yeddiillik məktəb qurtarmış, şeirlər yazmış və şairanə duyğularla yaşayan bir gənc olmuşdu. S.Rəhimov.
2. məc. Gözəl, qəşəng,...

ŞAİRƏ (ID - 36990)

is. [ər.] Qadın şair. Cəfərin bibisi şairə idi. M.Arif. Səsimizi eşitdi; Tez gəldi şairə də; Görəndə səni birdən; Yerində dondu qaldı. R.Rza.

ŞAİRKÖNÜLLÜ (ID - 36991)

sif. Şair xasiyyətli, şair təbiətli, həssasqəlbli, incəqəlbli. Şairkönüllü adam. - Gecə açılmayır, doğmayır sabah; O şairkönüllü, xoşxəyallıya. S.Vurğun.

ŞAİRLİK (ID - 36992)

is. Şeir yazma, şeir qoşma sənəti. Cəfər [Abdulla Şaiqin] hər bir addımını, hərəkətini təqib edir, elə bil, ondan şairlik ilhamı almağa çalışırdı. M.Arif.

ŞAKƏR (ID - 36993)

is. [ər.] Xasiyyət, adət, vərdiş, əda. Bildirçinin bir qəribə şakəri vardır ki, yeri gen olsa oxumaz. H.Sarabski. Əhli-eşqə bu qədər naz eləmək yaxşı deyil; Bəsdir, insaf elə, əl çək bu yaman şakərdən! Ə.Vahid.

ŞAQHAŞAQ (ID - 36994)

zərf Şarıltı ilə, gurultu ilə, gur səslə. Sel şaqhaşaq üzüaşağı tökülürdü. - Guruldadı göy şaqhaşaq; ildırımlar şığıyaraq; Qaranlıqda tez-tez çaxdı. M.Dilbazi.

ŞAQIRDAMAQ (ID - 36995)

bax şaqqıldamaq 5-ci mənada. Ağzında min bir dastan; Bülbül kimi şaqırdar. A.Şaiq.

ŞAQIRTI (ID - 36996)

bax şaqqıltı. iri qanad şaqırtısına bənzər bir səs hələ alaçığımızın üstündə eşidilirdi. A.Şaiq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed