İzahlı lüğət

ŞİMAL (ID - 37648)

is. [ər.] Dünyanın cənuba əks olan cəhəti. Kompasın əqrəbi şimalı göstərir. // Cənuba əks olan səmt, cəhət. Həm buludlar gedir şimala sarı; Gün də qalxır yavaşyavaş yuxarı. A.Səhhət.
2. Yer kürəsinin soyuq və mötədil...

ŞİMALİ (ID - 37649)

sif [ər.] Şimala mənsub, şimala aid; şimalda, şimal tərəfdə olan. Şimali Avropa. Şimali Afrika.

ŞİMAL-QƏRB (ID - 37650)

ŞİMALLI (ID - 37651)

sif. Şimal ölkələrinin birində doğulub yaşayan. // İs. mənasında. Şimallıların adət və ənənələri.

ŞİMAL-ŞƏRQ (ID - 37652)

is. Üfüqün şimalla şərq arasındakı hissəsi, səmti. Şimal-şərqə tərəf istiqamət almaq. // Ölkənin, dövlətin, qitənin bu istiqamətdə yerləşən yerləri, hissəsi. Avropanın şimal-şərqi. Afrikanın şimal-şərqi.

ŞİMALTÜLKÜSÜ (ID - 37653)

is. zool. Şimalda yaşayan, qiymətli xəzi olan tülkü cinsi.

ŞİMPANZE (ID - 37654)

[fr. chimpanze] Tropik Afrika meşələrində yaşayan insanabənzər meymun.

ŞİMŞƏK (ID - 37655)

is. İldırım. Payızda şimşək nadir bir hadisə idi. M.Hüseyn. ..Bayırda şiddətlə göy guruldadı, şimşək parladı. İ.Əfəndiyev.

ŞİMŞƏKLİ (ID - 37656)

sif. İldırımlı. Dağ kimi dalğaların; Qatarını sökək! Şimşəkli bulud kimi; Düşmən üstünə çökək. R.Rza.

ŞİMŞİRƏKLİ (ID - 37657)

bax şimşəkli. Bahar olsun fırtınalı; Şimşirəkli, gurultulu; Hər zərbəsi qüdrət dolu; hər parçası həyat dolu. R.Rza.

ŞİN (ID - 37658)

is. [alm. Schine] 1. Təkər qurşağı; təkərin üstünə taxılan dəmir çənbər. Təkərin dəmir şini xırda daşları əzib qıcırdadı. İ.Şıxlı. // Avtomobil təkərinin, içi hava ilə doldurulan rezin çənbəri. Şinlər [avtomobilin]...

ŞİNEL (ID - 37659)

[rus.] Xüsusi biçimdə tikilmiş əsgəri qış paltosu. Heybət ocağın qırağında uzandı. Sırıqlı pencəyinin üstündən şinelini saldı. M.Hüseyn. Mən də yorulmuşdum, şineli açıb yarısını yerə saldım. H.Nəzərli.

ŞİNELLİ (ID - 37660)

sif. Əynində şinel olan, şinel geymiş. Qarşımda ucaboylu, uzun əsgər şinelli bir kişi dururdu. C.Cabbarlı. Tahirlə Qulam müəllimin söhbətinə fikir verən müsahiblər, gündüzkü əzinik şinelli və uzunboğaz çəkməli adama baxırdılar....

ŞİNƏBUB (ID - 37661)

bax şanapipik. Dinləməyə başladıq; Bağçada “hop-hop” deyən; Şinəbubun səsini. B.Vahabzadə.

ŞİNGİLƏ (ID - 37662)

is. bot. Kauçuklu bitki.

ŞİNGİLİM (ID - 37663)

is. bot. Xırda, qırmızı toxumları olan kol - bitki.

ŞİNLƏMƏ (ID - 37664)

“Şinləmək”dən f.is.

ŞİNLƏMƏK (ID - 37665)

f Şin çəkmək. Təkərləri şinləmək.

ŞİNLİ (ID - 37666)

sif. Şin çəkilmiş, şini olan. Rezin şinli fayton.

ŞİPŞİRİN (ID - 37667)

sif. Çox şirin, bal kimi şirin. Şipşirin üzüm. Şipşirin armud.

ŞİR1 (ID - 37668)

is. [fars.] 1. Pişiklər fəsiləsindən qısa, sarımtıl tüklü, iri gövdəli məməli yırtıcı heyvan; aslan. Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. A.Səhhət.
2. məc. Çox qoçaq, qorxmaz, qüvvətli adam...

ŞİR2 (ID - 37669)

is. Saxsı qabların üzünə çəkilən şüşəyəoxşar parlaq ərinti.

ŞİRANƏ (ID - 37670)

zərf [fars.] 1. Şir kimi, aslan kimi. Şiri şiranə tutarlar. (Ata. sözü).
2. məc. Qəhrəmancasına, şücaətlə, cəsarətlə. Ta müqabildə duraq şiranə; Yaşamaqçın çalışaq mərdanə. A.Səhhət.

ŞİRAZİ (ID - 37671)

sif [fars. coğr. addan] Şirazda qayrılmış, Şiraz səpkisində hazırlanmış. Şirazi kürk. - Xidmətçi qapını açaraq şirazi qəlyanı gətirdi və hələ də qəzetləri eşələyən Hikmət Isfəhaninin qabağına qoydu. M.İbrahimov. [Mərsiyəxan]...

ŞİRBİRİNC (ID - 37672)

is. [fars.] Südlüsıyıq. Bir az vaxtdan sonra bir ədəd yaqut məcməyidə .. şirbirinc gəldi. Ə.Haqverdiyev.

ŞİRBİT (ID - 37673)

is. zool. Çəki balığının bir növü.

ŞİRÇİ (ID - 37674)

is. Şir çəkən, rəngsaz.

ŞİRÇİLİK (ID - 37675)

is. Şirçi sənəti, rəngsazlıq.

ŞİRDAN (ID - 37676)

is. [fars. ] Kövşəyən heyvanların ikinci mədəsi; qursaq. Tam məhlul halına salınmış yem qursaqdan - şirdandan nazik bağırsağa keçir.

ŞİRƏ1 (ID - 37677)

is. [fars.] 1. Toxumalarda, hüceyrələrdə, bitki və heyvan orqanizmi boşluqlarında olan duru maddə, maye. Mədə şirəsi. // Bitkilərdən, çiçəklərdən sızan şirin maye. Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü...

ŞİRƏ2 (ID - 37678)

is. Xüsusi gil növü və divarlara çəkmək üçün ondan hazırlanan məhlul. Şirə ilə evi ağartmaq. Eyvana şirə çəkmək.

ŞİRƏ-BORAN (ID - 37679)

is. Çox güclü yağış. Çox yox, yarımca saat şirə-boran yağış yağsaydı, az qala qozalardan üzülüb yerə tökülən pambığı zay eləyə bilərdi. M.Hüseyn. Bayırda şiddətli göy gurultusu eşidilir. Şirəboran yağış tökür....

ŞİRƏXANA (ID - 37680)

is. [fars.] köhn. Şirə (tiryək) çəkilən yer, tiryəkxana. Qoqanda, Tusda hərçənd şirəxana az olmur; Və leyk Rəştdə, yəni Gilanda görməli imiş. M.Ə.Sabir. // Şərabçı dükanı, meyxana. [Ata:] Mənim bir pişiyim olsa, onu da Səfərə...

ŞİRƏXƏK (ID - 37681)

ŞİRƏKEŞ (ID - 37682)

is. [fars.] Tiryəkçəkən, anaşaçəkən, anaşaxor, tiryək düşkünü. Nə bəngiyəm, nə pəlakeş, nə şirəkeş, nə filan.. M.Möcüz.

ŞİRƏKEŞLİK (ID - 37683)

is. Tiryəkçilik, tiryəkçəkmə, anaşaxorluq, tiryək düşkünlüyü. Şirəkeşlik yazıq kişini cavan yaşında yerə sərmiş və üç balasını yetim qoymuşdu. Ə.Sadıq.

ŞİRƏKİ (ID - 37684)

bax şirəkeş. Zalım oğlu Kərbəlayı şirəki də kəndə gələn divan adamlarını dördəlli qarmalayır. S.Rəhimov.

ŞİRƏLƏMƏ (ID - 37685)

“Şirələmək”dən f.is. Şirələmə işi.

ŞİRƏLƏMƏK (ID - 37686)

f Şirə vurmaq, şirə çəkmək, şirə ilə örtmək. Qazıma zamanı quyuda cərəyan edən gilli məhlul onun divarlarını şirələyir. S.Quliyev.

ŞİRƏLƏNMƏ (ID - 37687)

“Şirələnmək”dən f.is.

ŞİRƏLƏNMƏK (ID - 37688)

f . 1. Şirə ifraz etmək, şirə buraxmaq, şirə salmaq, sulanmaq, tam yetişmək. Payız vaxtı bağçamızın heyvaları dəyəndə; Şaftalılar şirələnib budağını əyəndə; Xonça tutub göndərərəm sənin də öz payını. S.Vurğun.
2....

ŞİRƏLİ (ID - 37689)

sif. 1. Şirəsi olan, sulu. Şirələ meyvə. Şirəli yem. Şirəli bitki. - Ənvər şirəli üzümdən yeyir, qırmızı yanaqları gözəllənir, qüvvəsi birə yüz artırdı. Ə.Vəliyev. [Çəpəl:] Arvad dediyin bal arısıdır. Şirəli çiçəyə...

ŞİRƏLİK1 (ID - 37690)

is. Şirə çəkmək üçün yararlı, şirə çəkməyə məxsus. Şirəlik meyvə. Şirəlik üzüm.

ŞİRƏLİK2 (ID - 37691)

is. Şirə çıxarılan yer, şirədən ibarət torpaq (bax şirə2). ..[Tamam] şirəlikdə şirə qazırdı. Ə.Əbülhəsən.

ŞİRƏPUS(T) (ID - 37692)

is. [fars.] köhn. Şirə çəkməyə məxsus tüklü dəri parçası. Qıza bir darbalaq tuman geydirib, əlinə bir parça şirəpus verib gününü göy əsgiyə düyünlər dilər. H.Sarabski.

ŞİRƏYİ (ID - 37693)

is. Sarırəngli, girdədənəli, tezyetişən, şirin üzüm növü.

ŞİRİ-JƏYAN (ID - 37694)

is. [fars.] Qızmış şir, qızmış aslan təşbeh məqamında işlənir. [Murtuzaqulu xan:] Afərin, .. igidlər hər biri bir şirijəyan tək dava edirlər. Ə.Haqverdiyev. Ay baba, mən bu sözü yazdım əyan olmağa; Bakılılar and içib şiri-jəyan...

ŞİRİKLƏNMƏK (ID - 37695)

f Meyillənmək. Həvəsində olmaq. Aludə olmaq. Aludəçilik etmək.

ŞİRİN (ID - 37696)

sif. [fars.] 1. Ağızda şəkər, bal və s. kimi xoş tam verən; dadlı, ləzzətli (acı ziddi). Şirin armud. Şirin meyvə. - [Tapdıq] bir stəkan şirin çay içdi. Ə.Vəliyev. Respublikamızda şirin nar, göy nar, mələkeş narı .. və sair...

ŞİRİNCƏ (ID - 37697)

sif Bir az şirin, azca şirin, şirintəhər. // Çox şirin. Aşıq şirin camalım; Versin şirin cam, alım. Qonşuda bir qız sevdim; Odur şirincə malım. (Bayatı). [Kərbəlayı Tapdıq] şirincə yuxuda idi. Mir Cəlal.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed