İzahlı lüğət

ŞƏRT (ID - 37498)

is. [ər.] 1. Bir şeyin var olması, həyata keçməsi üçün lazım olan amillər; əsas, zəmin. Fiziki hazırlıq uçuş üçün əsas şərtdir. icranın yoxlanması müvəffəqiyyətin mühüm şərtidir. - Yalnız qabaqcıl fikirlərlə yaşamaq...

ŞƏRTİ (ID - 37499)

sif. [ər.] 1. Aralarında şərtləşdirilmiş, qabaqcadan şərtləşmiş. Partizanlar meşənin kənarında durub şərti işarəni gözləyirdilər. S.Vəliyev.
Müəyyən şərtlərlə məhdud edilmiş, ancaq müəyyən şərtlər əsasında qüvvəsi...

ŞƏRTİLİK (ID - 37500)

is. Şərti olma. Cəzanın şərtiliyi.

ŞƏRTLƏNDİRİLMƏ (ID - 37501)

‘Şərtləndirilmək’dən f.is.

ŞƏRTLƏNDİRİLMƏK (ID - 37502)

məch. Bir şərtlə bağlanmaq, qabaqcadan şərt qoyulmaq, müəyyən şərtlərə tabe və ya onlarla məhdud edilmək.

ŞƏRTLƏNDİRMƏ (ID - 37503)

“Şərtləndirmək”dən f.i.s.

ŞƏRTLƏNDİRMƏK (ID - 37504)

f . 1. Bir şərtlə bağlamaq və ya məhdudlaşdırmaq, şərt qoymaq.
2. Bir şeyin törəməsinə əsas olmaq, səbəb olmaq. Aydındır ki, xalqlar arasındakı belə dərin münasibət öz növbəsində yüksək səviyyədə duran millətin...

ŞƏRTLƏŞMƏ (ID - 37505)

1. “Şərtləşmək”dən f.is.
2. Şərtnamə.

ŞƏRTLƏŞMƏK (ID - 37506)

f . Bir-birilə şərt bağlamaq, qabaqcadan sözləşmək, söz qoymaq, vədələşmək, müəyyənləşdirmək. Professor Aslanla şərtləşdiyi yerdə görüş(dü).. M.Rzaquluzadə.

ŞƏRTLİ (ID - 37507)

sif. Əvvəlcədən şərtləşdirilmiş, şərt qoyulan, müəyyən şərtlə bağlı olan.

ŞƏRTNAMƏ (ID - 37508)

is. [ər. şərt və fars. ...namə] İki tərəfin razılığı əsasında yazılı şəkildə tərtib edilən bağlaşma, müqavilənamə; kontrakt. Mədət muzdurlar komitetinin təlimatçılığı vəzifəsində çalışar, əsas etibarilə kulaklarla...

ŞƏRTSİZ (ID - 37509)

sif. Heç bir şərtlə məhdudlaşmayan, bağlı olmayan, şərtlənməyən; danışıqsız. // Zərf mənasında. Təkliflərin şərtsiz qəbulu.

ŞƏRT(İ)-ŞÜRUT (ID - 37510)

bax şərt 2-4-cü mənalarda. Müsəlmanın da öz şərt-şürutu var. C.Məmmədquluzadə. □ Şərt(i)-şürut bağlamaq - şərtləşmək, şərt bağlamaq. ..Cəlil ağa Olya ilə şərti-şürut bağlayırdı ki, o, sirkdən çıxsın və həmişə...

ŞƏST (ID - 37511)

is. [fars.] Ləyaqət, vüqar, şərəf, heysiyyat; təşəxxüs. // Şəstinə şəklində - şəninə, adına, ləyaqətinə. Dərədən çıxanda bir bölük qazaq; Aynalı işlədi, qopdu tozanaq; Nəbinin şəstinə bu sözü yazaq. “Qaçaq Nəbi”...

ŞƏSTLƏ (ID - 37512)

zərf Vüqarla, qürurla, təşəxxüslə, lovğa-lovğa. Şəstlə qabağa gəlmək. Şəstlə durmaq. - Hünər istər ki, Iskəndər kimi bir şit gəlib şəstlə dursun meydanda və desin: - Cənab Şeyx, hər nə qədər bu qəbiristanlıqda ölü...

ŞƏŞBƏR (ID - 37513)

sif. məh. Yoğun, dik bığ. Bir sənin şəşbər bığın yüz Nikolaya dəyər. S.Rəhimov.

ŞƏŞBƏRLƏMƏ (ID - 37514)

“Şəşbərləmək”dən f.is.

ŞƏŞBƏRLƏMƏK (ID - 37515)

f məh. Dikəltmək, qalxızmaq, qabartmaq.

ŞƏŞƏƏ (ID - 37516)

is. [ər.] klas. tənt. 1. Parlaqlıq, parlama, parıltı. Şəmi-rüxün surəti qarşıma gəlmişdir; Şəşəəsindən bənə şölə düşər, yanaram. Nəsimi.
2. məc. Dəbdəbə, təmtəraq; zahiri bəzək, zinət, parlaqlıq.

ŞƏŞƏƏDAR (ID - 37517)

sif. [ər. şəşəə və fars. ...dar] klas. tənt. Parıldayan, parlayan, parıltılı. Mənsur axırıncı gücünü yığıb qanlı göz yaşları arasından: - Sitarə! Məni yandırma, gəl, gəl, ey həyatımın zöhreyi-şəşəədarı. C.Cabbarlı....

ŞƏŞƏƏLİ (ID - 37518)

sif. Təntənəli, dəbdəbəli, təmtəraqlı, parıltılı. İkinci məclis birinci şəkil Isfəhan şəhərində, padşahın sarayında vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. Ü.Hacıbəyov. [Nigarın] üzündə gənclik...

ŞƏTARƏT (ID - 37519)

is. [ər.] klas. Şənlik, şuxluq. [Sevda:] Heyrət!.. Nə gözəllik, nə şətarət; Seyr et! O nə daşqınca bəkarət. H.Cavid. Əşrəf indi büsbütün dəyişmiş, əvvəlki gözəlliyini, şən və şətarətini itirmişi(di).. A.Şaiq.

ŞƏTARƏTLİ (ID - 37520)

sif. Şən, sevincli, şux. 0ətarətli nəğmə. - Nə şətarətli bahar, iştə baxın; Sarmış ətrafı bədii bir axın. H.Cavid.

ŞƏTƏL1 (ID - 37521)

dan. bax cığal. Şətəl adam.

ŞƏTƏL2 (ID - 37522)

is. məh. Yun corab.

ŞƏTƏLLİK (ID - 37523)

bax cığallıq. Şətəllikeləmək.

ŞƏTRƏNC (ID - 37524)

is. [fars.] Şahmat. Zülm zəncirinin altında çəkir işgəncə; Eybdir sən uyasan gəncəfəyə, şətrəncə. A.Səhhət. [Rəmziyyə] rusca az-çox oxuyur, yazır, danışır, nərd, şətrənc oynamağı, yoldaşlarını məşğul etmək yollarını...

ŞƏVƏ (ID - 37525)

is. [fars.] 1. Əqiq (qiymətli daş).
2. məc. Qara. Şəvə saç. Şəvə bığ. - [Zabit:] Yox, birdən-birə o şəvə gözlər açılıb adamın üzünə baxanda Günəş qabağında polad kimi şəfəqlənib, ox kimi insanın ürəyindən keçir....

ŞƏVƏL (ID - 37526)

bax şax-şəvəl.

ŞƏVƏLLİK (ID - 37527)

is. Şəvəl tökülmüş yer. [Cəmillə Səltənət] dəhrələri və ipləri ağacın altına qoyub, qalın şəvəlliyə girdilər. Ə.Vəliyev.

ŞƏVƏSAÇ (ID - 37528)

sif. Saçı qapqara olan. Qara şəvəsaç gəlin; Dur qapını aç, gəlin; Atan səni verməyir; Kəhəri min qaç, gəlin. (Bayatı).

ŞƏVVAL (ID - 37529)

is. [ər.] Hicri qəməri ərəb təqvimində onuncu ayın adı. [Sara xanım:] Demisən ki, şəvval ayının birində gərək hamı latın dili danışsın, bu da borcuma deyil, bir sən bil, bir də sənin Allahın bilsin. Qantəmir.

ŞƏYATİN (ID - 37530)

[ər. “şeytan” söz. cəmi] Şeytanlar. [Salman bəy:] Bu ev cin, şəyatin ocağıdı. N.Vəzirov.

ŞIDIRĞI (ID - 37531)

sif. 1. Arasıkəsilmədən şiddətlə yağan; gur (yağış haqqında). Amma məzə burasındadır ki, yağış da nataraş kimi başlayır şıdırğı ilə yağmağa. C.Məmmədquluzadə. Toran qarışanda şıdırğı yağış başladı və Əziz...

ŞIĞIMA (ID - 37532)

“Şığımaq”dan f.is.

ŞIĞIMAQ (ID - 37533)

f 1. Çox böyük sürətlə enərək hədəfə hücum etmək, üzərinə atılmaq. Təyyarələr düşmən üzərinə şığıdılar. - Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı. M.ibrahimov. İki qartal qıy vuraraq şığıyır və qəzəblə...

ŞIQ (ŞIK) (ID - 37534)

[fr. chic] dan. Zahiri bəzək, zinət, dəbdəbə, cah-calal. // Gözəl, zərif, moda ilə, süslü, qəşəng. Ortaboylu, şıq qiyafəli bu oğlan heç kəsə diqqət etməyərək yalnız parada baxırdı. M.S.Ordubadi. O vaxt Əhməd də.. gimnaziya...

ŞIQQ (ID - 37535)

təql. Sınan və ya bir-birinə toxunan ağac və s. bərk, kövrək şeylərdən çıxan səs.

ŞIQQAŞIQ (ID - 37536)

zərf Şıqq səsi çıxardaraq, şıqqıldayaraq. Külək əsdikcə kollar şıqqaşıq salır.

ŞIQQILDAMA (ID - 37537)

“Şıqqıldamaq”dan f.is.

ŞIQQILDAMAQ (ID - 37538)

f Şıq-şıq səs çıxarmaq.

ŞIQQILTI (ID - 37539)

is. Ağac, budaq və s. bərk, kövrək şey bir-birinə dəydikdə hasil olan səs. ..Mirzə Cəmil kəhrəba təsbehini əlinə alıb, əsəbi halda çevirir, muncuqların şıqqıltısından həzz alırdı. Ə.Vəliyev.

ŞIQLIQ (ID - 37540)

is. Zəriflik, gözəllik, qəşənglik, modaya uyğunluq. Paltarın şıqlığı. Yaşlı adama o qədər şıqlıq yaraşmaz.

ŞILLAQ (ID - 37541)

is. Ayaqla vurma, təpik atma; təpik. Kəndliyə gəldi, vurdu bir şıllaq; Arıları dağıtdı ol sarsaq. S.Ə.Şirvani. [Kişi:] Gərək [atın] başını çəkəm, qorxuram, şıllağa qalxıb özünü səqət eləsin. S.Rəhimov. □ Şıllaq atmaq...

ŞILLAQLAMA (ID - 37542)

“Şıllaqlamaq”dan f.is.

ŞILLAQLAMAQ (ID - 37543)

f Şıllaq atmaq, təpik atmaq.

ŞILLAQLAŞMA (ID - 37544)

“Şıllaqlaşmaq”dan f.is.

ŞILLAQLAŞMAQ (ID - 37545)

qarş. Bir-birinə şıllaq atmaq, təpik atmaq, təpikləşmək (at və s. haqqında).

ŞILTAQ (ID - 37546)

1. is. Mənasız tələb, iddia, arzu, istək. Vəliqulu da başlayıb şıltağı və davamərəkəni. C.Məmmədquluzadə. [Əlyarov:] Hər yoldan ötənin şıltağından ötrü biz adamlarımızı çölə tökə bilmirik ki? M.Hüseyn. // sif. Daim...

ŞILTAQCIL (ID - 37547)

bax şıltaq.

Bu səhifə dəfə baxılıb

......