İzahlı lüğət

ŞİŞİRDİLMƏK (ID - 37748)

f 1. Şişkin hala salınmaq, üfürülüb qabarılmaq, köpürülmək.
2. məc. Artırılmaq, üstünə qoyulmaq, mübaliğə edilmək. Damcılı bulağa söz qoşulur, az qala damcısı bir dərya boyda şişirdilirdi. S.Rəhimov. // məc. Lüzumsuz...

ŞİŞİRDİLMİŞ (ID - 37749)

sif 1. Şişkin hala gətirilmiş, üfürməklə doldurulmuş (qazla, hava ilə), köpdürülmüş.
2. məc. Artırılmış, üstünə qoyulmuş, mübaliğə edilmiş; mübaliğəli. Şişirdilmiş hadisə. // məc. Olduğundan daha artıq, daha güclü...

ŞİŞİRİLMƏK (ID - 37750)

bax şişirdilmək.

ŞİŞİRİLMİŞ (ID - 37751)

bax şişirdilmiş. Sensasiya xasiyyəti daşıyan şişirilmiş xəbərlərdən .. [Firidun] rəsmi dairələrdə Kərimxangilin tutulması ilə əlaqədar nə kimi fikirlər hakim olduğunu müəyyən etmək istəyirdi. M.Ibrahimov.

ŞİŞİRTMƏ (ID - 37752)

1. “Şişirtmək”dən f.is.
2. Sif. mənasında. Mübaliğəli. Qocalar gülüşür, ovçuluq çağlarının şişirtmə nağıllarına dadlı-dadlı qulaq asardılar. S.Rəhimov.

ŞİŞİRTMƏK (ID - 37753)

f . Üfürüb doldurmaq, köpürtmək, qabartmaq, şişkin hala gətirmək. Şarı şişirtmək. Ordlarını şişirtmək. - Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Çəmənzəminli. Nəriman əmi ordlarını şişirdərək əlini...

ŞİŞKİN (ID - 37754)

sif. Şişmiş halda olan. [Sübhanverdizadənin] bir az şişkin olan sifəti indi yanar köz kimi qızarmış(dı).. S.Rəhimov. // Qabarmış, şişmiş, içi dolu. Katib, Məmməd Həsənoviçin bozardığını gördükdə könülsüz geri dönər,...

ŞİŞKİNLƏŞMƏK (ID - 37755)

f . Şişkin olmaq, şişmək. Qarnı şişkinləşmək.

ŞİŞKİNLİK (ID - 37756)

is. Şişmiş, köpmüş, qabarmış şeyin halı; şişmanlıq.

ŞİŞQARIN (ID - 37757)

sif. Qamı şiş, qabağa çıxmış; yekəqarın, şişman. Bayram olcaq şövkətlilər, şanlılar; Dövlətlilər, pullular, milyanlılar; Tirboyunlar, şişqarınlar, canlılar. M.Ə.Sabir.

ŞİŞQULAQ (ID - 37758)

sif. Qulaqları şiş. Şişqulaq it.

ŞİŞLƏMƏ (ID - 37759)

“Şişləmək”dən f.is.

ŞİŞLƏMƏK (ID - 37760)

f 1. Şiş etmək, ucunu iti eləmək, şiş hala gətirmək. Student Həmzəbəy .. başını darayırdı, bığlarının uclarını maşa ilə şişləyib yuxarı qovzayırdı. Çəmənzəminli.
2. Şişə keçirmək, şişə keçirib düzmək. Əti...

ŞİŞLƏNMƏ (ID - 37761)

“Şişlənmək”dən f.is.

ŞİŞLƏNMƏK (ID - 37762)

f 1. Şiş durmaq, qabarmaq. Onun əlləri titrəyirdi, bığları qaplan bığları kimi şişlənirdi. M.S.Ordubadi.
2. Getdikcə daralmaq, ensizləşmək. Yol getdikcə şişlənir.

ŞİŞLİK (ID - 37763)

is. 1. Şişə çəkilərək od üstündə bişirilən tikə-tikə ətdən ibarət yemək; tikəkabab (rus dilində “şaşlık” şəklində işlənir). Ov ətlərindən şişlik bişirmək üçün incə ətirli budaqlardan şişlər, ocaqlarda yaqut...

ŞİŞMAN (ID - 37764)

sif. Çox kök, yekəqarın, şişqarın. Ayrım qızı qısaboylu, şişman bir qadın idi. Şaiq. // Qabağa çıxmış, şişmiş, qabarmış halda olan. Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində...

ŞİŞMANCA (ID - 37765)

sif. Şişman, bir qədər şişman, bir qədər kök, dolğun. [Qonaq] şişmanca bir adam idi. S.Hüseyn. Bu sırada şişmanca, ortaboylu, ciddi simalı Məcid əfəndi Rauf ilə bərabər çıxar. H.Cavid.

ŞİŞMANLAŞMA (ID - 37766)

“Şişmanlaşmaq”dan f.is.

ŞİŞMANLAŞMAQ (ID - 37767)

f Şişman olmaq, çox kökəlmək, qarın sallamaq.

ŞİŞMANLIQ (ID - 37768)

is. Şişman adamın halı, köklük.

ŞİŞMANSİFƏT(Lİ) (ID - 37769)

sif. Sifəti şişman, dolu olan, köksifət. Şişmansifət adam.

ŞİŞMƏ (ID - 37770)

“Şişmək”dən f.is.

ŞİŞMƏK (ID - 37771)

f 1. Xəstəlik, zədə və s. nəticəsində qalxmaq, köpmək, qabarmaq. Ayağı şişmək. Üzü şişmək. - Gözün üstü şişib olubdu qovuq; Zahirən bu gecə dəyibdi soyuq. S.Ə.Şirvani. Bayramın göz qapaqları şişib qırmızı olmuşdu....

ŞİŞPAPAQ (ID - 37772)

sif. 1. Papağı dik, şiş olan, başına şiş papaq qoymuş. Şişpapaq kişi. - Hər dəvənin örkəni şişpapaq, beli qəməli bir sarbanın əlində idi. Çəmənzəminli. // İs. mənasında. İçərişəhərdə Qala küçəsi ilə gedirdim....

ŞİŞTƏPƏ (ID - 37773)

is. coğr. Dağın şiş təpəsi, zirvəsi; pik. // sif. Təpəsi şiş. Şiştəpə dağ.

ŞİT (ID - 37774)

sif. 1. Duz qatılmamış, duzsuz. Şit pendir. Şit kərə. - [Mahmud:] Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Ə.Haqverdiyev. // Duzu az, lazımınca duzlanmamış. Şit xörək.
2. məc. Danışığı,...

ŞİTAB (ID - 37775)

[fars.] klas. Tələsmə, sürət, tezlik. □ Şitab etmək (eyləmək) klas. - tələsmək. Sonradan olur peşiman; Hər kimsə ki, şitab eylər. Q.Zakir. Gün qürub etməyə edirdi şitab; Kainata enirdi bir zülmat. C.Cabbarlı.

ŞİTƏNGİ (ID - 37776)

sif. Nadinc, dəcəl, şuluq, üzlü, şit. Şitəngi uşaq. - Sevdim isə şitəngi, dəcəl, həm də mollanın qələmini tutan, üzünə deyən idi. Ə.Vəliyev.

ŞİTƏNGİLİK (ID - 37777)

is. Nadinclik, dəcəllik, şuluqçuluq, üzlülük, şitlik. □ Şitəngilik etmək - nadinclik etmək, şitlik etmək. [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər. Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darıyım, elə...

ŞİTƏNMƏ (ID - 37778)

“Şitənmək”dən f.is.

ŞİTƏNMƏK (ID - 37779)

f . Nadinclik etmək, dəcəllik etmək, şitlik eləmək. Şitənmək, dalaşmaq və barışmaq - onların yoldaşlığı belə başlamışdı. S.Rəhimov.

ŞİTİL (ID - 37780)

is. Sonradan çıxarılıb başqa yerdə əkilmək üçün pamikdə (istixanada) və ya xüsusi ləklərdə yetişdirilən bitki. [Sona:] Canı çıxsın, buraxmasın danasını evimizin yanına. Baxşı üçün qərənfil şitili əkmişəm, gəlib hamısını...

ŞİTİLƏKƏN (ID - 37781)

is. Şitil əkməyə məxsus maşın, alət.

ŞİTİLLƏMƏ (ID - 37782)

1. “Şitilləmək”dən f.is.
2. k.t. Bitki becərmə üsullarından biri (bax şitilləmək). Respublikamızın cənub-şərq tərəfində olan Astara, Lənkəran və Masallı rayonlarında çəltik şitilləmə vasitəsilə yetişdirilir.

ŞİTİLLƏMƏK (ID - 37783)

f k.t. Bitkini seyrəltmək, çıxarıb seyrək əkmək.

ŞİTİLLİK (ID - 37784)

is. Şitil yetişdirilən yer; tinglik. [Eyvaz:] Mən ondan ayrılaraq, təzə bağın qurtaracağında saldığımız şitilliyə getdim. İ.Əfəndiyev.

ŞİTLƏNMƏ (ID - 37785)

“Şitlənmək”dən f.is.

ŞİTLƏNMƏK (ID - 37786)

f Yüngüllük eləmək, qeyriciddi hərəkətlər göstərmək, şit-şit danışmaq.

ŞİTLİK (ID - 37787)

is. 1. Şit, duzu az şeyin halı, keyfiyyəti. Şitliyindən xörəyi yemək olmur.
2. məc. Qeyri-ciddi, yüngül, bayağı, duzsuz hərəkət, söz. // məc. Nadinclik, dəcəllik, üzlülük; şit hərəkətlər, şit sözlər və s. Müəllimənin...

ŞİT-ŞİT (ID - 37788)

zərf Şit, qeyri-ciddi, yüngülyüngül. Şit-şit danışmaq. Şit-şit gülmək. // məc. Yüngüllük, bayağılıq, qeyri-ciddilik; yüngül, bayağı, qeyri-ciddi hərəkət.

ŞİT-ŞOR (ID - 37789)

şitini-şorunu çıxarmaq dan. -Bax şitini çıxar(t)maq (“şit” də).

ŞİV (ID - 37790)

ŞİVAİZM (ID - 37791)

is. Hindistanda dağıdıcı allah Şivanın adından dini cərəyan.

ŞİVƏ (ID - 37792)

is. [fars.] 1. Danışma tərzi, tələffüz tərzi, tələffüz. Dostum haman kitabı bükdü, qoydu stolun üstə və durdu, getdi, şkafdan yenə bir köhnə kitab çıxartdı, gətirdi və həmən kitabı iki əlilə yuxarı qalxızdı, şairanə...

ŞİVƏBAZ (ID - 37793)

sif [fars.] Şivəli, nazlı, ədalı.

ŞİVƏBAZLIQ (ID - 37794)

is. İşvəbazlıq; naz satma, işvə satma xasiyyəti.

ŞİVƏKAR (ID - 37795)

ŞİVƏLİ (ID - 37796)

sif. Yazlı, qəmzəli, ədalı, cilvəli, işvəkar. Şivəli gözlər.

ŞİVƏN (ID - 37797)

is. [fars.] Fəryad, fəğan, nalə, bərk ağlaşma, matəm, yas. Seyyid, aşiq olalı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Bülbül dedi: “- Dünyada o kimdir gülə bir gün; illərcə zəbun...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed