İzahlı lüğət

ŞİTLİK

is. 1. Şit, duzu az şeyin halı, keyfiyyəti. Şitliyindən xörəyi yemək olmur.
2. məc. Qeyri-ciddi, yüngül, bayağı, duzsuz hərəkət, söz. // məc. Nadinclik, dəcəllik, üzlülük; şit hərəkətlər, şit sözlər və s. Müəllimənin gözləri .. bəzi uşaqların şitlik və dəcəlliyinin qarşısını almaqda onun əsas köməkçilərindən idi. S.Rəhimov. □ Şitlik eləmək - 1) nadinclik eləmək, dəcəllik eləmək, üz gətirmək. [Güləsər] tez-tez şitlik edir(di). İ.Şıxlı; 2) yüngüllük eləmək, hərəkətində, sözündə ifrata varmaq. Amma Molla özü heç qorxmayıb, əvvəlkindən də bir az artıq şitlik eləyir. “M.N.lətif.”
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed