ŞTAMPLAYICI (ID - 37948)is. Ştamp (bax ştamp 2-ci mənada) vasitəsilə məmulat hazırlayan fəhlə.
|
ŞTAMPLI (ID - 37949)sif Ştamp vurulmuş, ştampı olan. ..Partizanların ştamplı .. blankları da ələ keçə bilər. Ə.Əbülhəsən.
|
ŞTANQ (ID - 37950)[alm.] 1. Bir çox alətlərdə, mexanizmlərdə detal kimi istifadə edilən metal ox. Qazıma ştanqı. - Vışkanın təpəsindən bucurqada sarınan kanatı keçirmək üçün bir blok asılır və dəmir ştanqlara bağlanmış balta quyuya endirilib...
|
ŞTANQİST, ŞTANQÇI (ID - 37951)idm. Ştanq qaldırmaqla məşğul olan idmançı. Ştanqçılar komandası. Ştanqistlərin yarışı.
|
ŞTAPEL (ID - 37952)[alm. Stapel] Süni və ya sintetik lif və bu lifdən toxunan parça.
|
ŞTAT1 (ID - 37953)[alm. Staat] Bəzi burjua federativ dövlətlərin tərkibində müəyyən dərəcədə özü-özünü idarə edən dövlət ərazi vahidi. Amerika Birləşmiş Ştatları (dövlət adı). Avstraliya ştatları.
|
ŞTAT2 (ID - 37954)[alm. Staad] Bir idarə və ya müəssisədə çalışan işçilərin sabit heyəti. Ştatları ixtisar etmək. Ştat cədvəli. Ştatda on işçi var.
|
ŞTATDANKƏNAR (ID - 37955)sif. Ştata daxil olmayan, ştatda nəzərdə tutulmayan, ştat xaricində. Ştatdankənar işçi.
|
ŞTATİV (ID - 37956)is. [alm.] 1. Fotoqrafıya, geodeziya və s. aparatlarını bərkitmək üçün açılıbbağlanan üçayaqlı səyyab vasitə.
2. Laboratoriya aparatı və qablarını bərkitmək üçün şaquli dayaq. |
ŞTATLI (ID - 37957)sif. Ştatda olan, ştatda nəzərdə tutulan. Ştatlı işçi. Ştatlı vəzifə.
|
ŞTEMPEL (ID - 37958)[alm.] Üzərində qabarıq şəkil və ya yazı olan möhür, damğa.
|
ŞTEPSEL (ID - 37959)[alm.] Elektrik cihazlarını (məs.: lampanı, qızdırıcı cihazları və s.) elektrik xəttinə calamaq üçün haçaşəkilli metal alət.
|
ŞTİFT (ID - 37960)is. [alm. ] Detalları birləşmək üçün işlədilən silindr mil.
|
ŞTOF (ID - 37961)is. [alm.] Mebel üzünə çəkmək və ya pərdə üçün ağır yun və ya ipək parça.
|
ŞTOK (ID - 37962)is. [alm.] Dağ süxurlarının böyük kütləsi.
|
ŞTOPOR (ID - 37963)is. [alm.] 1. Burğulu butulka açan.
2. Təyyarə ilə vintvari xətt üzrə sürətlə başı aşağı enmə üsulu. |
ŞTREK (ID - 37964)is. [alm.] Yeraltı yol.
|
ŞTRİX (ID - 37965)is. [alm.] 1. Cizgi.
2. Xüsusiyyət, səciyyəvi cəhət. |
ŞTÜRMAN (ID - 37966)[holl.] Sualtı və suüstü gəmiləri, təyyarələri, dirijablları idarə edən mütəxəssis.
|
ŞTURVAL (ID - 37967)is. [holl.] Gəmidə, təyyarədə sükan.
|
ŞUGUL1 (ID - 37968)1. Bax şüvül.
2. Tarazlıq oxu. Laboratoriyada kimyəvitexniki tərəzilərin daimi yeri olur və bunların yerini tez-tez dəyişdirmək yaramaz. Bu tərəzilərdə olan şuğul, onları duracağı yerdə düzgün yerləşdirməyə imkan verir.... |
ŞUĞUL2 (ID - 37969)bax çuğul. [Qoca:] O dünyada da elənçi şuğulları heç kəs içərisinə qoymur, burnuna vurub qovur. S.Rəhimov. // Bəzən “şeytan-şuğul” şəklində işlənir. [Xalıqverdi:] Mənim haqqımda deyilənin hamısı şeytanşuğul sözüdür....
|
ŞUĞULLUQ (ID - 37970)bax çuğulluq. Yasavul .. Talıbxanın xidmətində özünün şuğulluğu ilə xüsusi məharət göstərir(di). S.Rəhimov.
|
ŞUX (ID - 37971)sif. [fars.] 1. Şən, xoştəbiət, xoşədalı, işvəli, oynaq. Gözlərin şuxdu sənin; Kirpiyin oxdu sənin; Dərdin məni öldürür; Xəbərin yoxdur sənin. Sarı Aşıq. Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varıyoxundan....
|
ŞUXLUQ (ID - 37972)is. 1. Oynaqlıq, şivəlilik, nazlılıq, gülərüzlülük; naz, şivə, sərbəst və nazlı hərəkət. Həmzəyə həmişəki kimi, yenə də Sonanın bu şuxluğu çox xoş gəldi. Ə.Əbülhəsən.
Qəşənglik, incəlik, zəriflik, məlahət.... |
ŞULUQ (ID - 37973)sif. 1. Nadinc, dəcəl, şuluqçu. Şuluq uşaq.
is. Dələduz. Yoluğun nəyi var, şuluğa versin. (Ata. sözü). is. Hərc-mərclik, qarışıqlıq, qalmaqal, qayda-qanunsuzluq. [Məmmədəli:] Güləndam, itin olum, küçüyün olum, bu ev... |
ŞULUQÇU (ID - 37974)sif. və is. 1. Şuluq eləyən, nadinc, dəcəl. Şuluqçu uşaq. - [Sabir:] Bizdə bir Məmmədağa var, çox yaman şuluqçudur. S.Rəhimov.
2. Dələduz, qalmaqalçı, araya şuluqluqsalan. Şuluqçu adam. |
ŞULUQÇULUQ (ID - 37975)bax şuluqluq.
|
ŞULUQLUQ (ID - 37976)is. 1. Nadinclik, dəcəllik. Şuluqluq eləmək.
2. Hərc-mərclik, araqarışma, qarışıqlıq, çaxnaşma, iğtişaş, özbaşınalıq. // Qovğa, mərəkə, həngamə, qarışıqlıq. Bəzən yerbəyerdən mütrübü çağırardılar. Şuluqluq... |
ŞULUM (ID - 37977)sif. məh. Pinti, səliqəsiz.
|
ŞUM1 (ID - 37978)sif. [ər.] klas. Uğursuz, məşum, nəhs, bədbəxtlik gətirən. [Zəhra Sənana:] Məndə, bilməm, nədir bu talei-şumI Sana halım deyilmidir məlum? H.Cavid. [Mirzə Əliəkbər:] [Bu ruznamə] düşmənlərimizin şum niyyətini daha tez ifşa...
|
ŞUM2 (ID - 37979)is. Şumlanmış torpaq. Yaz şumu. Payız şumu. - Şumdan qabaq ..hər hektara 5 kiloqram fosfor gübrəsi verilmişdi. Ə.Əbülhəsən. □ Şum eləmək - şumlamaq. Taxıl yerin şum eyləyib əkin əkər əkinçilər; Əlində dəryaz ot biçər...
|
ŞUMAL (ID - 37980)sif. 1. Hündür, düz, sərrast. Şumal çinar. Şumal ağac. - Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq. [Yunis:] Bu taxta qurudur, şumaldır. Mir Cəlal.
2. məc. Ucaboy, boy-buxunlu, təndürüst, qədd-qamətli. Şumal oğlan. Şumal qız.... |
ŞUMALTI (ID - 37981)sif. k.t. Şumlanmış torpağın alt qatı. Şumaltı lay.
|
ŞUMLAMA (ID - 37982)“Şumlamaq”dan f.is.
|
ŞUMLAMAQ (ID - 37983) |
ŞUMLANMA (ID - 37984)“Şumlanmaq”dan f.is.
|
ŞUMLANMAQ (ID - 37985)məch. Şum edilmək. Maya ətrafda şumlanaraq payız əkinləri üçün hazırlanmış tarlaların arxlarını yoxladı. M.İbrahimov.
|
ŞUMLANMIŞ (ID - 37986)f sif Şum edilmiş. Traktorla şumlanmış zəmi. - Qızlar belləri qapıb təzəcə şumlanmış sahənin traktor tuta bilməyən qırağını belləməyə başladılar. M.İbrahimov.
|
ŞUMLUQ (ID - 37987)is. Şum edilmiş, şumlanmış yer.
|
ŞUR1 (ID - 37988)is. [fars.] Azərbaycan klassik muğamlarından birinin adı. “Rast” , “Şur” , “Segah” , “Şüştər” , “Çargah” , “Bayatı-Şiraz” və “Humayun” Azərbaycan musiqisinin yeddi əsas ladıdır. Ü.Hacıbəyov. [Ağai-Füzulüzzakır:]...
|
ŞUR2 (ID - 37989)is. [fars.] 1. Vəcd, şövq, cuşa gəlmə; coşqunluq. Dili-divanə sevər cantək o zülfisiyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani. Məcnun öz şurilə çox da aləmə səs salmasın; Hansı namərd can əsirgər bir...
|
ŞURA (ID - 37990)is. [ər.] 1. Hər hansı bir məsələni, işi və s. müzakirə etmək, məsləhətləşmək üçün bir yerə yığışma; müşavirə, məclis. Valideynlər şurası.
Hər hansı bir təşkilat, idarə, cəmiyyət yanında sərəncamverici və... |
ŞURALAŞMA (ID - 37991)“Şuralaşmaq”dan f.is. bax sovetləşmə.
|
ŞURALAŞMAQ (ID - 37992)bax sovetləşmək. Ölkəmiz şuralaşanda Mirzə Mustafa üzünə pərdə çəkib qırmızılaşdı, özünü kommunist qələmə verdi. E.Sultanov. [Hacı:] Bu il aprel də gəlsə, düz on il olur ki, Azərbaycan şuralaşıbdır. Qantəmir.
|
ŞURƏVİ (ID - 37993)sif [ər. ] tar. Sovetlərə, sovetlər ölkəsinə, sovet adamlarma xas və aid olan. Şurəvi qardaşlar, bizim sözlərimizi eşidin və şura fəhlələrinə yetişin. M.İbrahimov.
|
ŞURF (ID - 37994)is. [alm.] Mədən yataqları tapmaq üçün qazılan quyu.
|
ŞURİŞ (ID - 37995)is. [fars.] Qarışıqlıq, qarğaşalıq, iğtişaş, şuluqluq. Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat keçib Qarabağ vilayətinə, ibrahim xanın təhti-himayəsinə...
|
ŞURUP (ID - 37996)is. [alm. ] Burğulu mıx, vint.
|
ŞÜA (ID - 37997)is. [ər. ] 1. Günəşdən və başqa bir işıq mənbəyindən çıxan işıq telləri. Günəş şüası. işıq şüası. - ilk baharın yeni həyatverici günəşi, özünün ilıq və munis şüasını ətrafa saçmaqla qışın bıqdırıcı və...
|
Bu səhifə dəfə baxılıb