İzahlı lüğət

ŞUX

sif. [fars.] 1. Şən, xoştəbiət, xoşədalı, işvəli, oynaq. Gözlərin şuxdu sənin; Kirpiyin oxdu sənin; Dərdin məni öldürür; Xəbərin yoxdur sənin. Sarı Aşıq. Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varıyoxundan. M.V.Vidadi. Fəxrəddinin diqqətnəzərini gözəl və şux bir qız cəlb etdi. M.S.Ordubadi.
2. məc. Nəzərəçarpan, ürəkaçan, parlaq. Şux rəng. - [Şəbbu:] Gər yox isə sevimli rəngim mənim; Şux deyildirsə də həngim mənim; Ətrim uzaqdan bürüyür aləmi. A.Səhhət. ..[Qumru] hansı tərəfə dönürdüsə, daha şux bir rəng gözlərini oxşayıb, onu özünə doğru çağırırdı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed