İzahlı lüğət

ŞİFONER (ID - 37598)

[fr. chiffonier] Paltar, dəyişək və s. saxlanmaq üçün şkaf. Aynalı şifoner. İkilaylı şifoner. - İndi Azərbaycan kəndlisinin evində şifoner, tül pərdələr görürsən. İ.Əfəndiyev. Birdən Maralın gözü şifoner aynasında öz...

ŞİFR (ID - 37599)

[fr. shiffre, əsli ər. sifir] 1. Gizli yazı üçün şərti işarələr sistemi.
2. Kitabların, yazıların, əlyazmalarının və s.-nin saxlandığı yeri göstərən şərti işarə.

ŞİFRÇİ (ID - 37600)

is. Şifrləyən və şifri açan adam.

ŞİFRLƏMƏ (ID - 37601)

“Şifrləmək”dən f.is.

ŞİFRLƏMƏK (ID - 37602)

f Şifrlə yazmaq.

ŞİFRLƏNMƏ (ID - 37603)

“Şifrlənmək”dən f.is.

ŞİFRLƏNMƏK (ID - 37604)

məch. Şifrlə yazılmaq.

ŞİFRLƏNMİŞ (ID - 37605)

f .sif. Şifrlə yazılmış, gizli işarələrlə (xətlə) yazılmış.

ŞİFRLƏYİCİ (ID - 37606)

bax şifrçi.

ŞİFRLİ (ID - 37607)

sif. Şifrlə yazılmış. Şifrli məktub. - Teleqramlar şifrli olduğu üçün bir şey anlaşılmırdı. M.S.Ordubadi.

ŞİFROQRAM (ID - 37608)

[fr. shiffre və yun. gramma] Şifrlə verilən teleqram, şifrli teleqram.

ŞİXTA (ID - 37609)

is. [alm.] Koks almaq üçün müxtəlif metallardan ibarət kütlə.

ŞİKAR (ID - 37610)

is. [fars.] Ov. Cümə bekar, şənbə şikar. (Məsəl). [Kərim babanın] indi belə fikri-zikri daima seyrü səfada, ovda və şikarda idi. A.Şaiq. Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. M.Müşfiq. □ Şikar...

ŞİKARÇI (ID - 37611)

is. Ovçu. Xanın sağında-solunda düzülən yasavullar, .. yedəklərində tazı-tula gedən şikarçılar, nökərlər böyük bir yarımdairə təşkil etmişdilər. M.Rzaquluzadə.

ŞİKARİ (ID - 37612)

sif. [fars.] Ova məxsus, ovda işlənən. [Oğlan] şikari papağını sol qulağına tərəf əydi. M.Hüseyn.

ŞİKAYƏT (ID - 37613)

is. [ər.] 1. Öz halından və ya başına gələn bir dərd və acıdan ah-zar etmə; məmnuniyyətsizliyini izhar etmə; giley. İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Ata-anasını görcək qız həyatından...

ŞİKAYƏTCİL (ID - 37614)

sif. Şikayət bildirən, həmişə şikayət edən, narazı. [Dürdanə] qızının saçını sinəsindən topladı, kəlağayısını başına çəkdi, şikayətcil (z.) əlavə etdi. Ə.Əbülhəsən. Öz stolunun arxasında oturmuş Şəmistan çox...

ŞİKAYƏTÇİ (ID - 37615)

sif. və is. Şikayət edən, şikayətə gələn. [Dilşad:] Ev dönəcək divanxanaya, şikayətçinin biri gedib o biri gələcək. M.Süleymanov.

ŞİKAYƏTKAR (ID - 37616)

sif. [ər. şikayət və fars. ...kar] köhn. Şikayət edən, şikayətçi, şikayət mahiyyətində olan. Şirəli dayısının şikayətkar danışığını eşidərkən təəccübləndi. M.Hüseyn. // məc. Kədərli, yanıqlı, iniltili. Qocanın...

ŞİKAYƏTLƏNMƏ (ID - 37617)

“Şikayətlənməkdən f.is. Rüstəm kişini həmişə qüvvətli və dönməz görməyə alışmış Səkinə şikayətlənməsinə dözə bilmədi. M.İbrahimov.

ŞİKAYƏTLƏNMƏK (ID - 37618)

f Halından, vəziyyətindən, taleyindən və s.-dən şikayət etmək, məmnunsuzluğunu bildirmək. İzzətin səsküyündən şikayətlənən bu ev indi çıraqsız, zülmət bir dama bənzəyirdi. Mir Cəlal. // Şikayət etmək, gileylənmək....

ŞİKAYƏTLİ (ID - 37619)

sif. Şikayət ifadə edən, dərdli, iniltili. // Məc. mənada. [Qəhrəman:] Kənarda buzlu ruzgar şikayətli bir yaralı heyvan iniltisi ilə telefon tellərinə toxunur və uğuldayırdı. H.Nəzərli. [Yaşar] zorla çəkmək istəyəndə çəpiş...

ŞİKAYƏTNAMƏ (ID - 37620)

is. [ər. şikayət və fars. ...namə] Yazılı şikayət.

ŞİKƏNCƏ (ID - 37621)

bax işgəncə.

ŞİKƏST (ID - 37622)

sif. [fars.] 1. Bədənin hər hansı bir üzvündən məhrum olmuş və ya hər hansı bir səbəbə görə onu itirmiş; əlil. Uşaq anadangəlmə şikəst (z.) doğulmuşdur. Şikəst oğlan. Şikəst qoca. - Əlbəttə, əzadan ki bir zad əskik...

ŞİKƏSTEYİ-FARS (ID - 37623)

is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Sərvər şikəsteyi-fars oxuyur. Ü.Hacıbəyov. Çalğıçılar şikəsteyi-farsa keçəndə Cavad hövlnak yerindən qalxıb qışqırdı: - Dayan! Ə.Haqverdiyev.

ŞİKƏSTƏ (ID - 37624)

[fars.] 1. Segah məqamında zərbli muğam. Sürü-sürü qoyunları çoban yamacda otladır; Alır ələ papağını, oxur şikəstə, fit çalır. A.Səhhət. Həzin şikəstə oxuması Gülzarın fikrini dağıtmaq əvəzinə daha da onu qəhər və...

ŞİKƏSTƏDİL (ID - 37625)

sif. [fars.] klas. Ürəyi sınmış, qəlbi qırılmış, incik, kədərli, incimiş. [Həcər xanım:] ..Zöhrəni elə şikəstədil (z.) gördükdə ürəyim paralanır. S.S.Axundov.

ŞİKƏSTƏXATİR (ID - 37626)

sif. [fars. şikəstə və ər. xatir] klas. Qəlbi sınmış, ürəyi sınmış, qəlbiqırıq, incik. Sənsiz mən idim şikəstəxatir; Yüz şükr, sənə yetişdim axir. Füzuli.

ŞİKƏSTƏNƏFS (ID - 37627)

sif. [fars. şikəstə və ər. nəfs] Tələbkar olmayan, sadə təbiətli, təvazökar. ..Qənaət söhbəti də düşəndə yenə dirsəyimin gücü ilə bir elə gözəl-gözəl sözlər danışım və elə gözəl-gözəl sözlər yazım və elə...

ŞİKƏSTƏNƏFSLİK (ID - 37628)

is. Təvazökarlıq, təbiətcə sadəlik, tələbkar olmama. □ Şikəstənəfslik etmək - təvazökarlıq etmək, sadəlik, təvazö göstərmək.

ŞİKƏSTLİK (ID - 37629)

is. 1. Şikəst adamın və ya heyvanın halı, şikəst olma, əlillik. [Usta:] Şükür ki, şikəstlik də olmadı. Mir Cəlal.
2. məc. Sınıqlıq, pozuqluq, uğursuzluq. Qardaş, nə olub, genə belə qəm dəryasına qərq olubsan? Ticarətində...

ŞİKVƏ (ID - 37630)

[ər.] klas. Şikayət. İgidlər könlünə şikvə gətirməz; Necə dağdır, quzeyində qar olmaz. Qurbani. istərəm ki, varam yarın kuyinə; Şikvə edəm qəmi-pünhan əlindən. Q.Zakir. Nə ki var, dinlənildi şikvası; Yerinə gəldi hər...

ŞİL (ID - 37631)

sif. və is. [fars.] Çolaq, qolsuz, əlsizayaqsız, əlil. [Yusif Sərrac:] Dullara və yetimlərə və şillərə və karlara ianət və himayət göstərilsin. M.F.Axundzadə. [Gülçöhrə:] [Arşınmalçı] bilirəm ki, şil deyil, kor deyil, keçəl...

ŞİLƏ1 (ID - 37632)

is. Qatı düyü şorbası. Nə yemisən turşulu şilə. (Ata. sözü). Elədir, plov gərək abırlı olsun. Yoxsa keçəl plovdan nə çıxar? Onda adına şilə deyərlər. S.Rəhimov.

ŞİLƏ2 (ID - 37633)

is. Qırmızırəngli sadə pambıq parça; bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. Çayçı dükanında divarın dibində 50 santimetr hündürlüyündə,...

ŞİLƏMƏ (ID - 37634)

“Şiləmək”dən f.is.

ŞİLƏMƏK (ID - 37635)

f dan. Dalbadal vurmaq, gülləyə tutmaq. Abdulla onları gülləyə basdı. Onlar da kəndi şiləməyə başladılar. Ə.Vəliyev.

ŞİLƏPLOV (ID - 37636)

is. Südlü aş, südaşı.

ŞİLƏYİ (ID - 37637)

sif. köhn. Şilədən tikilmiş. Köhnə çarqat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik - övrətin libası budur. C.Məmmədquluzadə.

ŞİLGİR (ID - 37638)

is. bot. Gilasaoxşar yeməli, yabanı meyvəsi olan kol bitkisi.

ŞİLGİRLİK (ID - 37639)

is. Şilgir kolları bitmiş yer. [İlyas:] Tərlan gah kol topaları üzərindən sıçrayır, gah qabağımıza çıxan şilgirliyi döşüylə yarıb keçir(di).. Ə.Məmmədxanlı.

ŞİL-KÜT (ID - 37640)

şil-küt etmək (eləmək) - bərk döyüb əzişdirmək, qol-qabırğasını sındırmaq, şikəst eləmək, çolaq eləmək. [Hacı Qara:] Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz. M.F.Axundzadə. [Günəş...

ŞİLLƏ (ID - 37641)

bax sillə. [Dərviş:] Ruqiyyəni güclə itələyib, bir şillə üzünə vurdum. A.Divanbəyoğlu.

ŞİLLƏLƏMƏ (ID - 37642)

“Şillələmək”dən f.is.

ŞİLLƏLƏMƏK (ID - 37643)

1. Bax şillələmək. Lalə Şirmayını yalnız bir dəfə özündən kiçik bir qızı döyüb ağlatdığı üçün bərk şillələmişdi. M.Hüseyn. Salatın anasının titrədiyini və birdən geri dönüb gəlini şillələdiyini gördü. İ.Şıxlı.
2....

ŞİLLİK (ID - 37644)

is. Şil adamın halı, çolaqlıq, əlillik.

ŞİLLİNQ (ID - 37645)

[ing. shilling] Funt-sterlinqin V20-nə bərabər ingilis pulu.

ŞİLTƏNGLİK (ID - 37646)

bax şitəngilik. [Gülçöhrə] şiltənglik başlayıb yenə bacısının tərəfinə əlini uzadır. M.F.Axundzadə.

ŞİLTƏ-ŞİLTƏ (ID - 37647)

zərf Parça-parça, cırıqcırıq, yıpranmış halda. □ Şiltə-şiltə olmaq parça-parça olmaq, tikə-tikə olmaq, cırıqcırıq olmaq, yıpranmaq. [Humayın] papağına dörd tolamaz da birdən dəydiyi üçün papağın sağanağı şiltə-şiltə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed