İzahlı lüğət

ŞORANLI (ID - 37848)

sif. Tərkibində duz olan, duzlu. Şoranlı torpaqlar.

ŞORANLIQ (ID - 37849)

is. Şoran, şoran yer, torpaq. Bir-birini qova-qova gəlib keçir aylar, illər; Şoranlıqda bağ salınır, bataqlıqda qızılgüllər. S.Vurğun. Əkilmiş yerlərdən sonra Günəşin altında yanıb sifətinə boz ləkə düşmüş şoranlıqlar...

ŞORANOTU (ID - 37850)

is. bot. Şoranlıqlarda bitən boz gövdəli kol - ağac. [Şoranotu] hündür kol və ya kiçik ağac olub, açıq-boz rəngli qabıqla örtülmüş gövdəyə və rəngli qol-budaqlara malikdir. Növbə ilə düzülmüş 4-8 sm uzunluqda davamsız...

ŞORAZAR (ID - 37851)

bax şorakət.Şorazartorpaqlar.

ŞORBA (ID - 37852)

is. Ət, toyuq (və ya onlarsız) düyü, turşu və s. ilə hazırlanan duru xörək. [Şərəf:] indicə şorba bişirəcəyəm, doyunca yeyib yatarsan. Ə.Haqverdiyev. ..[Ağca xanım] qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib,...

ŞORDÜZƏN (ID - 37853)

is. Şoranlıqdan ibarət düzən, çöl. [Yaşar:] Beləliklə, bir az keçmədən şordüzən zəngin bir pambıq tarlasına çevrilmiş olar. C.Cabbarlı.

ŞORGÖZ (ID - 37854)

sif. vulq. Qadın düşkünü, arvadbaz. Şorgöz bizim vilayətdə o kişilərə deyirlər ki, həmişə gözləri arvadların dalınca olur. E.Sultanov. [Telli:] Yaxşı ki, qonaq gəldi, məni ağamın əlindən qurtardı. Belə şorgöz kişi olmaz....

ŞORGÖZLÜK (ID - 37855)

ŞORQOĞALI (ID - 37856)

is. İçərisində un, yağ, ədvə ilə qarışıq şorməzə iç qoyulan qoğal növü. Ramazan ayının özünəməxsus süfrəsi vardı: firni, tərək, balhalvası, nazik yuxa, şorqoğalı və sairə. H.Sarabski.

ŞORLANMA (ID - 37857)

“Şorlanmaq”dan f.is.

ŞORLANMAQ (ID - 37858)

f Şor olmaq, şor dadı vermək. [Veysin] hərdənbir dili dodağına dəyərkən ağzı şorlanırdı. Ə.Əbülhəsən.

ŞORLAR (ID - 37859)

cəm Şimali Altayda yaşayan türkdilli xalq.

ŞORLAŞDIRMA (ID - 37860)

“Şorlaşdırmaq”dan f.is.

ŞORLAŞDIRMAQ (ID - 37861)

f . Tərkibinə duz hopdurmaq, şorluğunu artırmaq, duzlu etmək, şor etmək, şoranlaşdırmaq. ..İzafi rütubətin buxarlanması zamanı duzlar torpağın səthinə qədər qalxaraq onu şorlaşdırır. H.Salayev.

ŞORLAŞMA (ID - 37862)

“Şorlaşmaq”dan f.is.

ŞORLAŞMAQ (ID - 37863)

bax şoranlaşmaq.

ŞORT (ID - 37864)

[ing.] Qısa şalvar növü.

ŞORTMA (ID - 37865)

“Şortmaq”dan f.is.

ŞORTMAQ (ID - 37866)

f dan. Bərk qaçmaq.

ŞORTU (ID - 37867)

sif vulq. Əxlaqsız, pozğun, son dərəcə həyasız, usanmaz, abırsız.

ŞORTULUQ (ID - 37868)

is. vulq. Əxlaqsızlıq, pozğunluq, ifrat dərəcədə həyasızlıq, utanmazlıq, abırsızlıq.

ŞORYARPAQ (ID - 37869)

is. bot. Turşəngə oxşar turş bitki.

ŞOSE (ID - 37870)

[fr.] Çınqıl döşənmiş və ya asfalt, yaxud sement-betonla örtülmüş yol. [Cəmilə və Mirzağa] ahəstə addımlarla yan-yanaşı olaraq mədənlərin arasilə uzanıb gedən şose yolu ilə gedirdilər. S.Hüseyn. Səlim yağışın torpağa...

ŞOŞAQ (ID - 37871)

ŞOTKA (ID - 37872)

[rus. щетка] Paltar, ayaqqabı və ya başqa bir şeyin tozunu almaq, təmizləmək üçün müxtəlif ölçü və biçimli lövhəcik üzərində sıx-sıx bərkidilmiş qıl və ya buna bənzər sərt tellərdən ibarət alət. Paltar şotkası....

ŞOTKALAMA (ID - 37873)

“Şotkalamaq”dan f.is.

ŞOTKALAMAQ (ID - 37874)

f . Şotka ilə təmizləmək. Arvadı da [Mədədin] dediklərinə əməl edib, hər gün ərinin çəkmələrinə yağrəng sürtüb şotkalardı. Ə.Vəliyev. [Hüseyn] şalvarını çox diqqətlə şotkaladı. S.Rəhman.

ŞOTKALANMA (ID - 37875)

“Şotkalanmaq”dan f.is.

ŞOTKALANMAQ (ID - 37876)

məch. Şotka ilə təmizlənmək, şotka vurulmaq.

ŞOTKALI (ID - 37877)

sif. Şotkası olan. Şotkalı tozsoran.

ŞOT-KÖK (ID - 37878)

şot-kök eləmək - iri, qaba tikiş vurmaq. Arvad bir saatda köynəyi şotkök eləyib geydi.

ŞOTLANDCA (ID - 37879)

zərf Şotland dilində. Şotlandca danışmaq.

ŞOTLANDKA (ID - 37880)

is. [rus.] Xana-xana pambıq və ya ipək parça növü. Paltarlıq şotlandka. // Bu parçadan tikilmiş. Şotlandka köynək. Şotlandka paltar.

ŞOTLANDLAR (ID - 37881)

cəm Şotlandiyanın əsas əhalisini təşkil edən xalq.

ŞOU (ID - 37882)

is. [ing.] Əyləncəli estrada.

ŞOVİNİST (ID - 37883)

[fr.] Qatı millətçi.

ŞOVİNİZM (ID - 37884)

[fr. xüsusi addan] İfrat millətçilik; başqa millətlərə qarşı ədavət və nifrət təbliğ edən ən mürtəce burjua millətçiliyi.

ŞÖBƏ (ID - 37885)

is. [ər.] 1. Bir idarənin, təşkilatın və ya müəssisənin bölməsi, hissəsi. Xəstəxananın cərrahiyyə şöbəsi. // Bir sistem daxilində ayrıca idarə, təşkilat və s. Milis şöbəsi. Rabitə şöbəsi. Trestin rayon şöbəsi.
Fakültə...

ŞÖHRƏT (ID - 37886)

is. [ər.] 1. Zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; məşhur olma, şərəfli ad qazanma, məşhurluq, ad-san. Əmək şöhrəti. Artistin şöhrəti. Alimin şöhrəti dünyaya yayılmışdır. - [Ağa...

ŞÖHRƏTBAZ (ID - 37887)

[ər. şöhrət və fars. ...baz] bax şöhrətpərəst.

ŞÖHRƏTBAZLIQ (ID - 37888)

bax şöhrətpərəstlik.

ŞÖHRƏTGİR (ID - 37889)

sif [ər. şöhrət və fars. ...gir] klas. Şöhrətli, şöhrət qazanmış, şöhrəti aləmi tutan, şöhrət tapmış, namdar. [Əzra Zəhraya:] Bir baban var, cahanda şöhrətgir; Fazilibinəzir, Şeyxi-Kəbir. H.Cavid.

ŞÖHRƏTLƏNDİRİLMƏ (ID - 37890)

“Şöhrətləndirilmək”dən f.is.

ŞÖHRƏTLƏNDİRİLMƏK (ID - 37891)

məch. Hamıya tanıdılmaq, məşhurlaşdırılmaq, məşhur edilmək, şöhrəti artırılmaq.

ŞÖHRƏTLƏNDİRMƏ (ID - 37892)

“Şöhrətləndirmək”dən f.is.

ŞÖHRƏTLƏNDİRMƏK (ID - 37893)

f Hamıya tanıtmaq, ad qazandırmaq, məşhur etmək, məşhurlaşdırmaq.

ŞÖHRƏTLƏNMƏ (ID - 37894)

“Şöhrətlənmək”dən f.is.

ŞÖHRƏTLƏNMƏK (ID - 37895)

f . Hər yerdə, hamı tərəfindən tanınmaq, məşhur olmaq, ad qazanmaq, şöhrət qazanmaq. Rəmz anlayan, söz düşünən, dərd bilən; Aləmlərdə şöhrətlənir, bəllənir. Qurbani. “Flankəsi” barmaqnan göstərirlər, yəni gör nə...

ŞÖHRƏTLİ (ID - 37896)

ŞÖHRƏTPƏRƏST (ID - 37897)

sif. [ər. şöhrət və fars. ...pərəst] Şöhrət düşkünü; vəzifə, fəxri mövqe, ad, vəzifə və s.-yə həddən artıq can atan; təkəbbürlü, lovğa. O çox şöhrətpərəst adamdır. - Çox savadlı və çox bilikli, şöhrətpərəst,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed