ŞÖBƏis. [ər.] 1. Bir idarənin, təşkilatın və ya müəssisənin bölməsi, hissəsi. Xəstəxananın cərrahiyyə şöbəsi. // Bir sistem daxilində ayrıca idarə, təşkilat və s. Milis şöbəsi. Rabitə şöbəsi. Trestin rayon şöbəsi.
Fakültə mənasında. Universitetin hüquq şöbəsi. Biologiya şöbəsi. - Ancaq arzusuydu oxumaq onun; Tarix şöbəsində darülfünunun. B.Vahabzadə. mus. Hissə, parça mənasında. “Mayeirastıdan sonra gələn növbəti şöbə “Hüseynimdir. Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|