İzahlı lüğət

ŞAQ(Q) (ID - 36997)

təql. Atılan güllədən və ya sınan ağacdan, budaqdan çıxan səs. Şaqq güllə səsi eşidildi. Şaqq ağac sındı. - Bu səslə tapança da dilləndi. Şaq, şaq güllələr açıldı. Mir Cəlal.

ŞAQQA (ID - 36998)

is. İkiyə parçalanmış cəmdək. [Fərhad:] Bir qoyunun da şaqqasını yemək olarmı? Ə.Haqverdiyev. Tahirzadənin ilk işi o oldu ki, şərikli kəsdikləri şişəyin bütöv bir şaqqasını ayırıb, südçü məhəlləsinə, Məsmənin evinə...

ŞAQQA(NAQ) (ID - 36999)

şaqqa(naq) çəkmək, şaqqanaq) çəkib gülmək - bərkdən gülmək, qəhqəhə ilə gülmək, şaqqıltı ilə gülmək. Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. “Koroğlu”...

ŞAQQALAMA (ID - 37000)

“Şaqqalamaq”dan f.is.

ŞAQQALAMAQ (ID - 37001)

f Şaqqa halında bölmək, parçalamaq; iki parçaya ayırmaq. [Qulu] ..qəssab kimi qızğın halda inəyi şaqqalayırdı. M.İbrahimov. Məmməd kişi həyətdə təzəcə kəsdiyi qoyunu şaqqalayırdı. S.Rəhman. Sonra Soltan xəncərini siyirib,...

ŞAQQALANMA (ID - 37002)

“Şaqqalanmaq”dan f.is.

ŞAQQALANMAQ (ID - 37003)

f . 1. Uzununa iki tən hissəyə bölünmək.
2. İki yerə ayrılma, haçalanmaq. Dağ iki yana şaqqalanmışdı. - iki yana şaqqalanmış (f.sif.) .. Tərtər çayının oynaq səsi.. dağlara çal-çağır salırdı. S.Rəhimov.

ŞAQQALATMA (ID - 37004)

“Şaqqalatmaq”dan f.is.

ŞAQQALATMAQ (ID - 37005)

icb. Uzununa iki hissəyə parçalatmaq, tən yarıya böldürmək. Qoyunu şaqqalatmaq.

ŞAQQALI (ID - 37006)

sif. Enlikürək, gövdəli, iri. Məmmədyarov kök, şaqqalı, qapqara saqqalı, bığı olan bir adamdı. S.Rəhman. [Ağasəfər] .. şaqqalı cavan oğlana baxdı və qrammofonun susduğundan yalnız indi xəbər tutmuş kimi təəccüblə soruşdu....

ŞAQQAŞAQ (ID - 37007)

təql. Ağac və s. kövrək şeylərin sınmasından və ya bir-birinə toxunmasından hasil olan səs. // zərf Şaqqıltı ilə. [Oğlan] daş-qaşı bir-bir ehtiyatla götürüb yanından sallanan qiymət kağızını nəzərdən keçirdi, sayğacdakı...

ŞAQQILDAQ (ID - 37008)

is. 1. Şaqqıltı səsi çıxaran uşaq oyuncağı; şaxşax. // Probka gülləatan uşaq tapançası.
2. Ritmik səs yaratmaq üçün zərbli musiqi aləti.

ŞAQQILDAMA (ID - 37009)

“Şaqqıldamaq”dan f.is.

ŞAQQILDAMAQ (ID - 37010)

f 1. Şaqqıltı səsi çıxarmaq. Dağların başında gurultu güclənir, ildırım şaqqıldayır, yeri-yurdu tərpədirdi. S.Rəhimov. Göy gurultusu .. qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. M.Hüseyn.
2. Çatırdamaq, çırtıldamaq,...

ŞAQQILDAŞMA (ID - 37011)

“Şaqqıldaşmaq”dan f.is.

ŞAQQILDAŞMAQ (ID - 37012)

qarş. 1. Şaqqıldamaq, şaq-şaq səs çıxarmaq (çox şey haqqında). Bir tərəfdə çeşmələr şaqqıldaşırdı. Bir tərəfdə gözəl çiçəklər qoxuyurdu. Mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı. Çəmənzəminli.
2. Qəhqəhə...

ŞAQQILDATMA (ID - 37013)

“Şaqqıldatmaq”dan f.is.

ŞAQQILDATMAQ (ID - 37014)

icb. Bir şeyi digərinə vuraraq, toxunduraraq, çırparaq şaqqıltı səsi çıxartmaq. Sayğacın daşlarını şaqqıldatmaq. Qamçını şaqqıldatmaq. - Əmirqulu muşquraraq şallağını havada şaqqıldatdı. M.Hüseyn.

ŞAQQILTI (ID - 37015)

is. 1. Sınan, partlayan, birbirinə dəyən şeylərdən, habelə ildırım çaxmasından, tez-tez atılan güllədən çıxan bərk qırıq səs. Birdən dışarıda şaqqıltı gəldi, sonra otağın qapıları açıldı, içəri bir kişi itələyib...

ŞAQQIMA (ID - 37016)

“Şaqqımaq”dan f.is.

ŞAQQIMAQ (ID - 37017)

bax şaqqıldamaq. Göydə nə ay, nə ulduz, bütün dünya qapqara; ildırımlar şaqqıyır tərpənməyən dağlara. S.Vurğun.

ŞAQRAQ1 (ID - 37018)

sif Şən, nəşəli, sevincgətirən, fərəhgətirən, ürəkaçan. Gözəldir baharın ilıq nəfəsi; Gözəldir bülbülün şaqraq nəğməsi. A.Şaiq. Şəhər tərəfdən qopan şən və şaqraq səslər şüalar kimi aləmə yayıldı. Mir Cəlal....

ŞAQRAQ2 (ID - 37019)

bax qarquşu.

ŞAQREN (ID - 37020)

is. [fr.] Yumşaq meşin dəri; qoduq dərisi.

ŞAQ-ŞAQ (ID - 37021)

zərf Qəhqəhə ilə, şaqqanaq çəkərək. Şaq-şaq gülmək.

ŞAQŞARAQ (ID - 37022)

bax şaqhaşaq. Artıq “şaqşaraq” gurultu gəlir, sanki Dəlidağ aşağı ağarıb axan, köpüklənən nəhəng bir çayın ağzı açılırdı. S.Rəhimov.

ŞAQUL (ID - 37023)

is. [ər.] Divarın şaquliliyini, düzlüyünü yoxlamaq üçün ucuna kiçik ağırlıq bağlanmış qaytan və ya ipdən ibarət alət; şüyül.

ŞAQULİ (ID - 37024)

sif. [ər.] Şaqul kimi yuxarıdan aşağıya enən; şaqul vəziyyətində olan; vertikal. Şaquli xətt. - Bu zaman məzarın başı ucunda qoyulmuş top kimi yuvarlaq və şaquli şəkilli bir çox təbii daşlar gördüm. A.Şaiq. [Səməd] yoldaşlarına...

ŞAL (ID - 37025)

is. 1. Yundan və s.-dən toxunmuş böyük baş örtüyü. ipək saçaqlı şal. Tirmə şal. - Köçən qızı şal, yaxud çarşaba bürüyüb, o yığıncağın bir səmtində otur dardılar. R.Əfəndiyev. Sənəm dönüb, otaqdan yun şalını götürdü....

ŞALAXO (ID - 37026)

is. [gürc.] İti oynanılan şən oyun havası.

ŞALAQ (ID - 37027)

is. məh. 1. İri, sarı yemiş. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz. Gərəkdir yaylağa qaçsın və orada soyuq düşənə kimi gərək bağ-bostan solmamış özünü arana yetirib, şalaqdan və kal meyvədən...

ŞALAPAY (ID - 37028)

[rus.] Avara, veyil. Amma xalaoğlum Əhməd şalapay çıxdı və özünü binamazlara yavıq saxladı. C.Məmmədquluzadə.

ŞALBAN (ID - 37029)

is. Şaxı, budağı, üst qatı təmizlənmiş böyük ağacın gövdəsi; dirək. Şalbanın bir ucu sənin çiynindədir. (Ata. sözü). [Mətbəxlərdə] şalbanlardan asılan, qışdan qalmış balqabaq, kudu, soğan, quru balıq, dəstə ilə qurumuş...

ŞALĞAM (ID - 37030)

is. Xörəyə qatılan və ya heyvan yemi kimi işlədilən kökü yumru və ya uzun bostan bitkisi. Şalğam şorbasında turp özünü yağ sanar. (Məsəl).
□□ Şalğam etmək (eləmək) - darmadağın eləmək, qılıncdan keçirmək. [Dəlilər]...

ŞALĞAMLIQ (ID - 37031)

is. Şalğam əkilmiş yer, şalğam bostanı.

ŞALLAQ (ID - 37032)

bax qırma(n)c. Küçədən fərraş Şimirəli əlində şallaq daxil olur. C.Məmmədquluzadə. Əmir qulu muşquraraq, şallağını havada şaqqıldatdı. M.Hüseyn. □ Şallağa tutmaq - bax şallaqlamaq. Sən hey de yoxumdur, çıxarıb canını...

ŞALLAQLAMA (ID - 37033)

“Şallaqlamaq”dan f.is.

ŞALLAQLAMAQ (ID - 37034)

f Şallaqla vurmaq, qamçılamaq, qırmanclamaq. Atı şallaqlamaq. - Sanki Əsgər yuxuda idi, indi ayıldı, kəlləri şallaqlamağa başladı. Ə.Vəliyev. // Məc. mənada. [Mustafa həkimə:] Axı bu dəlini gətirib buraya qatmısınız, bizim...

ŞALLAQLANMA (ID - 37035)

“Şallaqlanmaq”dan f.is.

ŞALLAQLANMAQ (ID - 37036)

məch. Şallaqla döyülmək, qırmanclanmaq, qamçılanmaq.

ŞALLI (ID - 37037)

sif Başına şal örtmüş, yaxud belinə şal bağlamış.

ŞALVAR (ID - 37038)

is. Bədənin beldən aşağı hissəsini və qıçları örtən ikibalaqlı üst kişi geyimi. Şərəfoğlu .. şalvarının cibindən balaca bir açar çıxarıb, stolun siyirməsini açdı və oradan böyük bir kağız vərəqi götürdü. M.İbrahimov....

ŞALVARLIQ (ID - 37039)

sif. Şalvara yarar. Yaxşı şalvarlıq parçadır. - [Bəy xonçasında] dolaqlar, bir şalvarlıq mahud və bunların əmsalı cehizlər qoyulmuş olur. R.Əfəndiyev. // Is. mənasında. Mağazadan şalvarlıq almaq.

ŞAM1 (ID - 37040)

is. [ər.] İçinə fitil qoyulmuş piyli maddələrdən hazırlanan silindrik işıq ləvazimi. Yanır qəribanə kənd axşamları; Titrək işıqlarla məscid şamları. S.Vurğun. Çapıq Abbas cibindən uzun bir şam çıxarıb ortaya qoydu. S.Rəhman....

ŞAM2 (ID - 37041)

is. [fars.] 1. Axşam. Şam süfrəsi. □ Şam(ü) şam-səhər, səhəraxşam. Şamü səhər bülbül kimi ağlaram; Qorxuram qönçədən gülüm pozula. Aşıq Murad. Gəl, baba, məscidlərə, ehsanı gör! Şamü səhər aşı, fisincanı gör!...

ŞAM3, ŞAMAĞACI (ID - 37042)

is. bot. İynəyarpaqlı, həmişəyaşıl, xırda qozaları olan ağac. [Şəmsiyyə və Səlimi] həyətə çıxdılar, cərgə ilə düzülmüş şamağaclarının arasında gəzməyə başladılar. M.İbrahimov. Şıdırğı yaz yağışından sonra...

ŞAMAMA (ID - 37043)

is. [ər.] Çox ətirli və şirin, adətən yeyilməyən kiçik yemiş növü. Mən gələndə şamamalar gülüdü; Dörd yanımı atlı kazaq bürüdü. “Qaçaq Nəbi” . Cavanlar özləri ilə toyxanaya alma, portağal, şamama,.. püstə, badam...

ŞAMAN (ID - 37044)

is. [tunq.] Ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında): sehrbaz, ovsunçu, cadugər (şamanlar oxumaqla, dəf çalıb-oynamaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək, adamların xəstəliklərini sağaltdıqlarına,...

ŞAMANIZM (ID - 37045)

bax şamanlıq.

ŞAMANLIQ (ID - 37046)

is. 1. Bəzi şimal, Orta Asiya, İndoneziya, Okeaniya, Amerika, Afrika xalqlarında ruhlara, magiyaya sitayiş etməkdən ibarət din forması.
2. Şamanın işi, peşəsi; sehrbazlıq, cadugərlik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed