İzahlı lüğət

ŞAM2

is. [fars.] 1. Axşam. Şam süfrəsi. □ Şam(ü) şam-səhər, səhəraxşam. Şamü səhər bülbül kimi ağlaram; Qorxuram qönçədən gülüm pozula. Aşıq Murad. Gəl, baba, məscidlərə, ehsanı gör! Şamü səhər aşı, fisincanı gör! Ə.Nəzmi. Şam ta səhər klas. - axşamdan-səhərədək. Dolanım başına şam ta səhər; Şəmi-camalının pərvanəsiyəm. Q.Zakir.
2. Axşam yeməyi. ..Yusif şah buyurdu: - Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. M.F.Axundzadə. Şamdan sonra xan yenə özünü çırthaçırtla yanan buxarının yanına verib oturdu. Çəmənzəminli. Hamı yedi, şam bitdi. Amma Məstan bəyin gözü yolda qaldı. B.Talıblı. □ Şam etmək (eləmək) - axşam yeməyi yemək. Saat on birdə yenə qonaqları dəvət elədilər xörək otağına və yenə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed