İzahlı lüğət

ŞAQQILTI

is. 1. Sınan, partlayan, birbirinə dəyən şeylərdən, habelə ildırım çaxmasından, tez-tez atılan güllədən çıxan bərk qırıq səs. Birdən dışarıda şaqqıltı gəldi, sonra otağın qapıları açıldı, içəri bir kişi itələyib saldılar. Çəmənzəminli. ..Göyün dağlara səda salan şaqqıltısı.. bütün kişiləri də qorxuya salır. S.S.Axundov. Pulemyotların şaqqıltısından qulaq tutulurdu. Ə.Vəliyev.
2. Bərkdən gülüş səsi, qəhqəhə səsi. Elə ki ikimiz olardıq, bir demək, bir danışmaq, bir qaqqıltı, bir şaqqıltı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed