İzahlı lüğət

ŞƏKİLÇƏKƏN (ID - 37348)

dan. bax fotoqraf.

ŞƏKİLÇİ (ID - 37349)

ŞƏKİLÇİLƏŞMƏ (ID - 37350)

“Şəkilçiləşmək”dən f.is.

ŞƏKİLÇİLƏŞMƏK (ID - 37351)

f . qram. Şəkilçi şəklini almaq, dönüb şəkilçi olmaq.

ŞƏKİLDƏN-ŞƏKLƏ (ID - 37352)

zərf Bir haldan (vəziyyətdən, formadan) başqa hala (vəziyyətə, formaya). Ağız-burnunu şəkildən-şəklə salır.

ŞƏKİLDƏYİŞMƏ (ID - 37353)

is. Bir şəkildən başqa şəklə düşmə, zahiri görünüşünü dəyişmə.

ŞƏKİLLİ (ID - 37354)

sif. 1. İçində şəkillər olan; rəsmli. Şəkilli jurnal. Şəkilli məcmuə. - Qonça şəkilli kitabı istəyir, Aqil vermir, bacısına gözlərini ağardırdı. Ə.Vəliyev.
məc. Gözəl, göyçək, qəşəng, gözə xoşgələn, gözəşirin....

ŞƏKİLPƏRƏST (ID - 37355)

ŞƏKİLSİZ (ID - 37356)

sif. 1. Şəkli, rəsmləri olmayan; rəsmsiz. Şəkilsiz jurnal.
2. məc. Biçimsiz, görünüşsüz, görünüşcə nəzəri cəlb etməyən.

ŞƏKİL-ŞƏMAYİL (ID - 37357)

bax şir-şəkil.Münəvvər xanımın şəkli-şəmayili Hacını lap əvvəl gündən cəlb eləmişdi. Mir Cəlal.

ŞƏKK (ID - 37358)

is. [ər.] Bir şeyin gerçəkliyinə, doğruluğuna şübhə etmə; şübhə, güman, zənn. Leyli dedi: - Çün sənə şəkkim var; Məcnun isən, eylə halın izhar. Füzuli. Əziz balalar!.. Sizin bizdən xoşbəxt olmağınıza heç şəkk yoxdur....

ŞƏKKAK (ID - 37359)

sif. və is. [ər.] Hər şeyə şübhə edən, şübhə ilə baxan, heç şeyə inanmayan, şəkli. [Molla Kərim:] Dünyanın axırıdır. Şəkkakə lənət, - deyə dışarı sıçradı. B.Talıblı. [Nəcəfalı:] Şəkkakdır o, şəkkak. Heç şeyə...

ŞƏKKAKLIQ (ID - 37360)

is. Hər şeyə şəkk-şübhə etmə, şəkk-şübhə ilə baxma.

ŞƏKK-ŞÜBHƏ (ID - 37361)

is. [ər.] İnamsızlıq, inanmama, bədgümanlıq; şəkk, şübhə. Bu işin şəkk-şübhəsi yoxdur. Şəkk-şübhədən qurtarmaq. - [Bənna:] Rəhmətlik öləndən sonra uşaqları .. bircə otağın divarından iki sandıqça qızıl tapıblar....

ŞƏKK-ŞÜBHƏSİZ (ID - 37362)

zərf və sif. Heç bir şəkk, şübhə olmadan, yəqin, sözsüz, gerçək. Şəkkşübhəsiz bu iş yerinə yetiriləcəkdir. - [Seyrəksaç dəllək:] Birisi bu dünyada günahsız yerə bir qarışqanı tapdayıb öldürmüş olsa, orada şəkk-şübhəsiz...

ŞƏKLƏMƏ (ID - 37363)

“Şəkləmək”dən f.is.

ŞƏKLƏMƏK (ID - 37364)

qulaqlarını şəkləmək - bax qulaq. Birdən atlar səs eşidib qulaqlarını şəklədilər. T.Ş.Simurq. Əsgər ağa birdən qulaqlarını şəklədi, ətrafı dinləməyə başladı. S.Rəhman.

ŞƏKLƏN (ID - 37365)

zərf [ər.] Şəklinə görə, şəkilcə, zahiri görünüşcə. Şəklən artistə oxşayır.

ŞƏKLƏNDİRMƏ (ID - 37366)

“Şəkləndirmək”dən f.is.

ŞƏKLƏNDİRMƏK (ID - 37367)

icb. Şəkkə salmaq, şübhəyə salmaq, şübhələndirmək.

ŞƏKLƏNMƏ (ID - 37368)

“Şəklənmək”dən f.is.

ŞƏKLƏNMƏK (ID - 37369)

ŞƏKLƏTMƏ (ID - 37370)

“Şəklətmək”dən f.is.

ŞƏKLƏTMƏK (ID - 37371)

f . Şəkkə salmaq, şübhəyə salmaq, şübhələndirmək, şübhə oyatmaq. [Əhməd:] Adamsan, adam oğlusan, beş manat nə puldur ki, sən o yandan bəri şəklədirsən? N.Vəzirov.

ŞƏKLİ1 (ID - 37372)

sif. Şübhəli, şübhə doğuran; inam, etibar doğurmayan. Şəkli adam. Şəkli iş. Birbirindən şəkli olmaq. // is. Şəkk edən, şübhə edən; şəkkak.

ŞƏKLİ2 (ID - 37373)

sif. [ər.] Zahiri görünüşcə (görünüşünə görə), zahirən.

ŞƏKSİZ (ID - 37374)

zərf Şübhəsiz, yəqin, əlbəttə. [Ağa Səttar:] Bəli, elə kişidən şəksiz saleh övlad qalacaqdır. M.F.Axundzadə. Qüvvətin varsa, yaşarsan məsud; Yoxsa, şəksiz olacaqsan nabud. A.Səhhət.

ŞƏKSİZ-ŞÜBHƏSİZ (ID - 37375)

bax şəksiz. Səməd bu sözləri özü-özünə söylər və istiqbalının parlaq olacağına şəksiz-şübhəsiz inanardı. Talıblı. Sənsən bahar, sənsən şəksizşübhəsiz; Nəğməmin ahəngi, şerimin rəngi. S.Rüstəm.

ŞƏKVA (ID - 37376)

is. [ər.] klas. Şikayət. □ Şəkva etmək (eyləmək) - şikayət etmək. Cənnət həramım olsun, əgər şəkva eyləsəm. S.Ə.Şirvani. Usan, etmə şikayət bizdən əsla; Get, öz baxtından eylə indi şəkva. M.Ə.Sabir.

ŞƏQAİQ (ID - 37377)

is. [ər.] Laləgülü, xoruzgülü, gəlincikgülü. Şəqaiq, qərənfil, süsən, nəstərən; Zəbani-hal ilə oxur müstəhsən. Q.Zakir.

ŞƏLALƏ (ID - 37378)

is. Çay yatağında sıldırım qayadan tökülən güclü su axını; çağlayan, şır-şır. Qaraca qız iki arşın ucalıqdan tökülən şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. S.S.Axundov. Nəbi.. qıjıltı...

ŞƏLALƏCİK (ID - 37379)

is. Kiçik şəlalə; süni surətdə düzəldilmiş kiçik şəlalə.

ŞƏLALƏLİ (ID - 37380)

sif Şəlaləsi, ya şəlalələri olan. ..Çopur qara qayaların arasından pıqqıldayapıqqıldaya dəlicəsinə çıxan şəlaləli çay öz hay-harayı ilə Qarabağ düzənlərinə tərəf gedirdi. S.Rəhimov. Şəlaləli qoca Tərtər; Xaçın...

ŞƏLƏ (ID - 37381)

is. Arxada aparıla biləcək qədər bağlanmış yük (şax, odun və s.). Şələ bağlamaq. - [Niyaz:] Sən də ki odunçusan, hər gün gəlib, burada bir şələ odun tapırsan, deyirsən, bəxtim gəlib. Ə.Haqverdiyev. Bir gün eşq sevdasından...

ŞƏLƏKƏT (ID - 37382)

sif. məh. Çox sakit, xay. Şələkət bir gecə idi. S.Hüseyn.

ŞƏLƏ-KÜLƏ (ID - 37383)

bax şey-şüy.
□□ Şələ-küləsini (şələ-şüləsini) qoltuğuna vermək - bax şələ-küləsini bayıra atmaq. [Gülzar:] Şələ-küləsini verdim qoltuqlarına, qovdum, getdilər. İ.Hüseynov. Şələ-küləsini bayıra atmaq - şey-şüyünü...

ŞƏLƏQUYRUQ (ID - 37384)

is. Tülküyə verilən ləqəb. Bir demədin ki, tülkü; Quyruqsuz neyləsin bəs; Şələquyruq olmasa; Tülkü baba keçinməz. R.Rza.

ŞƏLƏLƏMƏ (ID - 37385)

“Şələləmək”dən f.is.

ŞƏLƏLƏMƏK (ID - 37386)

f Şələ bağlayıb arxasına götürmək, dalına qoymaq, yükləmək (bəzən “dalına” sözü ilə). [Niyaz:] A kişi, sarsaq olma, gəl odunu şələlə dalına, itil cəhənnəmə. Ə.Haqverdiyev. Arvadlar və iri qızlar bu palçıqdan qazıb,...

ŞƏLƏLƏNMƏ (ID - 37387)

“Şələlənmək”dən f.is.

ŞƏLƏLƏNMƏK (ID - 37388)

məch. Şələ edib dalına götürmək, yüklənmək, dalına yük çatmaq. Kosa, Mədətin kara gələcəyi qorxusundan Əfruz bacıya təslim olub boyun əydi. O, kisəni şələləndi, toyuqları aldı. S.Rəhimov.

ŞƏLƏLİ (ID - 37389)

sif. Dalına şələ götürmüş, yüklənmiş. Yolla şələli adam gedirdi.

ŞƏLƏPAPAQ (ID - 37390)

sif. Başına uzuntüklü dəridən papaq qoymuş. Şələpapaq kişi. Şələpapaq kəndli. - [Hüseynqulu:] Əmim oğlu komandir olduğuna görə rəngi saralmış, əynində dəridən paltar, başında bir şələpapaq sükançının yanında durmuşdu....

ŞƏLƏ-ŞƏLƏ (ID - 37391)

zərf Şələlərlə, bağlı-bağlı, yığın-yığın. [Ayrım qızı] meşədən şələ-şələ odun daşıyar, sac asar, nehrə çalxayar və yorulmaq nə olduğunu bilməzdi. A.Şaiq. [Mücü] köklərindən hər gün şələ-şələ kəndə daşındı....

ŞƏLƏ-ŞİLTƏ (ID - 37392)

bax şəlpə-şülpə. [Qoca:]
Çata bilmərik, yağı xanı, bəyləri də basar alar, şələ-şiltəsini toplar, gedər, bizə ar olar. M.Rzaquluzadə.

ŞƏLƏ-ŞÜLƏ (ID - 37393)

bax şələ-şiltə. [Hacı Murad:] ..Get, şələ-şüləni yığışdır. S.S.Axundov. [Tahir:] Bilsəm ki, azarım-bezarım yoxdur, o dəqiqə şələ-şüləmi yığıb gedərəm. M.Hüseyn.

ŞƏLLƏMƏ (ID - 37394)

“Şəlləmək”dən f.is.

ŞƏLLƏMƏK (ID - 37395)

f Dalma almaq, yükləmək. Ata [Saranı] arxasına şəlləyib qoyun otardı. İ.Əfəndiyev.

ŞƏLPƏ (ID - 37396)

bax şəlpə-şülpə. Süzmə dəxi, gözlərin aç, a Babayi-Əmir; Şəlpələrin tez yığıb qaç, a Babayi-Əmir. C.Cabbarlı.

ŞƏLPƏ-ŞÜLPƏ (ID - 37397)

top. dan. Pal-paltara, yaxud xırım-xırda şeylərə saymazyana verilən ad.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed