İzahlı lüğət

ŞƏKK

is. [ər.] Bir şeyin gerçəkliyinə, doğruluğuna şübhə etmə; şübhə, güman, zənn. Leyli dedi: - Çün sənə şəkkim var; Məcnun isən, eylə halın izhar. Füzuli. Əziz balalar!.. Sizin bizdən xoşbəxt olmağınıza heç şəkk yoxdur. N.Nərimanov. [Hacı Osman:] Vəli kişinin qoçaq olmasına şəkkin yoxdur ki, Cavad bəy? N.Vəzirov. □ Şəkdən çıxartmaq - inandırmaq, şübhə üçün arada yer qoymamaq, şəkk-şübhədən qurtarmaq, inandırmaq. [Seyid Əhməd Seyid Səmədə:] Andına inanıram. Amma gərək bir şeyə də and içib, məni dürüst şəkdən çıxarasan. Ə.Haqverdiyev. Şəkdən çıxmaq - bax şəkk-şübhədən çıxmaq. Şəkkə düşmək - özündə şübhə doğmaq, şübhə eləmək, şübhə altına almaq. [Dərviş] mənim şəkkə düşməmi anladı. A.Divanbəyoğlu. Mətbəxdəki arvadlar qara çadraya bürünmüş qadını gördükdə, şəkkə düşmüş və cürbəcür fikirlər irəli sürməyə başlamışdılar. T.Ş.Simurq. Şəkk eləmək (etmək) - bir işin doğruluğuna, həqiqiliyinə, gerçəkliyinə inanmamaq, şübhə etmək. [Səməd kişi:] Xeyr, xeyr, əstəğfürullah elə, Allahın hünərinə şəkk eləmə. T.Ş.Simurq. Bu elə hikmətli çarə idi ki, şəkk eləməyə heç kəsin cürəti çatmırdı. S.Rəhman. Şəkk gətirmək - bax şəkkə düşmək. Sən mənim sözümə heç gətirmə şəkk; Bizim evlərdə də gəl görün tək-tək. M.P.Vaqif. [Qəhrəman:] Rəhmətliyin qızı, sən də şəkk gətirirsən? S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed