İzahlı lüğət

ŞÜALANDIRMA (ID - 37998)

“Şüalandırmaq”dan f.is.

ŞÜALANDIRMAQ (ID - 37999)

f 1. Şüa buraxdırmaq, şüa saçdırmaq.
2. fiz. Radioaktiv elementlərin təsirinə məruz buraxmaq.

ŞÜALANMA (ID - 38000)

is. 1. “Şüalanmaq”dan f.is.
2. fiz. Radioaktiv elementlərin şüaburaxma xassəsi.

ŞÜALANMAQ (ID - 38001)

f . Şüa buraxmaq, şüa saçmaq, şüa vermək. Elektrik aparatlarında sərbəst elektronlar mənfi kontaktın səthində şüalanır. P.Rüstəmzadə.

ŞÜALI (ID - 38002)

sif. Şüaburaxan, şüaverən, şüası olan. Şüalı ulduz.

ŞÜAR (ID - 38003)

is. [ər. ] 1. Siyasi partiyanın müəyyən tarixi şəraitdə kütlələr qarşısında irəli sürdüyü rəhbər ideyanı, vəzifəni və ya tələbi qısa və aydın şəkildə ifadə edən müraciət; çağırış. // Üstündə belə çağırış...

ŞÜARÇILIQ (ID - 38004)

is. Əməli hərəkət, iş deyil, ancaq şüar irəli sürməklə kifayətlənmə. ..Cabbarlının əsərlərindəki ictimai fikir daha da dərinləşir, aktual mövzu şüarçılığa çevrilmir. M.İbrahimov.

ŞÜASAÇAN, ŞÜASAÇICI (ID - 38005)

sif. Şüaburaxan, şüayayan.

ŞÜASAÇMA (ID - 38006)

bax şüalanma2-ci mənada.

ŞÜAVARİ (ID - 38007)

sif. Şüayaoxşar, şüa kimi.

ŞÜBHƏ (ID - 38008)

is. [ər.] Bir şeyin gerçəkliyinə xatircəm olmama, bir şeyin həqiqətə uyğun ola biləcəyi haqqında fikir, güman, şəkk, tərəddüd. [Nüşabə:] Sənə qəlbimdə bir iman varıdı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq. Məlun...

ŞÜBHƏLƏNDİRMƏ (ID - 38009)

“Şübhələndirməkdən f.is.

ŞÜBHƏLƏNDİRMƏK (ID - 38010)

f Şübhə oyatmaq, şübhəyə salmaq, şübhə doğurmaq. Onun haqqında eşitdiyi bəzi şeylər Büləndi Camaldan şübhələndirirdi. Ə.Əbülhəsən.

ŞÜBHƏLƏNMƏ (ID - 38011)

“Şübhələnməkdən f.is.

ŞÜBHƏLƏNMƏK (ID - 38012)

f . 1. Bir şeyin gerçək olub-olmadığını kəsdirə bilməmək, şübhə etmək, şəkk etmək, inanmamaq. Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi.. Ə.Haqverdiyev. Mehriban şübhələnməyə başladı. S.Hüseyn. Vahid...

ŞÜBHƏLİ (ID - 38013)

sif. 1. Şübhə oyadan, şübhə doğuran, şübhəyə səbəb olan. Şübhəli adam. Şübhəli məsələ. - Katibin yumşaq rəftarı Salmana bir cür gəlir, şübhəli görünür, qorxudurdu. M.İbrahimov. Mən diqqətlə ağaca baxıb qalın budaqların...

ŞÜBHƏLİLİK (ID - 38014)

is. Şübhəli olma, şübhəli şeyin halı.

ŞÜBHƏLİ-ŞÜBHƏLİ (ID - 38015)

zərf Şübhəli halda, şübhə edircəsinə, şübhə ilə. Bağban şübhəlişübhəli Həcəri nəzərdən keçirtdi.. S.Rəhimov. Mürsəl duruxa-duruxa, şübhəli-şübhəli pıçıldadı. Ə.Vəliyev.

ŞÜBHƏSİZ (ID - 38016)

1. zərf Mütləq, şəksiz. Şübhəsiz mən də gələcəyəm. Şübhəsiz bu gecə yola düşməliyik. - [Gəray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə. A. Şaiq.
2. ara s. Əlbəttə, təbii. O, şübhəsiz, doğru...

ŞÜCAƏT (ID - 38017)

is. [ər.] İgidlik, rəşadət, cəsarət, cəngavərlik, qoçaqlıq, bahadırlıq, mərdlik. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. [Vəzir:] Leyla, bu nə halətdir?...

ŞÜCAƏTLİ (ID - 38018)

sif Cəsarətli, cəsur, bahadır, qoçaq, igid. Övladları qeyrətlidir, damarlı; Şücaətli, hünərli, etibarlı. A.Səhhət. [Nəcəf bəy Dilaraya:] Şücaətli qardaşın bu gün hökumətin əmri ilə Bakı milyonerlərindən Ağabalayevi həbs...

ŞÜƏRA (ID - 38019)

is. [ər. “şair” söz. cəmi] klas. Şairlər. Ə gər çi Sədi və Hafizdən sonra iranda şeir qayətdə tənəzzülə düşüb, şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu. M.F.Axundzadə. Seyyida, bunca ki məsciddən...

ŞÜĞL (ID - 38020)

is. [ər.] klas. İş, məşğələ, məşğuliyyət. [Pəri xanım:] A qadan alım .. sözümə qulaq as, o qədər şüğlüm var ki, səni görmək olmur. M.F.Axundzadə. Ər deyil, şair imiş xanəxərab; Fikri yazmaq, oxumaq, şüğlü kitab. M.Ə.Sabir....

ŞÜĞÜLZÜMMƏ (ID - 38021)

is. [ər.] köhn. din. Müsəlmanlıqda: Allah qabağında günahkarlıq, təqsirkarlıq. □ Şüğülzümmə eləmək (etmək) - günaha batırmaq, günahkar eləmək. Mərhumun varisləri bir-birlərinin üzünə baxıb, ürəkləri yumşalmış hallarında...

ŞÜHUDİ (ID - 38022)

sif. [ər.] dilç. Felin iki keçmiş formasından birinin adı. Şühudi keçmiş.

ŞÜKKÜTMƏ (ID - 38023)

“Şükkütmək”dən f.is.

ŞÜKKÜTMƏK (ID - 38024)

f Qondurmaq, oturtmaq. [Səlim bəy:] Amma indi... Bir çolaq yabını minirsən, bir quşu şükkütürsən barmağının başına, onun da bir gözü kor, bir gözü də məyub. Ə.Haqverdiyev.

ŞÜKRAN (ID - 38025)

is. [ər.] klas. Yaxşılıq bilmə, edilən yaxşılığa müqabil edilən minnətdarlıq, təşəkkür, şükür. Sən azad eylədin qəmdidə hürriyyətpərəstanı; Sənə ləbrizi-şükrandır bütün əhrar, hürriyyət! M.Hadi.

ŞÜKRANƏ (ID - 38026)

[ər. şükr və fars. ...anə] klas. 1. Bax şükran. [Divanbəyi:] Bari bu işin şükranəsinə nizama tabe olun, əyərçi heç nizamı və zabitəni anlamırsınız! M.F.Axundzadə. // Şükranla şəklində - minnətdarlıqla, təşəkkürlə,...

ŞÜKRLİLLAH, ŞÜKRÜLLAH (ID - 38027)

[ər.] ara s. Allaha şükür, xoşbəxtlikdən, bəxtimdən. Mən Vaqifəm, kuyin mənə Kəbədir; Şükrlillah, müsəllayə dönmüşəm. M.P.Vaqif. Şükrlillah, hər nə istərdim, mühəyyadır mənə. Q.Təbrizi.

ŞÜKUFƏ (ID - 38028)

is. [fars.] Gül, çiçək. Baş çıxarmış şükufələr seyr elər; Yaşılına, o alına sevdiyim! M.V.Vidadi. Səba gətirdi genə müj dəyi-gülüstanı; Şükufələr açılır, fəslinövbahar gəlir. S.Ə.Şirvani. Bəzəklənir, düzəklənir,...

ŞÜKUFƏLƏNMƏ (ID - 38029)

“Şükufələnmək”dən f.is.

ŞÜKUFƏLƏNMƏK (ID - 38030)

f . Açılmaq, çiçəklənmək, zahir olmaq (gül haqqında). Şükufələnmiş (f.sif.) güllər nəsimin dəyməsindən enib qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” deyirdilər. Ə.Haqverdiyev.

ŞÜKUH(Ə) (ID - 38031)

[fars.] klas. Böyüklük, ululuq, əzəmət, calal, həşəmət; şan-şərəf. Bir təxtirəvan içində Leyli; Nə şövkətə, nə şükuhə meyli. Füzuli. Gərək küllən gedib, kəmalişükuh və təntənə ilə [Yusif Sərracı] gətirib, bu...

ŞÜKUHLU (ID - 38032)

sif. klas. köhn. Təntənəli, əzəmətli, calallı; şan-şərəfli. Toy çox şükuhlu (z.) keçdi. Ə.Haqverdiyev.

ŞÜKÜR (ID - 38033)

is. [ər.] Edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür, razılıq ifadəsi. [Kərbəlayı Məhəmməd:] Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş. Sənə min şükür! - deyib, əlini ustanın toqqasına atdı. Çəmənzəminli....

ŞÜLƏ (ID - 38034)

is. məh. Hər iki tərəfə uzadılmış qolların arasındakı məsafə (şərti uzunluq ölçüsü).

ŞÜLƏK (ID - 38035)

is. Parça zolağı, parça topu. Pəncərədən düşən işıq ağ ipək şüləyi kimi uzanıb, Muradın sol döşünə yayılmışdı. Ə.Vəliyev. Bircə dəqiqənin içində qırmızı şüləklər qollara bağlandı. Ə.Əbülhəsən.

ŞÜLƏKLƏMƏ (ID - 38036)

“Şüləkləmək”dən f.is.

ŞÜLƏKLƏMƏK (ID - 38037)

f . Şülək halına salmaq, sarıyaraq top halına salmaq. Parçanı şüləkləmək. - Veys özü izah etdi: - Bu qırmızı şüləni Həmzənin dükanından götürmüşəm, parçanı şüləkləməyə başladı. Ə.Əbülhəsən.

ŞÜMAL (ID - 38038)

sif. 1. Yeni dikəlib göyərən budaq, zoğ. Çəkil şümalı. - Bir şümal pöhrəni; Bir vurğuda qələm elədi; Və qürurla dedi; Ovxarını gördünmü baltanın? R.Rza.
Düz, hamar. Sahildəki şümal və ziləv daşların bir parası yuyulub...

ŞÜMAR (ID - 38039)

is. [fars.] Say, hesab. □ Şümara gəlməmək - saya, hesaba gəlməmək. Məkani-əslimdən düşdüm avarə; Dərdimin ədədi gəlməz şümarə. Aşıq Baxış.

ŞÜMARƏ (ID - 38040)

is. [fars.] köhn. Əqrəb (saatda). Saatı çıxardım, qoydum stolun üstə ki, görüm, saatın şümarələri nə vaxt gəlib 3-ün üstündə duracaqdır ki, börkümü götürüm, qaçım evə. Məmmədquluzadə.

ŞÜMƏRƏK (ID - 38041)

sif. Cavan, yenicə qalxmış. Zeynalın, üzərində dayandığı bu cığır bitməztükənməz şümərək ağaclar arasında qaib olur. Ə.Əbülhəsən.

ŞÜMŞAD (ID - 38042)

is. [fars.] 1. Cürbəcür alətlər, ev əşyalari və s. hazırlanan çox möhkəm oduncaqlı həmişəyaşıl ağac.
2. Müqayisələrdə işlənir. Könül mayil olub siyah telinə; Nazik barmağına, şümşad əlinə. Aşıq Ələsgər. Bir az...

ŞÜMUL (ID - 38043)

ŞÜMÜR (ID - 38044)

is. [ər. xüsusi addan - Şümr] Zalım, qaniçən, qatil, cəllad mənasında. Düzü elə millətin əyri-üyrüsü üçün sənin kimi əli əsməyən bir şümür lazımdır! - deyə, Müqim bəy Cavanşir Mirzə Polad müəllimi gözlərinin qabağına...

ŞÜRU (ID - 38045)

[ər.]: şüru etmək (eləmək) - başlamaq. Sərdar Zaman xan sözə şüru elədi. M.F.Axundzadə. ..Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkaz alıb işləməyə şüru etdi. S.M.Qənizadə. Orada bir həftənin ərzində...

ŞÜRUT (ID - 38046)

[ər. “şərt” söz. cəmi] Şərtlər (bəzən şərt-şürut şəklində işlənir). [Şeyx Əhməd:] Keçər. Amma ortada bir neçə şərt var. [Şeyx Nəsrulla:] iki dost arasında nə şərt, nə şürut. S.Rəhman. □ Şürut bağlamaq (qoymaq)...

ŞÜŞ (ID - 38047)

is. Nazik ağac, çubuq. Lobya ləklərinə şüş basdırmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed