İzahlı lüğət

ŞÜBHƏLİ

sif. 1. Şübhə oyadan, şübhə doğuran, şübhəyə səbəb olan. Şübhəli adam. Şübhəli məsələ. - Katibin yumşaq rəftarı Salmana bir cür gəlir, şübhəli görünür, qorxudurdu. M.İbrahimov. Mən diqqətlə ağaca baxıb qalın budaqların arasında şübhəli bir qaraltı gördüm. M.Rzaquluzadə.
O qədər də inanılası olmayan, niyyəti, ləyaqəti, mənəvi keyfiyyətləri şübhə doğuran. Şübhəli adam. Əxlaqı şübhəli.
Hər şeyə şübhə ilə baxan, hər şeydən şübhələnən, son dərəcə ehtiyatlı. Aydəmir bir qaçaqdır, hər bir şeydən şübhəli. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed