İzahlı lüğət

ŞÜBHƏ

is. [ər.] Bir şeyin gerçəkliyinə xatircəm olmama, bir şeyin həqiqətə uyğun ola biləcəyi haqqında fikir, güman, şəkk, tərəddüd. [Nüşabə:] Sənə qəlbimdə bir iman varıdı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq. Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn. Məşədi Şərifin ürəyi sakit olmur, şübhə, narahatlıq, təşviş onun yaxasından əl çəkmirdi. Ə.Vəliyev. □ Şübhə doğurmaq (oyandırmaq) - şübhələndirmək, şübhəyə səbəb olmaq. ..Qızın yaxşı geyimi məndə şübhə oyandırdı. M.S.Ordubadi. ..Leylək özünü düzəltməyə, izafi şübhə doğurmamağa, ağasının müqabilində gözükölgəli olmamağa çalışırdı. S.Rəhimov. Şübhə etmək - bir şeyin gerçəkliyinə tam inanmamaq, xatircəm olmamaq, arxayın olmamaq. Xəbərin düzlüyünə şübhə edirəm. Şübhə etməmək (eləməmək) - inanmaq, xatircəm olmaq, arxayın olmaq. Anam buna razı oldu, çünki ondan ayrılmayacağıma şübhə etmirdi. S.S.Axundov. Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə eləmirdi. M.Hüseyn. Şübhədən çıxartmaq inandırmaq, şübhə yeri qoymamaq. Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar. Ə.Haqverdiyev. Şübhəyə düşmək - şübhələnmək, şübhə əmələ gəlmək. [Axund:] Amma indi ki siz deyirsiniz, [Səriyyə] razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. C.Cabbarlı. Şübhəyə salmaq - şübhə doğurmaq, şübhələndirmək. [Nigar:] Koroğlu, bu qızın sözü məni şübhəyə salıb. “Koroğlu” . Heç şübhə yoxdur ki... - şübhəsiz, inanın, həqiqətən, gerçəkdən, yəqin. Heç şübhə yoxdur ki, [qız] vəliəhdi sevdiyini demək istəyirdi, lakin buna cəsarət etmirdi. M.S.Ordubadi. [Xəyyam:] Varlığım bir heçə bənzər mübhəm; Heç var olmaz, buna yoxdur şübhəm. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed