ŞÜŞƏ (ID - 38048)is. 1. Kvarslı qumu əridib kimyəvi üsulla işləmək nəticəsində alınan sərt, şəffaf material. Şüşə istehsalı. Tutqun şüşə. Naxışlı şüşə. Şüşə zavodu. □ Şüşə kimi (tək) 1) öz parıltısı, şəffaflığı və s....
|
ŞÜŞƏBƏND (ID - 38049)bax aynabənd. ..Sona xala şüşəbənd otaqda masaya süfrə salıb məni oraya təklif etdi. S.S.Axundov. Zeynal geniş bir şüşəbəndi keçib, yemək otağına girdi. S.Hüseyn.
|
ŞÜŞƏBƏNDLİ (ID - 38050)bax aynabəndli. Qoca usta fikirli-fikirli, beş-altı pilləli daş pilləkənlə qalxıb şüşəbəndli balkona çıxdı. M.Hüseyn. iki tərəfinə yeni səliqə ilə balkonlu, eyvanlı, dik damlı, şüşəbəndli qəşəng evlər düzülmüş asfaltlı...
|
ŞÜŞƏCİK (ID - 38051)is. Kiçik şüşə alət. Sınaq şüşəciyi. Mikroskop şüşəciyi.
|
ŞÜŞƏÇİ (ID - 38052)is. 1. Şüşə sənayesi fəhləsi, şüşə istehsalı işçisi.
xüs. Ərgin şüşədən üfləmə yolu ilə müxtəlif qablar, fiqurlar və s. hazırlayan usta. Bax şüşəsalan. |
ŞÜŞƏÇİLİK (ID - 38053)is. Şüşəsalanın işi, sənəti, peşəsi.
|
ŞÜŞƏKƏSƏN (ID - 38054)sif. Şüşə kəsməyə məxsus. Şüşəkəsən alət. // İs. mənasında. Şüşəkəsənlə şüşələri kəsmək.
|
ŞÜŞƏKİ (ID - 38055)is. məh. Rişxənd, ələsalma, arayaqoyma; masqara, fitəbasma. □ Şüşəkiyə basmaq (qoymaq) məh. - lağa qoyub gülmək, istehza etmək, araya qoymaq, ələ salmaq, fitə basmaq. ..Əgər buraya bir qəribin yolu düşsə, onu şüşəkiyə basacaqlar....
|
ŞÜŞƏLƏMƏ (ID - 38056)“Şüşələmək”dən f.is.
|
ŞÜŞƏLƏMƏK (ID - 38057)f Şüşə salmaq. Pəncərələri şüşələmək.
|
ŞÜŞƏLƏNMƏ (ID - 38058)“Şüşələnmək”dən f.is.
|
ŞÜŞƏLƏNMƏK (ID - 38059)f . Şüşə vurulmaq, şüşə salınmaq. Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş (f.sif.) balacapəncərəvari bir baca olduğundan otaq lazımi qədər işıq deyildi. T.Ş.Simurq.
|
ŞÜŞƏLƏŞDİRMƏ (ID - 38060)“Şüşələşdirmək”dən f.i.s.
|
ŞÜŞƏLƏŞDİRMƏK (ID - 38061)f . Əridib şüşə halına salmaq, şüşə kimi etmək. Qumu şüşələşdirmək.
|
ŞÜŞƏSALAN (ID - 38062)is. Şüşə salmaqla məşğul olan adam; aynasalan, aynasaz, şüşəçi. [Məmməd Əliyev] yaxşı dülgər, səliqəli şüşəsalan, mahir daşyonan idi. Ə.Sadıq.
ŞÜŞƏSİLƏN, ŞÜŞƏTƏMİZLƏYƏN sif. Avtomobilin, nəqliyyat vasitələrinin... |
ŞÜŞƏÜFÜRƏN (ID - 38063)bax şüşəçi 2-ci mənada.
|
ŞÜŞƏVARİ (ID - 38064)sif. Şüşəyəbənzər, şüşə kimi, şüşəyəoxşar. Şüşəvari cisim. Şüşəvari material. - Lava Yer üzərində tez soyuması nəticəsində tərkibinin bir qismi kristallaşır, digər qismi isə xırda kristallik və yaxud şüşəvari...
|
ŞÜŞƏYƏBƏNZƏR, ŞÜŞƏYƏOXŞAR (ID - 38065)bax şüşəvari. Şüşəyəbənzər cisim.
|
ŞÜŞTƏR (ID - 38066)is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Ələ aldı qavalı ol düxtər; Oxudu çəm-xəm ilə bir “Şüştər” . S.Ə.Şirvani. “Rast” , “Şur” , “Segah” , “Şüştər” , “Çargah” , “Bayatı-Şiraz”...
|
ŞÜTÜLLƏMƏ (ID - 38067)“Şütülləmək”dən f.is.
|
ŞÜTÜLLƏMƏK (ID - 38068)bax şütümək. Dağların başında bulud oynaşır; İlan kimi şütülləyir, dırmaşır. A.Səhhət.
|
ŞÜTÜMƏ (ID - 38069)“Şütümək”dən f.is.
|
ŞÜTÜMƏK (ID - 38070)f . Bərk qaçmaq, sürətlə getmək, bərk sürüb getmək, ötüb keçmək. ..Balaca Sabir şütüyüb, o tərəf-bu tərəfə qaçırdı. S.Rəhimov. Beş dəqiqədən sonra maşın Araz çayına doğru şütüdü. M.Hüseyn.
|
ŞÜUR (ID - 38071)is. [ər.] 1. Dərrakə, anlaq, düşünmə; dərk etmə, anlama qabiliyyəti. □ Şüuru dolaşmaq - sözünü, işini, hərəkətini bilməmək; ağlı çaşmaq. [Alagöz] başını itirir, onun .. şüuru dolaşırdı. S.Rəhimov. Şüuruna çatmaq...
|
ŞÜURLANMA (ID - 38072)“Şüurlanmaq”dan f.is.
|
ŞÜURLANMAQ (ID - 38073)f Şüurlu olmaq, şüuru artmaq, daha şüurlu olmaq, ağıllanmaq.
|
ŞÜURLU (ID - 38074)sif. Şüuru olan, anlaqlı, dərrakəli, düşüncəli, fəhmli, qanacaqlı. Şüurlu tələbə. Şüurlu uşaq. - [Süleyman:] Xeyr, bəy, Əsgər çox gözəl oğlandır, çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov....
|
ŞÜURLULUQ (ID - 38075)is. Şüurlu olma, dərrakəsi olma; fəhmlilik, düşüncəlilik, dərrakəlilik.
|
ŞÜURSUZ (ID - 38076)sif. 1. Şüuru olmayan; dərrakəsiz, fəhmsiz, düşüncəsiz, anlaqsız. Şüursuz adam. - [Səlimbəy:] ..Mənim qızım oynamaq bilsəydi, başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz (z.) çıxıb, ayaq atmağı da bilmir. S.S.Axundov....
|
ŞÜURSUZLUQ (ID - 38077)is. 1. Dərrakəsizlik, fəhmsizlik, düşüncəsizlik, ağılsızlıq; qanacaqsızlıq. Bu adamın hərəkətləri şüursuzluğundan irəli gəlir.
2. Ağla, şüura uymayan hərəkət, düşüncəsiz; ağılsız iş. Şüursuzluq etmək. |
ŞÜVƏ (ID - 38078)bax şəvə. [Zalxa:] Ətin tökülsün, a kişi! O uzun, şüvə saqqala hayfın gəlmədi? S.Rəhman.
|
ŞÜVƏRƏ (ID - 38079)şüvərəyə vermək dan. - öz hərəkəti ilə birini ağır, çıxılmaz, qorxulu vəziyyətə salmaq, ümidini puça çıxartmaq, aldatmaq, satmaq, ölümünə və yaxud bədbəxtliyinə səbəb olmaq.
|
ŞÜVƏRƏN (ID - 38080)is. bot. Çəmənlərdə bitən, sarıləçəkli, buynuzşəkilli meyvələri xalq təbabətində dərman kimi istifadə edilən ikiillik bitki. Dəllək Usta Cəfər xəstənin başının üstünü kəsib qan aldı, Gülsüm xala da şüvərən bişirdi,...
|
ŞÜVÜL (ID - 38081)is. Uzun, düz ağac. Bir gənc əlinə uzun, şüvül bir ağac - müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. H.Sarabski.
|
ŞÜY (ID - 38082)is. Cavan, nazik budaq, zoğ.
|
ŞÜYÜD (ID - 38083)is. bot. Çətirlilər fəsiləsindən yeməli, ətirli bostan bitkisi. Tərkibində vitamin olan keşniş, şüyüd, tərxun kimi göyərtiləri, xörək bişirib hazırladıqdan sonra tökmək lazımdır. C.Nuriyev.
|
ŞÜYÜDPLOV (ID - 38084)is. Düyüyə şüyüd qatılaraq bişirilən plov növü.
|
ŞVELLER (ID - 38085)is. [alm.] P şəkilli yayma palaz tir.
|
ŞVERTBOT (ID - 38086)is. [alm.] Birdorlu, yelkənli yüngül idman gəmisi.
|
Bu səhifə dəfə baxılıb