İzahlı lüğət

ŞAPKAÇI (ID - 37097)

is. Şapka tikən usta. Şapkaçı dükanı.

ŞAPKALI (ID - 37098)

sif. Başında şapka olan, şapka geymiş. Bir gün [çayçı dükanına] qara şapkalı, çənəsində kiçik qarasaqqallı, qara paltarlı bir müsafir gəldi. H.Nəzərli. Məktəbin .. şapkalı tələbələri Hüseynin arıq və əsəbi üzünə...

ŞAPLAMA (ID - 37099)

“Şaplamaq”dan f.is.

ŞAPLAMAQ (ID - 37100)

f . Şapalaq vurmaq, şapalaqlamaq. [Əhməd:] İstəyirsənmi, peysərinə bir, beş, on yol da şaplayım, elə düz gedəsən?.. N.Vəzirov.

ŞAPPADAN (ID - 37101)

zərf Birdən, qəfildən, gözlənilmədən. Şappadan pəncərədən bir şey düşdü.

ŞAPPILDAMA (ID - 37102)

“Şappıldamaq”dan f.is.

ŞAPPILDAMAQ (ID - 37103)

f . Şappıltı səsi çıxarmaq.

ŞAPPILDATMA (ID - 37104)

“Şappıldatmaq”dan f.is.

ŞAPPILDATMAQ (ID - 37105)

icb. Bir şeyi başqa bir şeyə vuraraq, çırparaq, toxunduraraq şappıltı səsi çıxartmaq. Yenə də məsciddə heyrət başlandı, yenə də dilləri damaqlarda şappıldatmağa başladılar. M.S.Ordubadi. ..[Nəzarətçilər] qamçını.. bir-birinin...

ŞAPPILTI (ID - 37106)

is. Bir şeyin başqa bir şeyə, yaxud bir-birinə dəyməsindən hasil olan səs. Bir şappıltı eşidildi. - Cavab əvəzinə itlərdən birinə zərblə dəyən qırmancın şappıltısı eşidildi. M.Hüseyn. Bir də çayın içində şappıltı...

ŞAP-ŞAP, ŞAP-ŞUP (ID - 37107)

is. Yüngül, dabanı açıq, yastı ayaqqabı. Keçmiş zamanlarda .. hər arvadın ayağında şap-şapı və yastıdaban bir başmağı vardı. Qantəmir.

ŞAR (ID - 37108)

[rus.] 1. riyaz. Öz diametri ətrafında dairənin fırlanmasından yaranan həndəsi cisim; kürə. Şarın radiusu. Şarın səthi.
Bu şəkildə olan şey. Bilyard şarı. Fənər şarı.
köhn. Keçmişdə səsvermə zamanı istifadə edilən...

ŞARABAN (ID - 37109)

ŞARABƏNZƏR (ID - 37110)

sif Şar kimi girdə, yumru, şaraoxşar, kürəşəkilli.

ŞARADA (ID - 37111)

is. [fr. ] Cavabı müxtəlif sözlərdən ibarət tapmaca. İsti + ot = istiot.

ŞARAQQAŞARAQ (ID - 37112)

bax şaqqaşaq.

ŞARAQQILTI (ID - 37113)

bax şaqqıltı. Şamxal [Çərkəzə] çaxmaq şaqqıltısını eşidib dinləndi: - Ə, mənəm, nə səs-küy salıbsan? I.Şıxlı.

ŞARAQ-ŞARAQ (ID - 37114)

zərf Şaraqqıltı ilə, şaraqqaşaraq. Su şaraq-şaraq axaraq daşı, qumu bir-birinə qatıb gəlirdi. M.İbrahimov. Meşələr və uçurumlu dərə şaraq-şaraqla dolmuşdu. I.Əfəndiyev. Darvazalar şaraq-şaraq; Gah örtüldü, gah açıldı....

ŞARAOXŞAR (ID - 37115)

bax şarabənzər.

ŞARAP (ID - 37116)

təql. Ağır bir şeyin bütün ağırlığı ilə yerə dəyməsindən hasil olan səs. Şarap, yük düşdü yerə. - [Əsgər:] Bir də gördüm, dalımca gələn götürüldü, ədə dayan, ədə dayan. .. Dayanmadı, part bir güllə. Bir də gördüm,...

ŞARAPPADAN (ID - 37117)

bax şappadan. Birdən Məmməd gördü ki, heyvanın gözləri yavaşyavaş süzülüb yumuldu, qulaqları sallandı, durduğu halda yıxılıb, şarappadan yerə düşdü. E.Sultanov.

ŞARAPPAŞARAP (ID - 37118)

ŞARF (ID - 37119)

bax şərf. Müəllim göründü. Boynunu şarfla sarımışdı. S.Hüseyn.

ŞARHAŞAR (ID - 37120)

zərf Şiddətlə, şarıltı ilə (gur axan su haqqında). Şarhaşar tökülmək. Navalça şarhaşar axırdı. - Tökdü birdən-birə yağış şarhaşar; Həyətdə, küçədə su daşdı, getdi. R.Rza. Bir azdan sonra yağış çiləməyə başladı...

ŞARILDAMA (ID - 37121)

“Şarıldamaq”dan f.is.

ŞARILDAMAQ (ID - 37122)

f Şarıltı ilə axmaq, tökülmək və yaxud çarpmaq. Dəniz yavaş-yavaş uğuldayır, dalğalar zərblə qayalara çırpılaraq şarıldayırdı. M.Hüseyn.

ŞARILTI (ID - 37123)

is. Gur axan sudan çıxan səs. [Xanlar] ..sahilə çırpınan dalğaların şarıltısını belə eşitməmişdi. S.Rəhimov.

ŞARIL-ŞARIL (ID - 37124)

zərf Şarıltı ilə, şır-şır. Sular şarıl-şarıl axır.

ŞARJ (ID - 37125)

is. [fr.] Bir şəxsin və ya şeyin qəsdən gülünc, karikatura şəklində təsviri (söz və şəkillə).

ŞARLATAN (ID - 37126)

[fr.] Bir şey bilmədiyi halda, özünü bilən, mütəxəssis kimi göstərərək adamları aldadan, nadan; yalançı, fırıldaqçı, cüvəllağı. Şarlatanın biridir. - Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar. C.Məmmədquluzadə....

ŞARLATANLIQ (ID - 37127)

is. Adamların məlumatsızlığından istifadə edərək onları həyasızcasına aldatma; kələkbazlıq, cüvəllağılıq. [Kərbəlayı Rəcəb:] Zamanə cahılları şarlatanlıqdan başqa bir şeyə yaramazlar. N.Vəzirov. Hacı Saleh çox çalışdı...

ŞARLI (ID - 37128)

sif. Şarı olan; öz quruluşunda, konstruksiyasında şaraoxşar hissələr olan. Şarlı lampa. Şarlı fənər. - Birdən-birə enli, iki tərəfi xiyaban, baş küçədə cərgə-cərgə iri ağ şarlı işıqlar yandı. M.Rzaquluzadə.

ŞARNİR (ID - 37129)

is. [alm.] Mexanizmin hərəkətini təmin edən hissələrinin mühərrik birləşməsi.
ŞARP, ŞARPADAN zərf Gözlənilmədən, qəfildən, birdən. Uşaq şarpadan üzüqoylu yıxıldı. - [Dərviş:] Ruqiyyə durub alaçığa qaçdı, orada şarpadan...

ŞARPAŞARP (ID - 37130)

zərf Dalbadal, arasını kəsmədən, şiddətlə. Şarpaşarp təpəsinə çırpmaq. Şarpaşarp kürəyinə vurmaq. - [Odabaşı:] [Ana] qızını bu halətdə görüb başladı şarpaşarp dizlərinə döyməyə. Ə.Haqverdiyev. Araba sürən cavan...

ŞARPILDATMA (ID - 37131)

“Şarpıldatmaq”dan f.is.

ŞARPILDATMAQ (ID - 37132)

f Əl, qamçı və s. ilə dalbadal çırpmaq, vurmaq, şappıldatmaq. [Bəbir bəy] gah fit çalır, gah da çəkməsinin boğazından asılan qamçını şappıldadaraq həzz alırdı. Mir Cəlal.

ŞARPILTI (ID - 37133)

bax şappıltı.

ŞAR-ŞAR(LA) (ID - 37134)

bax şarhaşar. ..Tulumbarların taq-taqla qalxıb-düşməsi və qara neftin dağ çayları kimi şar-şar axıb çənlərə tökülməsi .. əhəng və əzəmət təşkil edirdi. Talıblı.

ŞARTAŞART (ID - 37135)

ŞARTHAŞART (ID - 37136)

zərf Güclü alovla, səslə (yanan quru ağac, odun və s. haqqında). Qaratikanlar şarthaşart yanır, alovlanır, burula-burula göyü bürüyürdü. Ə.Vəliyev.

ŞARTILDAMA (ID - 37137)

“Şartıldamaq”dan f.is.

ŞARTILDAMAQ (ID - 37138)

f Şart-şart səs çıxarmaq. Musiqi susan kimi toybəyinin zoğal qamçısı şart-şart şartıldayırdı. Mir Cəlal.

ŞART-ŞART (ID - 37139)

təql. Güllə və ya nazik çubuq, qamçı zərbəsinin səsinə təqlidən deyilir. Birdən şart-şart bir neçə güllə səsi eşidildi. Ə.Əbülhəsən.
s

ŞASSİ (ID - 37140)

[fr.] tex. 1. Müxtəlif maşın və qurğuların kuzovsuz çərçivəsi və ya özülü. 5 at gücündə olan motor maşını həm yedəkçi traktor kimi, həm də asma kənd təsərrüfatı alətləri ilə birlikdə motorlu şassi kimi işlətməyə...

ŞAŞDIRMA (ID - 37141)

“Şaşdırmaq”dan f.is.

ŞAŞDIRMAQ (ID - 37142)

f . Heyrətə salmaq, çaşdırmaq, sarsıtmaq. [Rzaquluxan:] ..Qızım, sənin adın yanımda çəkiləndə, arzu və amalımın natamam qaldığı gözümün önündə mücəssəm durur. Məni şaşdırıb qoyur. M.S.Ordubadi.
□□ Ağlını şaşdırmaq...

ŞAŞIRMA (ID - 37143)

“Şaşırmaq”dan f.is.

ŞAŞIRMAQ (ID - 37144)

f . Bir iş, bir hadisə və s. qarşısında özünü itirmək, çaşıb qalmaq, nə edəcəyini bilməmək. Dilaranın səsinə çıxan anası da şaşırmışdı. C.Cabbarlı. Qız [müəllimi] görüncə, şaşırıb üzünü örtməyə tələsdikdə,...

ŞAŞIRTMA (ID - 37145)

“Şaşırtmaq”dan f.is.

ŞAŞIRTMAQ (ID - 37146)

f . Çaşdırmaq, karıxdırmaq. “Cənab Bax” sözüpristavı da şaşırtdı, əllərini çırpdı, yerindən qalxdı. Çəmənzəminli. Ömür dedikləri sorsalar nədir? Xətləri qarışıq bir xəritədir; insanın gözünü şaşırdır bəzən......

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed