ŞAPPILDATMAQicb. Bir şeyi başqa bir şeyə vuraraq, çırparaq, toxunduraraq şappıltı səsi çıxartmaq. Yenə də məsciddə heyrət başlandı, yenə də dilləri damaqlarda şappıldatmağa başladılar. M.S.Ordubadi. ..[Nəzarətçilər] qamçını.. bir-birinin qalın meşin çəkmələrinin boğazlarına çırpıb şappıldadır, bundan zövq alırdılar. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|