İzahlı lüğət

ŞAŞKA (ID - 37147)

[rus.] Tiyəsi uzun, azca əyri, ucu şiş, kəsici soyuq silah; qılınc. Şaşka taxmaq. - Zadeyi-Hacı Məlik tazə kvartalni olub; Belinin üstə asıbdır bir uzun şaşkanı. S.Ə.Şirvani. [Süvari] qotazlı şaşkanın dəstəsindən tutub sinəsinə...

ŞAŞKALI (ID - 37148)

sif. Şaşka taxmış, şaşka gəzdirən, şaşkası olan. Şaşkalı zabitlərin ağır addımları döşəmədə fəlakət kimi səslənəndə evdə vaveyla ucaldı. Mir Cəlal.

ŞAŞQIN (ID - 37149)

sif. 1. Nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Fikri şaşqın, qəlbi həyəcanlı idi. M.İbrahimov....

ŞAŞQINCA (ID - 37150)

zərf Şaşqın kimi, çaşmış halda, dəlicəsinə. [Xəyyam:] İştə, bir səs ki edər göylərə şaşqınca xitab; O sağır göy, əcəba, kimsəyə vermişmi cavab? H.Cavid.

ŞAŞQINLAŞMA (ID - 37151)

“Şaşqınlaşmaq”dan f.is.

ŞAŞQINLAŞMAQ (ID - 37152)

f Şaşqın hala gəlmək.

ŞAŞQINLIQ (ID - 37153)

is. 1. Şaşqın adamın halı; çaşqınlıq. [Firidun] böyük bir gərginliklə şaşqınlığını, həyəcanını və iztirablarını boğaraq, sərtiblə vidalaşdı. M.İbrahimov. Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız çevik...

ŞAŞMA (ID - 37154)

“Şaşmaq”dan f.is.

ŞAŞMAQ (ID - 37155)

f . Özünü itirmək, çaşmaq, çaşıb qalmaq. Nemət şaşdı və sənədi geri alıb baxmaq istədikdə cənab Bax vermədi. Çəmənzəminli. Mən isə bu iki qüvvə arasında şaşmış, tamamilə ağlımı itirmişdim. T.Ş.Simurq.

ŞATIR (ID - 37156)

is. [ər.] Çörəkbişirən, çörəkyapan, çörəkçi. [Bəndalı] ustanı burada, xəmirxanada bir şatır olaraq tanımışdı. Mir Cəlal. Üzü pörtmüş şatır oxlovçunun verdiyi xəmiri əlindəki rəfətənin üstündə yayıb təndirə yapırdı....

ŞATIRLIQ (ID - 37157)

is. Şatır işi, çörəkbişirmə peşəsi, çörəkçilik.

ŞATİR (ID - 37158)

sif. və zərf [ər.] klas. Şən, şux. [Əhməd] yenə nəşəsini toplamış, şən və şatir görünməyə alışmış olan siması sevinclər içərisində qalmışdı. A.Şaiq.

ŞAVA (ID - 37159)

bax dava-şava. [Hacı Mehdi:] Övrət gətirdim, canıma bir od gətirdim. Axşamadək dava, axşamadək şava. Ə.Haqverdiyev.

ŞAYAN (ID - 37160)

sif. [fars.] klas. Layiq, münasib, yaraşan. Səy elə, sən də böyük insan ol; Doğruluqda bu ada şayan ol. A.Səhhət. Kim bilir! Düşsə cənnətə yolunuz; Bulunur bəlkə boylə bir sima... O da şayani-şübhədir, əlbət. H.Cavid. Hər aşiqə...

ŞAYANİ-DİQQƏT (ID - 37161)

sif. köhn. kit. bax diqqətəlayiq.

ŞAYBA (ID - 37162)

[alm.] 1. tex. Vint və ya qaykanın altına qoyulan yastı halqa şəklində altlıq. Dairələr bölməsinə şaybalar, pistonlar, dişli çarxlar, makaralar, qasnaqlar və sairə daxildir. Ə.Mustafayev.
2. idm. Xokkey oyununda işlədilən ağır...

ŞAYƏD (ID - 37163)

bağl. [fars.] Bəlkə. Mən ağlayıram, yatmaya ta mərdumi-aləm; Əgər mən Məşədi Qulamhüseyni yaxşı tanımamış olsaydım, xəyalıma gələrdi ki, şayəd yalan deyir. C.Məmmədquluzadə.

ŞAYƏSTƏ (ID - 37164)

[fars.] klas. Layiq, yaraşan. [Şah:] Sən tədbirli kişisən, belə danışıq sənə şayəstə deyil. Ə.Haqverdiyev. [Mirzə Rəhim ağa:] Nə qədər ki, bu naməhrəmlik vardır, sənin işinə baxa bilmərəm. Çünki xilafi-şərdir. Şəriətmədarlara...

ŞAYİƏ (ID - 37165)

is. [ər.] Yayılmış, dillərdə gəzən danışıq, söz-söhbət. ..Qızıl Arslanı yaxından tanıyanlar onun Qətibə ilə evlənəcəyi haqqında buraxılan şayiələrin heç birisinə inanmırdı. M.S.Ordubadi.
□□E “Ş” hərfinin...

ŞEDEVR (ID - 37166)

is. [fr.] İncəsənətin, ədəbiyyatın, sənətin ən nümunəvi əsəri, şah əsər.

ŞEF (ID - 37167)

[fr.] 1. Başçı, rəis, rəhbər. Katib bir az dayandı, sonra şefini çox hirsləndirməmək üçün ehtiyatla dedi. S.Rəhman.
2. Bir şəxsə və ya şeyə hamilik etməyi öhdəsinə götürmüş adam və ya təşkilat. Yaralılardan bir neçəsi...

ŞEFLİK (ID - 37168)

is. İstehsal, mədəni, siyasi və s. cəhətdən müntəzəm yoldaşlıq köməyi göstərməkdən ibarət ictimai fəaliyyət, hamilik. [Toğrul:] Mən o qızı tovlamaq istəyirdim, mən [Niyazı və Yaqutu] ata-bala şefliyə götürmüşdüm. C.Cabbarlı....

ŞEH (ID - 37169)

is. Rütubətli havada gecələr torpaq, bitki və s.-nin üzərinə qonan incə su damcıları; qırov, şəbnəm. Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən; isti yoxdur, hələ var bir balaca meh gecədən. A.Səhhət. Şeh düşər otların...

ŞEHDURAN (ID - 37170)

is. bot. Gülçiçəklilər fəsiləsindən yüksək dağ çəmənlərində bitən bir bitki. Gülçiçəklilər fasiləsinin bir-birindən az fərqlənən cavan növləri vardır. Belə cavan və filogenetik inkişafda olan cinslərə yemişan, gül...

ŞEHLƏNMƏ (ID - 37171)

“Şehlənmək”dən f.is.

ŞEHLƏNMƏK (ID - 37172)

f Üstü şehlə örtülmək, üstünə şeh qonmaq.

ŞEHLİ (ID - 37173)

sif. 1. Üzərində şeh olan, üzərinə şeh düşmüş. Şehli kollar. Şehli otlar. - Ovçu Piri, lap ayağının ucundan qalxıb yaxındakı şehli yovşan koluna qonan çobanaldadandan gözünü çəkib başını qaldır(dı).. İ.Əfəndiyev. Şehli...

ŞEHLİK (ID - 37174)

1. Bax şehli 1-ci mənada. Şehlik və nəmişlik gündə duza artıq meyil edən təpəl camış müti bir qul kimi Qaraxana baxmağa başlardı. S.Rəhimov.
2. məc. Təzə, tər, təravətli. Gəncliyin ən şehlik və təravətli vaxtlarını...

ŞEİR (ID - 37175)

is. [ər.] Ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Klassik şeir. - Vaqif yolunun davamçısı olan Zakir şerimizə həqiqi satira gətirmişdir. Şaiq.

ŞELF (ID - 37176)

[ing. shelf] coğr. Materikin [qurunun] su altında 200 metrə qədər dərinlikdə olan davamı, hissəsi. Adaların bir qismi şelfın qalxması nəticəsində əmələ gəlmişdir. M.Qaşqay.

ŞELLAK (ID - 37177)

is. [holl.] Heyvan mənşəli təbii qatran.

ŞELLƏNMƏ (ID - 37178)

“Şellənmək”dən f.is.

ŞELLƏNMƏK (ID - 37179)

f . Sevinmək, fərəhlənmək.

ŞENLİK (ID - 37180)

is. Abad yaşayış yeri, ümumiyyətlə, məskun yer, məntəqə; qəsəbə. [Arazgili] şenliyin qırağında, gözəl mənzərəli bir yerdə kiçik otaq tutdular. A.Şaiq. ..Təklikdə davam eləməyib, “öldürsə də, qoy məni həmcinsim öldürsün”...

ŞENLİKSİZ (ID - 37181)

sif. Adam az olan, əhalisi az olan. [Ana:] Bala, məktəbə gedəndə həmişə küçənin ortası ilə get-gəl, şenliksiz küçəyə ayaq basma. Çəmənzəminli.

ŞENYON (ID - 37182)

is. [fr.] 1. Başın arxasında toplanmış saç tellərindən düzəldilmiş qadın saç düzümü.
2. Yapma saç maskası.

ŞERİYYƏT (ID - 37183)

is. [ər.] Bədiilik, ahənglilik, gözəllik, emosionallıq. Əsil məharət də bundan ibarətdir ki, ifaçı çaldığı musiqi əsərini yüksək şeriyyətlə mənalandırsın. Ə.Bədəlbəyli.

ŞEİRLƏŞMƏ (ID - 37184)

“Şeirləşmək”dən f.is.

ŞEİRLƏŞMƏKf (ID - 37185)

Şeir deməkdə bir-birilə yarışmaq.

ŞEŞ1 (ID - 37186)

is. [fars.] Altı. Dünən beş, bu gün şeş. (Məsəl). // Nərd oyununda. Çahar atdım, şeş gəldi. (Məsəl).

ŞEŞ2 (ID - 37187)

is. Top, tüfəng lüləsinin içindəki halqavari cızıqların hər biri; yiv, xır. Şeşi getmiş tüfəng.

ŞEŞ-BEŞ (ID - 37188)

is. Nərd oyununun başqa bir adı. Gəl bir şeş-beş oynayaq. - [Şikayətçi:] Nə vaxt [ipək idarəsinə] müdirin yanına gedirsən, görürsən ki, kişi oturub şeş-beş oynayır. Elə ki əli gətirmədi, vay o günü onu axtaranların halına....

ŞEŞDRƏNGİ (ID - 37189)

is. [fars.] 1. Altı cür xuşgəbardan (kişmiş, qurağa, albuxara və s.) hazırlanan plov xuruşu. [Xanım:] Qəsdim lap şeşdrəngi xörək etməkdir, abırlı olsun. S.Rəhimov.
2. məc. Dikbaş, lovğa, iddialı, təkəbbürlü.

ŞEŞƏ (ID - 37190)

sif. Dik, sivri. [Vaqif:] Niyə, qulağınız çoxdan şeşədir; Böhtan eşidəndə qızarıb yanar; Doğru söz gələndə pambıq tıxanar. S.Vurğun. Qubernator dəstəsilə gəldi. Atın üstündə şeşə bığlarına əl vurmadan “millət naminə”...

ŞEŞƏBIĞ (ID - 37191)

sif. Bığlarının tükləri cod və dik olan. Şeşəbığ kişi. - Hərdənbirpoqonlu, şeşəbığ, çəkməsi məhmizli, başıaçıq adamlar çadırdan görünür, yenə səsin içinə batırdılar. Mir Cəlal.

ŞEŞƏBUYNUZ (ID - 37192)

sif. Dikbuynuz, itibuynuz. Zərrintac xanım, Leyləyi öz nəzərindən rədd etdikcə, yaşı ötən şeşəbuynuz bir öküz kimi hey irəliyə dürtülürdü. S.Rəhimov.

ŞEŞƏLƏMƏ (ID - 37193)

“Şeşələmək”dən f.is.

ŞEŞƏLƏMƏK (ID - 37194)

f Dikəltmək, dik saxlamaq, iti tutmaq. Qulaqlarını şeşələmək.

ŞEŞƏLƏNMƏ (ID - 37195)

“Şeşələnmək”dən f.is.

ŞEŞƏLƏNMƏK (ID - 37196)

f Acıqlanmaq, qışqırmaq, sərt söz demək, qabarmaq, xoruzlanmaq. [Sədr:] Bu ixtiyarı sənə kim verib? - deyə o, Xəlilin üstünə şeşələndi. M.Hüseyn. [Cahandar ağa oğluna:] Ə, qoduq, mənim üstümə şeşələnirsən? I.Şıxlı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed