İzahlı lüğət

ŞİVƏNLİ (ID - 37798)

sif Faciəli, dəhşətli, məşum. Şivənli səs. - Axşam çökdü şəhərə; Bir südlü, aylı axşam; Çoxlu xəbər gətirdi; Şivənli, vaylı axşam. Ə.Cavad.

ŞİVƏRƏK (ID - 37799)

sif. Düz, uzun və nazik. Şivərək ağac. Şivərək budaq. - indi getdikcə kolkosluq azalır, meşənin dibi açılaraq, yanyörədə şivərək boz puf ağacları göyə baş qaldırırdı. Ə.Əbülhəsən. // məc. Nazik və boylubuxunlu. Şivərək...

ŞİVƏRƏN (ID - 37800)

is. bot. Xalq təbabətində toxumu yanğıkəsən dərman kimi işlədilən ot bitkisi.

ŞİVLƏMƏ (ID - 37801)

“Şivləmək”dən f.is.

ŞİVLƏMƏK (ID - 37802)

f Şiv əmələ gəlmək, şiv qalxmaq, şiv çıxmaq. Şil-küt olmuş ağaclar yarpaqlarını sağaldır, şivləyirdi. S.Rəhimov.

ŞİZOFRENIYA (ID - 37803)

[yun. schizophren] Səbəbi bəlli olmayan ruhi xəstəlik.

ŞKAF (ID - 37804)

is. Paltar, kitab, qab-qacaq və s. qoymaq üçün irili-xırdalı gözləri olan qapılı mebel növü; dolab. Divar şkafı. Güzgülü şkaf. Kitab şkafı. - [Kitabpaylayan:] O qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda....

ŞKALA (ID - 37805)

[lat.] 1. Müxtəlif ölçü cihazlarında dərəcələrə bölünmüş lineyka və ya siferblat. Manometr ilə seçilməlidir ki, təzyiq işlək halda olduqda əqrəb şkalanın orta hissəsində dayansın. M.Sultanov.
2. Hər hansı bir kəmiyyəti...

ŞKİF (ID - 37806)

is. [holl.] Qayış və ya kanat vasitəsilə hərəkət ötürücü çarx.

ŞKİPER (ID - 37807)

is. [holl.] köhn. 1. Ticarət gəmisi kapitanı.
2. Gəmi əmlakına baxan.

ŞLAK (ID - 37808)

is. [alm.] 1. Metal kəfi və daş kömür külü.
2. Gərəksiz şey.

ŞLAQBAUM (ID - 37809)

[alm.] Dəmir yolunu kəsib keçən şose yolunu qatar gələndə, yaxud adi yollarda hər hansı bir səbəbə görə onları açıbbağlamaq üçün endirilib qaldırılan tir. Növbətçisi olan dəmir yolu keçidi qarşısında hər iki tərəfdən...

ŞLAM (ID - 37810)

is. [alm.] Qiymətli hissələrindən istifadə etmək üçün xırdalanan filiz və ya kömür.

ŞLANQ (ID - 37811)

[alm.] tex. Maye, qaz və s. kimi şeyləri sorub çəkmək və ya keçirmək üçün rezin, yaxud su keçirməyən materialdan qayrılmış boru. [Mühəndis] şlanqlar quyuya enib-qalxdıqca baltanın səsinə qulaq asmağa başladı. A.Şaiq. Boş...

ŞLEM (ID - 37812)

[rus.] bax dəbilqə.

ŞLEMLİ (ID - 37813)

sif. Başında şlem olan, başına şlem qoymuş, dəbilqəli. içəridə qızınan şlemli qızıl əsgər nədənsə çox ərinə-ərinə cavab verdi. M.Hüseyn.

ŞLEYF (ID - 37814)

is. [alm.] Qadın paltarının arxadan sürünən ətəyi.

ŞLİF (ID - 37815)

is. [alm.] Mədən süxurunun və yaxud mineralının yaxşı pardaxlanmış lövhəciyi.

ŞLİX (ID - 37816)

is. [alm.] 1. Kənar qarışıqlardan təmizlənmək üçün xəlbirdən keçirilən yuyulmuş qızıl və ya platinli qum.
2. Metal əritmək üçün xırdalanmış filiz.

ŞLÜZ (ID - 37817)

[alm.] 1. tex. Gəmilərin suyu müxtəlif səviyyədə olan çay və kanallardan keçməsi üçün xüsusi hidrotexniki qurğu. Gəmimiz birinci şlüzə daxil oldu. M.Ibrahimov. Biz birinci darvazadan keçdik, kanalın ilk şlüzündə dayandıq. Mir...

ŞLÜZLƏMƏ (ID - 37818)

“Şlüzləmək”dən f.is.

ŞLÜZLƏMƏK (ID - 37819)

f . tex. 1. Şlüz düzəltmək, şlüz qurmaq.
2. Şlüzdən buraxmaq, keçirmək. Gəmiləri şlüzləmək.

ŞLYAPA (ID - 37820)

[rus.] Fetrdən, plüşdən, həsirdən hazırlanan baş geyimi. İskəndər şlyapasını krovatın üstünə çırpıb, başlayır papiros eşməyə. C.Məmmədquluzadə. [Nəriman] üzünü tərtəmiz taraş etdirərək həsir şlyapa qoymuşdu. İ.Əfəndiyev....

ŞLYAPALI (ID - 37821)

sif Başında şlyapa olan, başına şlyapa qoymuş. Şlyapalı qadın. Şlyapalı oğlan. - Göy şlyapalı kişi bu sözə doyunca gül(dü)..
S. Rəhman. // İs. mənasında. Başında şlyapa olan. Şlyapalı irişib arğaz adama işarə elədi....

ŞOFER (ID - 37822)

[fr. chauffeur] Avtomobil sürücüsü. Şofer maşını geriyə döndərdi və hamar yolla sürərək vağzala istiqamət aldı. M.Hüseyn. Bu zaman qırx yaşında, enli qaraqaş, qarabığ şofer də eyvana çıxdı. İ.Əfəndiyev.

ŞOFERLİK (ID - 37823)

is. Şofer sənəti, şofer peşəsi. Şoferlik etmək. Şoferlik kursunda oxumaq. ..Dursun şoferliyə qızlardan şagird qoydu. Ə.Əbülhəsən.

ŞOĞƏRİB (ID - 37824)

is. və sif. dan. Xoşagəlməz bir şey haqqında yüngül söyüş. [Səfər:] Şoğərib [qənd] o qədər ağırdır ki, çiynimi lap üzüb. Cabbarlı. [Xavəmisə:] Ağlamayıram, soğan şoğəribin acısıdır ki, gözlərim yaşarmışdır.
T....

ŞOK (ID - 37825)

[fr.] tib. Ağır fiziki travma və ya ruhi sarsıntı nəticəsində orqanizm funksiyalarının kəskin surətdə pozuluşu. Xəstə şok halındadır. - Fəqərələrin, çanaq və omba sümüklərinin və başqa bu kimi sümüklərin sınması ilə...

ŞOKOLAD (ID - 37826)

[isp.] 1. Kakao toxumu ilə şəkər və ədvə qatışığından hazırlanan kütlə və ya poroşok. // Bu kütlədən hazırlanan konfet və plitka şəklində qənnadı növü. Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxır ilə məzə istədi....

ŞOKOLADLI (ID - 37827)

sif. Şokolad qarışıq, tərkibində şokolad olan. Şokoladlı dondurma. Şokoladlı konfet. Şokoladlı tort. // məc. Çox dadlı, ləzzətli şey haqqında. Bu kabab deyil ki, marmeladdı, şokoladdı. N.Vəzirov.

ŞOL (ID - 37828)

“Ol” işarə əvəzliyinin qədim forması. Daima istər Xətayi şah cəmalın görməyə; Şol gədayi-alihimmət talibi-didar məst. Xətayi. Şol qamətin yayınanda gözümdən; Sanasan ki, həşrü qiyamətimdir. M.P.Vaqif. Böyük oğlun gəzir...

ŞOMU (ID - 37829)

is. məh. İspanaq. Tərəçiçəklilər .. fəsiləsindən becərilən cinslərdən biri də ispanaq və ya şomudur. M.Qasımov.

ŞONQAR (ID - 37830)

bax şahin. İki şonqar dalaşanda bir qarğaya cürm düşər. (Ata. sözü). Şahin, şonqar sürbənizi dağıdar; Boy anar sız qızıl qana, durnalar. M.V.Vidadi. Xanın sağındasolunda düzülən yasavullar, qollarında qızılquş, şonqar, qaraquş...

ŞOR1 (ID - 37831)

is. Çürüdülüb süzülmüş ayrandan hazırlanan ağartı (qatı kütlə halında sadə pendir). [Sənəm] pəncərənin qabağında bir süfrə salardı, üstünə çörək, pendir, şor, kərə .. qoyardı. E.Sultanov. [Göyçək] ayranı çürüdüb...

ŞOR2 (ID - 37832)

sif. 1. Tərkibində çox duz olan, duzlu. Şor su. Şor pendir... Görürsünüz ki, Kür suyunun dadı nə acıdır, nə şordur, pis qoxusu var, nə iylidir. C.Məmmədquluzadə. [Kəblə Rəcəb:] Kor da bilir ki, balıq şordur. Ə.Haqverdiyev. Kamil...

ŞORA (ID - 37833)

is. Çeşidli metalların qarışığından düzəldilib partlayıcı maddələr texnikasında aqranomiyada gübrə kimi işlədilən azot duzu.

ŞORABA (ID - 37834)

is. Duzlu suya (duza) qoyulan tərəvəz. Xiyar şorabası. Pomidor şorabası. - Nahar süfrəsi üçün də göy-göyərti, soğan, sirkə, şoraba, nə lazımdırsa hazırlandı. Ə.Vəliyev. [Səriyyə:] Stolun üstünə təzə ağ süfrə saldım....

ŞORAKƏT (ID - 37835)

bax şoran. Tərəçiçəklilər fəsiləsində şorakət və şoran torpaqlarda yayılmış bitkilər və alaq bitkiləri daha çoxdur. H.Qədirov.

ŞORAKƏTLƏŞMƏ (ID - 37836)

“Şorakətləşməkdən f.is.

ŞORAKƏTLƏŞMƏK (ID - 37837)

bax şoranlaşmaq.
Qarabağ düzündə boz torpaqlar şorakətləşərkən onların lil hissəciklərinin bir hissəsi aşağı qatlara hərəkət edir. E.Salayev.

ŞORAKƏTLİ (ID - 37838)

bax şoranlı.

ŞORAKƏTLİK (ID - 37839)

bax şoranlıq. [Naz ağacı] güney yer sevən, küləyə və torpağın şorakətliyinə nisbətən davamlı, becərmə etibarilə az tələbkar bitkidir. H.Qədirov.

ŞORAQ (ID - 37840)

sif Dadı şor olan, şor. Şoraq xörək.

ŞORALAMA (ID - 37841)

“Şoralamaq”dan f.is.

ŞORALAMAQ (ID - 37842)

f Yüksəkdən tökmək, axıtmaq. Südü şoralamaq. Suyu şoralamaq.

ŞORALANMA (ID - 37843)

“Şoralanmaq”dan f.is.

ŞORALANMAQ (ID - 37844)

f Birdən tökülmək, güclü axmaq. Qab əyilən kimi su yerə şoralandı. Uşağın qolundan qan şoralandı.

ŞORAN (ID - 37845)

ŞORANLAŞMA (ID - 37846)

1. “Şoranlaşmaq”dan f.is.
2. Torpaqda mineral duzların çoxalması və onun əkinçilik üçün yararsız hala gəlməsi.

ŞORANLAŞMAQ (ID - 37847)

f . Duzlu olmaq, tərkibinə çoxlu duz yığılmaq, duzlanmaq. Çox şoran olan torpaq suları dayazdadır, bu isə torpağın şoranlaşmasına səbəb olur.

Bu səhifə dəfə baxılıb

......