İzahlı lüğət

ŞOR2

sif. 1. Tərkibində çox duz olan, duzlu. Şor su. Şor pendir... Görürsünüz ki, Kür suyunun dadı nə acıdır, nə şordur, pis qoxusu var, nə iylidir. C.Məmmədquluzadə. [Kəblə Rəcəb:] Kor da bilir ki, balıq şordur. Ə.Haqverdiyev. Kamil qocanın ortaya qoyduğu çörəklə şor balığı acgözlüklə yeməyə başladı. M.Süleymanov. // Duzlu suya qoyulmuş, şoraba edilmiş, tutulmuş. Şor kələm. Şor xiyar. // Duzu çox düşmüş. Şor xörək. - Çay gec oldumu, xörək isti verildimi, bozbaş bir az şor oldumu, arvad döyüləcəkdi. T.Ş.Simurq.
2. Şoran. Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. S.Vurğun. Şor düzlərə böyük arxlar çəkilib; Toybayramın tamaşası yaxşıdır. Aşıq Əhməd.
□□ Şorunu-şitini çıxartmaq bax şitini (şitini-şorunu) çıxartmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed