ŞƏHADƏT (ID - 37297)is. [ər.] 1. Şahidlik. [Ağa Salman:] ..Gedim, sərbazları görüm, əhvalat xəbər alım ki, mürafiə vaxtında şəhadətlərini əda etsinlər. M.F.Axundzadə. // Dəlalət, sübut. Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə; Laləvəş...
|
ŞƏHADƏTNAMƏ (ID - 37298)is. [ər. şəhadət və fars. ...namə] Bir şeyi təsdiq edən, bir şeyə icazə verən sənəd, rəsmi kağız; vəsiqə. Realni məktəbin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi, buna görə də yaş göstərən...
|
ŞƏHD (ID - 37299)is. [ər.] Şan balı, bal, şirə. Üst-üstə yığılan pətəklərdən və bağçada qoyulan qırmızırəngli yeşiklərdən arılar dəstə-dəstə çıxır, dərələrə yayılır, şəhd toplayır və qayıdırdılar. S.Rəhimov.
|
ŞƏHƏR (ID - 37300)is. [fars.] İnzibati idarələr, sənaye, ticarət və mədəniyyət mərkəzi olan böyük yaşayış məntəqəsi. Sənaye şəhəri. Böyük şəhər. - ..Bir saata yavıq [Məhəmməd Həsən əmi] şəhəri o üzə-bu üzə dolandı ki, bəlkə...
|
ŞƏHƏRBƏŞƏHƏR (ID - 37301)zərf Bir-bir şəhərləri gəzərək, bir şəhərdən digərinə, şəhər-şəhər. Şəhərbəşəhər gəzmək. Şəhərbəşəhər axtarmaq. - [İranlı:] Mən sənin sorağını kəndbəkənd, şəhərbəşəhər alıb, gəlib burada tapmışam....
|
ŞƏHƏRCİK (ID - 37302)is. 1. Balaca şəhər.
2. Hər hansı bir məqsədə xidmət edən yaşayış və ya müəssisə binaları qrupu. Fəhlə şəhərciyi. Akademiya şəhərciyi. Universitet şəhərciyi. |
ŞƏHƏRƏTRAFI (ID - 37303)sif. Şəhərə yapışıq olan, şəhərin ətrafında, kənarında olan. Şəhərətrafı bağlar. Şəhərətrafı dəmir yolu. - Bakıda və rayonlarda idarələrin çoxu şəhərətrafı təsərrüfat ilə məşğul olur. M.İbrahimov.
|
ŞƏHƏRKƏNARI (ID - 37304)bax şəhərətrafı.
|
ŞƏHƏR(LƏR)ARASI (ID - 37305)sif. Şəhərlər arasında olan, işləyən. Şəhərlərarası telefon stansiyası. Şəhərlərarası avtobuslar işləyir.
|
ŞƏHƏRLİ (ID - 37306)sif. Şəhər əhli, şəhərdə yaşayan. Şəhərli qız. - Səlim .. yağışa düşmüş bir şəhərliyə bələdçilik etdiyini danışdı. Mir Cəlal. Gözəl sürü idi, - deyə, şəhərli islığı kəsərək bayaqkı sözlərini təkrar etdi....
|
ŞƏHƏRSALMA (ID - 37307)is. Şəhər bina etmə, şəhər yaratma.
|
ŞƏHƏRSAYAĞI (ID - 37308)sif. və zərf Şəhər qaydasında, şəhərdəki kimi. Şəhərsayağı geyinmək. - Qərənfil bacının əynində indi yaşıl parçadan şəhərsayağı tikilmiş tuman-kofta var idi. İ.Əfəndiyev.
|
ŞƏHƏRTİPLİ (ID - 37309)sif. Şəhərə oxşar, şəhər kimi, şəhərdəki kimi. Şəhərtipli qəsəbə. Şəhərtipli xəstəxana. Şəhərtipli yaşayış məntəqələri.
|
ŞƏHƏRYANI (ID - 37310)bax şəhərətrafı.
|
ŞƏHİD (ID - 37311)is. [ər.] Yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam. Bu təmənnadəyəm, ey gül, ki, şəhidin mən olam; Ölərəm, qeyrini gər mən bu təmənnadə görəm. S.Ə.Şirvani. Vətənin yolunda ölən şəhidlər;...
|
ŞƏHLA (ID - 37312)sif. [ər.] İri tünd-mavi. Şəhla gözlərində səadət gülər; Sanki hər afətdən pərəstiş dilər; Sənin Məcnunların Leylanı neylər? H.Cavid. ..Tamam mənə təsəlli verərək sakit edirdisə də .. yaş ilə dolmuş şəhla gözlərindən...
|
ŞƏHLAGÖZ(LÜ) (ID - 37313)sif. Gözləri tünd-mavi olan. O şəhlagöz, xumargöz; Yar əğyarə yumar göz; Bir qəlbim var, verirəm; Canımı da umar göz. (Bayatı).
|
ŞƏHLALANMA (ID - 37314)“Şəhlalanmaq”dan f.is.
|
ŞƏHLALANMAQ (ID - 37315)f İri açılmaq (gözlər haqqında). Ala gözlər nərgisi-məstanə tək şəhlalanır; Elə ki süzgünləşir, yüz mərtəbə zibalanır. M.P.Vaqif.
|
ŞƏHRƏ (ID - 37316)is. Açıq yara.
|
ŞƏHRİYAR (ID - 37317)is. [fars.] klas. Hökmdar, padşah, şah. Maral isə, ahu isə bu şikar; Belə seyd olur layiqi-şəhriyar. M.Ə.Sabir. O söylədi: - Yaşasın şəhriyari-hürriyyət. B.Vahabzadə.
|
ŞƏHRİYARLIQ (ID - 37318)is. köhn. Şahlıq, xanlıq. [Elxan:] iki addımlığında Şirvan şəhriyarlığı da [ərəb xilafətinə] qarşı vuruşur. C.Cabbarlı.
|
ŞƏHVANİ (ID - 37319)sif. [ər.] Şəhvətə, cinsi əlaqəyə aid. Şəhvani hisslər.
|
ŞƏHVƏT (ID - 37320)is. [ər.] Şəhvani ehtiras, cinsi əlaqə meyli. Toğrulun xanəndələri hökmdarın şəhvət və nəşəsini coşdura biləcək təzə qəzəl və rübailər öyrənirdilər. M.S.Ordubadi. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı...
|
ŞƏHVƏTKAR (ID - 37321)sif. [ər.] Şəhvət və fars. ...kar] bax şəhvətpərəst.
|
ŞƏHVƏTLİ (ID - 37322)sif. Şəhvətlə dolu, şəhvət ifadə edən, ehtiraslı. Şəhvətli gözlər. - Yüksəldi hər tərəfdən; Şəhvətli, kirli səslər; Alınlarda dolandı; Ölüm iyli nəfəslər. Ə.Cavad.
|
ŞƏHVƏTPƏRƏST (ID - 37323)sif. [ər. şəhvət və fars. ...pərəst] Şəhvət düşkünü. O, bu qədər şəhvətpərəst və kənizpərəst xəlifənin paytaxtından qızları nə cürə qurtara biləcəyi barəsində düşünürdü. M.S.Ordubadi.
|
ŞƏHVƏTPƏRƏSTLİK (ID - 37324)is. Şəhvət düşkünlüyü.
|
ŞƏXS (ID - 37325) |
ŞƏXSƏN (ID - 37326)zərf [ər.] Arada heç bir şəxs iştirak etmədən, heç bir vasitə olmadan, bilavasitə özü (özünü). Bu adamı şəxsən tanıyıram. - Keçmiş zaman şəxsən [Mirzağanın] özü üçün qaranlıq idi. S.Hüseyn. imran kişi şəxsən [Tahirin]...
|
ŞƏXSİ (ID - 37327)sif. [ər.] Bir şəxsə, adama məxsus (aid) olan, şəxsən onun özü üçün olan, özünün. Budur, bu məclisə yığışanların hamısı öz şəxsi həyatlarını, hörmətlərini təhlükə altına salaraq gəlmişlər. S.Rəhman. // Bir şəxsin...
|
ŞƏXSİ-QƏRƏZ (ID - 37328)is. [ər.] Gizli ədavət, gizli düşmənçilik, gizli niyyət, məqsəd, qərəz. Siz bu xəbərin şəxsi-qərəzdən doğmadığını haradan bilirsiniz? M.S.Ordubadi. Zeynal.. şöbə müdirinin özü ilə şəxsi-qərəzi olduğundan .. şikayət...
|
ŞƏXSİ-QƏRƏZLİK (ID - 37329)is. Birilə şəxsi ədavəti, qərəzi olma; şəxsi ədavət, qərəz. ..Şəxsiqərəzlik üzündən haqqı inkar etmək kişilikdən deyildir. M.F.Axundzadə. [Barat:] Mən ancaq onu deyə bilərəm ki, bunların hamısı şəxsi-qərəzlikdir. Bizim...
|
ŞƏXSİYYƏT (ID - 37330)is. [ər.] 1. Bir şəxsə xas olub onun fərdiyyətini müəyyən edən xüsusiyyətlərin məcmusu. Alarsa hər gecə üç-dörd nəfər əşxas gər vədim; Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır. M.Ə.Sabir.
2. Öz xarakteri,... |
ŞƏXSİYYƏTSİZ (ID - 37331)sif. Şəxsiyyəti, mənliyi, siması olmayan; simasız, mənliksiz. [Qədim Romada] arvad şəxsiyyətsiz bir parça şey hesab olunurdu, ona görə də özünə məxsus mal və sərvəti ola bilməzdi. Çəmənzəminli.
|
ŞƏXSİYYƏTSİZLİK (ID - 37332)is. Şəxsiyyəti, siması, mənliyi olmama; simasızlıq; mənliksizlik.
|
ŞƏXSLİ (ID - 37333)sif. qram. Şəxs qrammatik kateqoriyasını bildirən. Şəxsli cümlə.
|
ŞƏKƏR (ID - 37335)is. [fars.] 1. Qənd. Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. // məc. Şirin, dadlı, ləzzətli şey mənasında. Danışanda şəkər damar sözündən; Qaymaq dodaqları ballı sənəm, gəl! Xəstə...
|
ŞƏKƏRARMUDU (ID - 37336)is. Sarı rəngli, çox şirin armud növü.
|
ŞƏKƏRBAĞI (ID - 37337)is. Tumana, şalvara və s.-yə salman uzun qaytan.
|
ŞƏKƏRBURA (ID - 37338)is. İçərisi şəkər tozu ilə qoz, fındıq və ya badam ləpəsi qatışıq içlə doldurulmuş, kənarları vintvari burulmuş və üstü naxışlı şirniyyat növü. Bir sininin kənarında; Yaxılırdı iki-üç şam; Qarşımızda şəkərbura;...
|
ŞƏKƏRÇÖRƏYİ (ID - 37339)is. Şəkər, yağ, un və s.-dən bişirilən şirin qoğal növü. [Xonça] ibarətdir yağlı şəkər bişmişlərdən - şəkərburadan, şəkərçörəyindən, ovma fətirdən və s. həlviyyatdan. R.Əfəndiyev. [Səriyyə:] Stolun üzərinə ağ...
|
ŞƏKƏRİ (ID - 37340)bax şəkərarmudu.
|
ŞƏKƏRLƏMƏ (ID - 37341)1. “Şəkərləmək”dən f.is.
2. Şəkər şirəsində qaynadılıb xarlanmış meyvə. Məhərrəm əmi çox oturmadı, şəkərləmə ilə birfincan südlü qəhvə içdikdən sonra getdi. A.Şaiq. |
ŞƏKƏRLƏMƏK (ID - 37342)f . Şəkər səpmək, şəkər qarışdırmaq, yaxud şəkər şirəsində qaynatmaq. Meyvəni şəkərləmək.
|
ŞƏKƏRLƏNMƏ (ID - 37343)“Şəkərlənmək”dən f.is.
|
ŞƏKƏRLƏNMƏK (ID - 37344)f . Şəkər təbəqəsi ilə örtülmək, xarlanmaq.
|
ŞƏKƏRLİ (ID - 37345)sif. Şəkər (qənd) qatılmış, tərkibində şəkər olan; şirin. Şəkərli qoğal.
|
ŞƏKİL (ID - 37346)is. [ər.] 1. Bir şeyin, ya adamın xarici görünüşü; sifət, surət. Uşaq böyüdükcə şəklini dəyişirdi. - Vidadi xəstəni gəl indi tanı; hanı o sən görən şəklü nişanı. M.V.Vidadi. Şəkli düşmək - hamar, parlaq səth üzərində...
|
ŞƏKİLCƏ (ID - 37347)zərf Formaca, forma cəhətdən. [Nizami Fəxrəddinə:] Tovus quşunun tərbiyəsi və onun vücudunun istiliyi ilə yumurtadan çıxan qarğanın cücəsi şəkilcə qarğa olsa belə, ədəb və tərbiyə cəhətcə tovus quşunun yolunu təqib edər....
|
Bu səhifə dəfə baxılıb