İzahlı lüğət

ŞƏRBƏT (ID - 37448)

is. [ər.] 1. Meyvə şirələrinə və ya adi suya qənd qatmaqla hazırlanan şirin içki. // Sirop. Bayram zamanı hil, darçın, zəncəfil, qəhvə çayı da vermək adət idi. Bundan əlavə, şərbət də verərdilər. H.Sarabski. Surahılar şərbət...

ŞƏRBƏTÇİ (ID - 37449)

is. Şərbət hazırlayıb satan adam. Yaşıl dalları ətrafa sarqan iripüsküllü söyüd altında şərbətçi sıra iskəmlə üzərində oturan müştərilərinə şərbət verir. H.Cavid.

ŞƏRBƏTÇİLİK (ID - 37450)

is. Şərbətçi peşəsi, şərbətçi işi.

ŞƏRBƏTİ (ID - 37451)

is. Şərbət qabı. Süfrəyə şərbətilər düzülmüşdü.

ŞƏRBƏTLİK (ID - 37452)

is. Şərbət hazırlamağa lazım olan, şərbətə yarar. Şərbətlik ədvə. Şərbətlik şirə.

ŞƏRÇİ (ID - 37453)

sif Şər söyləyən, başqasına şər atan, iftiraçı, böhtançı. Şərçi adam.

ŞƏRƏF (ID - 37454)

is. [ər.] 1. İnsanın ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu; mənəvi yüksəklik, ululuq, heysiyyət. Şərəfini qorumaq. - Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas; Düşər şənü şərəfdən...

ŞƏRƏFƏ (ID - 37455)

is. [ər.] Minarənin azan verilən yeri. Şərəfədən sonra davam edən çıxıntı isə minarənin ümumi vertikal kompozisiyasını tamamlayır. Ə.Salamzadə.

ŞƏRƏFLƏNDİRMƏ (ID - 37456)

“Şərəfləndirmək dən f.is.

ŞƏRƏFLƏNDİRMƏK (ID - 37457)

f Şərəfli etmək, hörmətini, şərəfini artırmaq; başını uca etmək. Öz gəlişinizlə məclisimizi şərəfləndirdiniz.

ŞƏRƏFLƏNMƏ (ID - 37458)

“Şərəflənmək”dən f.is.

ŞƏRƏFLƏNMƏK (ID - 37459)

f . Şərəfli olmaq, şərəf və hörməti artmaq, etibarı, qiyməti artmaq, ucalmaq; başı uca olmaq. Dağlar şərəflənər öz tərlanilə; Vətən fəxr eləyər qəhrəmanilə. M.Rahim.

ŞƏRƏFLİ (ID - 37460)

sif. 1. Hörmətli, ehtiramlı, sayğılı, vüqarlı, şanlı. Müəllim adı şərəfli addır. - Adın şərəflidir sənin, ey qadın; Dahilər anası çağrılır adın. S.Vurğun.
2. Hörmət, şərəf, şan-şöhrət gətirən, iftixar doğuran....

ŞƏRƏFSİZ (ID - 37461)

sif. Şərəfi, heysiyyəti olmayan; namussuz, vicdansız, alçaq, rəzil. Kim keçər bu yerin daşından, deyin?! Vətəndən ayrılar hanki şərəfsiz? S.Vurğun. Heyhat! Bir gün, nə deyim, eloğlum, düşdün dara; Diri təslim olmadın şərəfsiz...

ŞƏRƏFSİZCƏSİNƏ (ID - 37462)

sif. və zərf Şərəfsiz surətdə, alçaqcasma, rəzalətlə, rüsvaycasına. Şərəfsizcəsinə hərəkət (etmək). Şərəfsizcəsinə ölüm.

ŞƏRƏFSİZLİK (ID - 37463)

is. Şərəf və namusdan məhrumluq; şərəfi, heysiyyəti olmama; vicdansızlıq, alçaqlıq, namussuzluq, rəzillik. Sevgi insanı bəzən şərəfsizliyə sürüklədiyi üçün insan təhqirin acılıqlarını hiss etmir. M.S.Ordubadi. Cuma bu vaxta...

ŞƏRƏFYAB (ID - 37464)

sif. [ər. şərəf və fars. yab] klas. Şərəf və hörmət qazanan, şərəflənən. □ Şərəfyab etmək klas. tənt. - şərəfləndirmək. Hər ayinə belə olsa, o öz mədhiyyələrini və qəsidələrini söylər, məxlüqati-aləmi küllən...

ŞƏRƏN (ID - 37465)

zərf [ər.] İslam şəriətinə uyğun olaraq, şəriətə görə, dini ehkamlara görə; şəriətcə. [Bəhram Pəriyə:] Mənim səni öpməyə şərən ixtiyarım yoxdur. C.Cabbarlı. [Mir Hadi:] Oğul, Hacı ağa bu vəsiyyətnaməsində özü...

ŞƏRƏR(Ə) (ID - 37466)

[ər.] klas. bax şərar(ə). Şikəstə Zakirəm, ahım şərəri; Od salıbdı asimana, ay Mədəd! Q.Zakir. Ahın şərəri etməz əsər bir kəsə, Hophop; Bu od sənin ancaq alışan canın üçündür. M.Ə.Sabir.

ŞƏRƏŞUR(Ə) (ID - 37467)

sif. [fars.] dan. Hərəkətləri düz olmayan, cəncəl, xatakar, davaaxtaran. Şərəşur adam. - [Qara xan Koroğluya:] Sən, deyəsən, şərəşurə adamsan. “Koroğlu” .

ŞƏRƏŞURLUQ (ID - 37468)

is. dan. Düzgün olmayan işlər, xatakarlıq, davakarlıq. [Nəcmi:] Hökumət ki, elm dalıncan düşdü, şərəşurluğa rəvac vermədi, ona bel bağlamaq olar. Ə.Əbülhəsən.

ŞƏRF (ID - 37469)

is. [fars.] Başa, boyuna sarımaq, yaxud çiyinə salmaq üçün uzunsov parçadan tikilmiş və ya yundan, iplikdən, ipəkdən toxunmuş məmulat. [Qəhrəman:] [Xanımın] başında ağ ipək şərf var idi. O, bəzənmişdi. H.Nəzərli.

ŞƏRH (ID - 37470)

is. [ər.] Açma, anlatma, izah (etmə), təfsir (etmə), bildirmə. // Bir şey haqqında izahedici və tənqidi qeydlər, mühakimələr. Siyasi mətbuatda şərh. □ Şərh etmək (eləmək, qılmaq) - açmaq, anlatmaq, izah etmək. Mən nə hacət...

ŞƏRHÇİ (ID - 37471)

is. Yazı, hadisə və s.-ni şərh edən şəxs; kommentator. Nəsirəddin istedadlı ədəbiyyatşünas olmaqla bərabər, görkəmli mütərcim, redaktor, mətnşünas və şərhçi olmuşdur. “Ədəb. və inc.” .

ŞƏRİ1 (ID - 37472)

is. [ər.] [köhn.] Nazik damar, kapillyar.

ŞƏRİ2 (ID - 37473)

[ər.] din. Şəriətcə qanuni, halal. ..[Məhkəmə] Telli Rüstəm qızının əlindən yapışıb, onu öz şəri və halal əri islama tapşırsın. S.Hüseyn. // Şəriətə aid və ya müvafiq olan. Nə cür olmasın ki, əqli və şəri dəlillərlə...

ŞƏRİD (ID - 37474)

is. [ər.] 1. Lent, yastı qaytan. // İp. isti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəridə asıldığını görmək olurdu. Mir Cəlal. Şəridi bağlamaq üçün çinarın gövdəsinə arvadların...

ŞƏRİƏT (ID - 37475)

is. [fars.] İslam dini və hüquqi normalarının məcmusu, islam qanunları. Mərifət şərbətin içə bilmirəm; Şəriət dəryadı, keçə bilmirəm... Aşıq Ələsgər. Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın] halal arvadı...

ŞƏRİƏTXANA (ID - 37476)

is. [ər. şəriət və fars. ...xanə] Ruhani idarəsi, qazıxana. [Nurəddin ağa:] Cənab Heydər, qalx ayağa, gedək şəriətxanaya. N.Vəzirov. // Mollaxana.

ŞƏRİƏTMƏDAR (ID - 37477)

is. [ər. şəriət və fars. mədar] İslamda: şəriət qanunlarını şərh və tətbiq etmək hüququna malik olan yüksək rütbəli din xadimi. [Mirzə Rəhim xan:] Nə qədər ki, bu naməhrəmlik vardır, sənin işinə baxa bilmərəm. Çünki...

ŞƏRİF (ID - 37478)

is. [ər.] klas. 1. Şərəfli, şərəf sahibi, mübarək, müqəddəs, əziz.
2. Nəcib, əsil, şərafətli, nəcabətli, əsilli.

ŞƏRİK (ID - 37479)

is. [ər.] 1. Hər hansı bir işdə (ticarətdə və s.-də) başqası ilə birgə iştirak edən adam; ortaq. Əbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçü oğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya...

ŞƏRİKLƏŞMƏ (ID - 37480)

“Şərikləşmək”dən f.is.

ŞƏRİKLƏŞMƏK (ID - 37481)

f 1. Şərik olmaq, ortaq olmaq.
2. Razılaşmaq, həmrəy olmaq, qoşulmaq.

ŞƏRİKLİ (ID - 37482)

sif Ortaqlı, hamaş, birgə. Şərikli mülk. - [Mustafa bəy:] Zalım uşaqları, mənimlə şərikli kəhriz çıxartdırıbsınız ki, suyumu da oğurlayırsınız. Ə.Haqverdiyev. Tahirzadənin ilk işi o oldu ki, şərikli kəsdikləri şişəyin...

ŞƏRİKLİK (ID - 37483)

is. Ortaqlıq, hamaşlıq, müştərəklik. [Rüstəm:] Hər kəs şəriklikdə işləməsə, ona heç bir şey verilməz. T.Ş.Simurq.

ŞƏRİKSİZ (ID - 37484)

sif. Heç bir şəriki, ortağı olmayan. Şəriksiz mülk.

ŞƏRİR (ID - 37485)

sif. və is. [ər.] Şər işlər görən, iblis, fəsadçı, dələduz, yaramaz, pis (adam). O səbəbə Xudayar bəy Zeynəbi boşamazdı ki, qorxurdu, şərir adamların birisi Zeynəbi ala və başlıya Xudayar bəydən səğirlərin malmülkünü...

ŞƏRQ (ID - 37486)

is. [ər.] 1. Dünyanın dörd cəhətindən biri - günçıxan tərəfi; günçıxan, gündoğan. Evin pəncərələri şərqə baxır. - Şərqdə dan yeri yenicə sökülürdü. Ə.Sadıq. // Qərbə (günbatana) müqabil cəhət, istiqamət. Şəhərin...

ŞƏRQİ1 (ID - 37487)

sif. [ər.] Şərqə aid olan, Şərqə məxsus olan, Şərq ilə bağlı. Şərqi Avropa. Şərqi Sibir.

ŞƏRQİ2 (ID - 37488)

is. [ər.] Nəğmə, mahnı. Günəş qübbənin ortasına gələr-gəlməz bir şərqi səsi eşidildi. Çəmənzəminli. Vücudunun son bahar yarpağından fərqi yox; Dodağında bir gülüş, bir qaynayan şərqi yox. M.Müşfiq. Bir doyumluq möhlət...

ŞƏRQİYYUN (ID - 37489)

is. [ər.] kit. 1. Şərq məmləkətləri əhalisi, şərqlilər, Şərq xalqı.
Bax şərqşünas.

ŞƏRQLİ (ID - 37490)

sif. Şərq ölkələrindən birinin əhalisinə mənsub olan adam, Şərq əhli. Şərqlilərin adət və ənənələri. Şərqli geyimində bir adam. - ...Şərqlilərin zövqünü korlayıb hətta ruhlarını belə incidən bir şey varsa, o da bu...

ŞƏRQŞÜNAS (ID - 37491)

is. [ər. şərq və fars. ...şünas] Şərqşünaslıq mütəxəssisi. M.F.Axundzadənin komediyaları 1817-1874-cü illərdə Mirzə Cəfərin tərcüməsi ilə fars dilində Tehranda daş çapı ilə nəşr olunmuşdur. Avropa şərqşünasları bizim...

ŞƏRQŞÜNASLIQ (ID - 37492)

is. Şərq ölkələrinin tarixini, iqtisadiyyatını, dillərini, mədəniyyətlərini və s. öyrənən elmlərin hamısına verilən ümumi ad. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq institutunun arxiv şöbəsində şərqşünaslığa...

ŞƏRM (ID - 37493)

is. [fars.] klas. Abır, həya, utanma, xəcalət. Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar; Böylə fələk olmaz. M.Ə.Sabir. □ Şərm etmək (qılmaq, eyləmək) klas. - utanmaq, həya etmək, xəcalət çəkmək. Arif ola, eyhamnan söz qana;...

ŞƏRMƏNDƏ (ID - 37494)

sif. [ər. ] klas. Utanan, utancaq. // Xəcalətli, üzüqara. Deyirlər ki, sabah gələcək yarım; Şərməndəyəm, artıb dərdü qubarım. Q.Zakir. [Güllü:] Allah gətirib, salıb məni bu odun-alovun içinə. Qohumdan şərməndə, dostdan,...

ŞƏRMƏNDƏLİK (ID - 37495)

is. Utanma, xəcalət çəkmə, utanılacaq hal, vəziyyət; üzüqaralıq. Bəsdir mənə çəkdiyim xəcalət; Şərməndəliyimdəki məlamət. Füzuli.

ŞƏRMSAR (ID - 37496)

is. [fars.] bax şərməndə. Minmin şükürlər olsun, ancaq sənin sayəndə; Olmadıq bu həyatda biz şərmsar, musiqi. Şəhriyar.

ŞƏRMSİZ (ID - 37497)

sif. Abırsız, həyasız, utanmaz. [Səlbi:] Sizin əndamınıza piltə qoyulsun, ay şərmsiz, həyasız şəhər qızları. Ə.Vəliyev.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed