İzahlı lüğət

ŞƏRQ

is. [ər.] 1. Dünyanın dörd cəhətindən biri - günçıxan tərəfi; günçıxan, gündoğan. Evin pəncərələri şərqə baxır. - Şərqdə dan yeri yenicə sökülürdü. Ə.Sadıq. // Qərbə (günbatana) müqabil cəhət, istiqamət. Şəhərin şərq tərəfində gözəl bağ salınmışdı.
Ərşad bilirdi ki, şəhərin şərq qurtaracağında Mahmud bəyin evlərini veriblər milis rəisinə. İ.Əfəndiyev. Şərqə doğru bir adam gedirdi. Ə.Məmmədxanlı.
2. Günçıxan səmtdə yerləşən ölkələr (bu mənada “Ş” böyük hərflə yazılır). Şərqə səyahət. Yaxın Şərq. Uzaq Şərq. Şərqi öyrənmək.
Elə ucaldı ki, o böyük insan; Şərqin hər yerindən xalqa göründü. B.Vahabzadə. // Həmin ölkələrə aid olan, mənsub olan. Şərq memarlıq abidələri. Şərq mədəniyyəti. Şərq xalqları. - “Şəbi-hicran” , qoca Şərqin öz varlığı, öz adıdır; Məhkum olan millətlərin “yandım” deyən fəryadıdır. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed