İzahlı lüğət

ŞƏRMƏNDƏ

sif. [ər. ] klas. Utanan, utancaq. // Xəcalətli, üzüqara. Deyirlər ki, sabah gələcək yarım; Şərməndəyəm, artıb dərdü qubarım. Q.Zakir. [Güllü:] Allah gətirib, salıb məni bu odun-alovun içinə. Qohumdan şərməndə, dostdan, aşnadan şərməndə. Ə.Haqverdiyev. □ Şərməndə etmək (qılmaq) utandırmaq, xəcalət çəkdirmək. Bağda gülü şərməndə qılar qönçə dodağım; Süzgün baxışım, qarə gözüm, alma yanağım. M.S.Ordubadi. Şərməndə olmaq - utanmaq, xəcalət çəkmək, xəcalətli olmaq. [Molla İbrahim Xəlil:] Vallah, sizin kimi əziz qonaqlardan şərməndə oluram. M.F.Axundzadə. Tellərin dönüb kəməndə; Gözəllər olub şərməndə; Qara saçın dal gərdəndə; Hör, başına dolandığım. Aşıq Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed