ŞAMATA (ID - 37047)bax şəmatət.
|
ŞAMAYI (ID - 37048)is. [fars.] Xəzər, Qara dəniz, Azov dənizləri hövzələrində çox yayılmış balıq. Şamayı.. pulcuqları gümüşü, bel tərəfi tünd-yaşıl, üzgəcləri isə açıq rəngdə olur. Y.Əbdürrəhmanov.
|
ŞAMDAN (ID - 37049)is. [ər. və fars.] Şam qoymaq üçün altlıq. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. M.S.Ordubadi. Pəncərədən sarı şamdanlar asılardı. H.Sarabski.
|
ŞAMDANÇI (ID - 37050)is. Keçmişdə: saraylarda işıq işlərinə baxan şəxs.
|
ŞAMDANGÜLÜ (ID - 37051)is. bot. Ətirşah fəsiləsindən bəzək bitkisi. Ətirşah fəsiləsinin şamdangülü cinsinin növləri bəzək bitkiləridir. M.Qasımov.
|
ŞAMİL (ID - 37052)is. [ər.] İçinə alma, qaplama, aid olma, dəxli olma (adətən “etmək” , “olmaq” köməkçi feillərilə işlənir). Bu məsələ sizə də şamildir. Göstəriş hamıya şamildir. □ Şamil etmək - aid etmək. [Nuxulular:] Saniyən,...
|
ŞAMKİMİLƏR (ID - 37053)cəm bot. Çılpaq-toxumlu, iynəyarpaqlı bitkilər fəsiləsinin adı. Şamkimilər fəsiləsinin .. yarpaqları xırda pulcuq şəkilli və ya dəstələrlə yığılmış iynəşəkillidir. Toxumdaşıyan qozaları nisbətən kiçik olub girdədir,...
|
ŞAMLIQ1 (ID - 37054)is. Axşam yeməyi, axşam üçün hazırlanan yemək(lər). Şamlıq nəyiniz var? Şamlıq hazırlamaq.
|
ŞAMLIQ2 (ID - 37055)is. Çoxlu şam ağacı bitən yer, şam meşəsi. Kəndin üst tərəfi şamlıqdır. - Doktor otağına qayıtdı. Şamlığa açılan pəncərələri geniş-geniş açdı. A.Şaiq.
|
ŞAMOT (ID - 37056)is. [fr. ] Odadavamlı bişmiş gil və həmin gildən hazırlanmış kərpic.
|
ŞAMPAN (ID - 37057)[coğrafi addan] Köpüklənən, qazlı üzüm şərabı. Azərbaycan Şampan şərabı.
|
ŞAMPANSKİ (ID - 37058)[rus. “шампанское”dən] dan. bax şampan. [Səfdərqulu bəy:] Mənim sağlığıma bir stəkan şampanski içməyə də vaxtın yoxdur. S.S.Axundov. [Əsgər:] Elə belə, komandirsən, gəl gedək, bizim komanda məntəqəsinə bax: lampası......
|
ŞAMPÜN (ID - 37059)[ing.] Baş yumaq üçün ətirli duru sabun və ya sabun tozu.
|
ŞAMSIZ (ID - 37060)zərf Axşam yeməyi yemədən. Qonşuya ümid olan şamsız yatar. (Ata. sözü). Çox gecəm var ki, şamsız yatıram; Çaysız, həm təamsızyatıram. S.Ə.Şirvani. [Pəricahan xanım:] [Ağca xanımı] otağına aparın. Bu gecə şamsız qalacaqdır....
|
ŞAN1 (ID - 37061)is. [ər.] Ad-san, şöhrət, şərəf. Bürüyüb aləmi şanın, şöhrətin; Bir de, qoç Koroğlu, nədən məlulsan? “Koroğlu” . [Cəngavər:] Səyavuş bu yurdun fəxri, şanıdır. H.Cavid.
|
ŞAN2 (ID - 37062)is. Balı saxlamaq və toxum tökmək üçün arıların pətəkdə mumdan düzəltdikləri gözcüklər. Bu təsəlli mənə bəsdir, olar asudə halım; Ki, bu şanlarda mənim də var iki qətrə balım. A.Səhhət. Kosa əlindəki suyu süzülən...
|
ŞANA (ID - 37063)is. Otu, samanı, küləşi yığmaq üçün uzunsaplaqlı diş-diş dəmir və ya ağac alət, yaba. Qəhrəman .. xırmandan kənara çıxmır və şananı yerə salmırdı. S.Rəhimov. [Musa:] Oğlan, şananı mənə ver.. M.İbrahimov.
|
ŞANAGÜLLƏ (ID - 37064)is. bot. Sulaqlı yerlərdə bitən çiçəkli su bitkisi..
|
ŞANALAMA (ID - 37065)“Şanalamaq”dan f.is.
|
ŞANALAMAQ (ID - 37066)f Şana ilə otu, küləşi, samanı və s.-ni yığmaq, yaymaq, atmaq, səpələmək. Həsi bu gün böyük xırmanın qırağını əvvəlcə çaldı, sonra şanaladı. S.Rəhimov.
|
ŞANAPİPİK (ID - 37067)is. zool. Əyri dimdiyi, darağabənzər kəkili, ala-bəzək lələyi olan quş; şinəbub.
|
ŞANA-ŞANA (ID - 37068)sif Göz-göz, dəlik-dəlik.
|
ŞAN-BEÇƏ (ID - 37069)is. Cavan bal arısı. Şan-beçə balı. - Yetər bu dəfə böyük və ağ süfrə ilə örtülü bir məcməyi gətirib ortalığa qoydu, ..[məcməyidə] sapsarı təzə nehrədən çıxmış inək yağı, bir yekə nimçə şan-beçə balı, bir...
|
ŞANƏ (ID - 37070)is. [fars.] klas. Daraq. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır; Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadan, nə şanədəndir. M.P.Vaqif.
|
ŞANƏLƏNMƏ (ID - 37071)“Şanələnmək”dən f.is.
|
ŞANƏLƏNMƏK (ID - 37072)f klas. Şanə-şanə olmaq. // məc. Dəlik-dəlik, deşik-deşik olmaq, parçalanmaq. Qəmzə xəncərindən, müjgan oxundan; Ciyər parə-parə, dil şanələnmiş. M.V.Vidadi.
|
ŞANƏ-ŞANƏ (ID - 37073)zərf klas. Parça-parça, tikətikə, deşik-deşik. □ Şanə-şanə olmaq klas. - parça-parça olmaq, tikə-tikə olmaq, dəlikdəlik olmaq, şanələnmək.
|
ŞANI (ID - 37074)is. Çox şirin, şirəli, ətirli üzüm növü. Ağ şanı. Qara şanı. - [Səkinə qarı:] Qarpız da almışam, hələ Buzovnadan şanı da gətiriblər. M.İbrahimov.
|
ŞANLI (ID - 37075)sif. 1. Rəşadətli, cəsur, qəhrəman. Şanlı əsgərlərimiz. // Şöhrətli, şərəfli, uca. - [Nüşabə:] Şanlı tariximiz görməmiş ləkə; Zəfərlər qazanmış bu şanlı ölkə! A.Şaiq. Bu günlər, şanlı günlər, şən günlər;...
|
ŞANLI-ŞƏRAFƏTLİ (ŞÖHRƏTLİ) (ID - 37076)bax şanlı-şövkətli (şöhrətli).
|
ŞANLI-ŞÖVKƏTLİ (ŞÖHRƏTLİ) (ID - 37077)sif. Yüksək şanlı, şərəfli, yüksək mənsəbli. // Dəbdəbəli, həşəmətli, cah-calallı.
|
ŞANS (ID - 37078)is. [fr.] Uğur qazanmaq imkanı.
|
ŞANSON (ID - 37079)is. [fr.] XV-XVI əsrlərdə fransız musiqi renessansının (intibahının) görkəmli nümayəndələrinin yaradıcılığında aydın milli xüsusiyyətlər kəsb edən polifonik mahnılar.
|
ŞAN-ŞAN (ID - 37080)sif. Şanlar şəklində, göz-göz, deşik-deşik. ..Sinənin içində olan ağ ciyər şan-şandır. H.Zərdabi. □ Şan-şan etmək (eləmək) - deşik-deşik etmək. Güllə sinəsini şan-şan elədi. - Hamı adamların gözünün qabağında Nəbigil...
|
ŞAN-ŞƏRAFƏT (ID - 37081)bax şan-şövkət (şöhrət).
|
ŞAN-ŞÖVKƏT (ŞÖHRƏT) (ID - 37082)is. Şöhrət, həşəmət, şan, ad-san. Hanı nizəm, hanı atım? Kəsildi şanı-şövkətim... “Koroğlu” . Tərk edərək bütün istirahəti; Qazanmışam mən bu şanü şövkəti. A.Səhhət. Qəhrəmandır, igidin hörməti var; Özü gənc...
|
ŞANTAJ (ID - 37083)is. [fr.] İfşaedici məlumat yayma hədəsi ilə nə isə tələb etməkdən ibarət cinayət.
|
ŞANTAN (ID - 37084)is. [fr.] Əyləncə müəssisəsi.
|
ŞAPALAQ (ID - 37085)is. 1. Əlin içi ilə vurulan zərbə, şillə. Üzünə bir şapalaq çəkdi. - Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə Məmmədə bir şapalaq vurdu. T.Ş.Simurq. ..[Çobanların] çomaqları ki əlindən düşdü kütləşdilər,...
|
ŞAPALAQLAMA (ID - 37086)“Şapalaqlamaq”dan f.is.
|
ŞAPALAQLAMAQ (ID - 37087)f . Şapalaq vurmaq, şillələmək. [Müqim bəy] sonra da ayaqlarının ucunda dikəlib, peysərini şapalaqladı. S.Rəhimov. [Mollabacı] ..qulağımdan tutub, şapalaqlamağa başladı. H.Sarabski. Geysubəyim Manafı şapalaqlamağa, üzünə tüpürməyə,...
|
ŞAPALAQLANMA (ID - 37088)“Şapalaqlanmaq”dan fJs.
|
ŞAPALAQLANMAQ (ID - 37089)məch. Şapalaqla vurulmaq, şapalaq yemək.
|
ŞAPATLAMA (ID - 37090)“Şapatlamaq”dan f.is.
|
ŞAPATLAMAQ (ID - 37091)f . Arasıkəsilmədən, dalbadal, şappaşap vurmaq. [Kəndli] şəhərə bir azca ertə çatmaq üçün; Tələsirdi qabaqca satmaq üçün; Çün bu işdə qazanc adı var idi; Qazları incidib şapatlar idi. A.Səhhət. [Hacı Qambay] əlindəki...
|
ŞAPIR-ŞAPIR (ID - 37092)zərf Səs çıxara-çıxara, teztez; marçamarç. Buzov şapır-şapır anasını əmirdi. // Məc. mənada. Bu səfahət və əyyaşlığın onlar bir gün cəzasını çəkəcəklər. Çəkincəyə qədər də həyatın bütün zövq və nəşəsini...
|
ŞAPIRDATMA (ID - 37093)“Şapırdatmaq”dan f.is.
|
ŞAPIRDATMAQ (ID - 37094)bax şappıldatmaq. [Sadıq] balın yarısını qayğanağa qarışdırandan sonra qatığın çox hissəsini də üstünə töküb, ağzını şapırdata-şapırdata yeyir. Q.Qantəmir.
|
ŞAPİROQRAF (ID - 37095)[xüs. ad və yun. grapho yazıram] Təkmilləşdirilmiş hektoqraf; əlyazmasını və ya çap ottisklərini çoxaltmaq üçün alət.
|
ŞAPKA (ID - 37096)[rus.] Əsasən isti, yumşaq baş geyimi, papaq. Başına şapka qoymaq. - Kərbəlayı Zalın arvadı hərdənbir deyirdi: - A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Ə.Haqverdiyev. [Musanın nəvəsinin] başındakı xaki rəng...
|
Bu səhifə dəfə baxılıb