İzahlı lüğət

ŞAN-ŞAN

sif. Şanlar şəklində, göz-göz, deşik-deşik. ..Sinənin içində olan ağ ciyər şan-şandır. H.Zərdabi. □ Şan-şan etmək (eləmək) - deşik-deşik etmək. Güllə sinəsini şan-şan elədi. - Hamı adamların gözünün qabağında Nəbigil Məcid bəyi güllələyib şanşan elədilər. “Qaçaq Nəbi” . Vurub bağrını [tərlanın] elədi şan-şan. M.Seyidzadə. Şanşan olmaq - bax şanə-şanə olmaq (“şanəşanə” də). Çöldə taxıl şan-şan olur, tellənir; Dərya kimi ləpələnir, yellənir. A.Səhhət.
□□ Bağrı (ürəyi) şan-şan olmaq - bax bağrı qan olmaq (“bağır” da). Fələk saldı dürlü-dürlü odlara; Şan-şan olmuş, parələnmiş könlümü. M.V.Vidadi. Qara bağrım şan-şan oldu, dəlindi; Gahdan ağla, gahdan yada sal məni. Aşıq Abbas. Kimsənin Veysin şan-şan olan bağrından xəbəri yox idi. Ə.Əbülhəsən. Bağrını (ürəyini) şan-şan eləmək - bax bağrını qana döndərmək (“bağır” da). Aşiqlər bağrını şan-şan eylərsən; Gündə birin kəsib qurban eylərsən; Hər qıya baxanda yüz qan eylərsən; Müşküldür dolanmaq, yağı, səninlə. Q.Zakir. Çəkib almaz kirpiyini; Bağrımı şan-şan elədin. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed